Sinkveyn müasir məktəblilərin funksional savadını formalaşdırır

 

   (P.S.) Amerikalı məhşur yazıçı Ernest Heminquey ”Zəng kimin üçün çalınır” əsərində yazmışdır: “Elə bir insan olmamışdır ki, o, ada kimi, özü-özlüyündə tənha qalsın; hər kəs… qitənin, torpağın bir hissəsidir; əgər dalğa sahildəki daş qayasına çırpıb aparsa, onda Avropa kiçiləcək. Hər bir ölən adam məni də kiçildir, çünki, mən bütün insan nəsli ilə birəm, bax buna görə, heç vaxt soruşma ki, zəng kimin üçün çalınır: o sənin üçün çalınır”.

     Sinkveyn - məlum olan və ya yeni əldə edilmiş məlumatların analizi və sintezin nəticəsi olan öyrədici şeirdir. Sinkveyn universal tədris metodudur. Onu müxtəlif fənn proqramlarının mövzularına tətbiq etmək olar. Bu metod şagirdləri maraqlandırmağa, öyrənilən materialı daha yaxşı anlamağa və mühakimə yürütməyə kömək edir. Beş sətirlik şeir olan sinkveyni tərtib etmək asan olduğu üçün onun hər yaşda uşaqlarla təlim prosesində tətbiqi mümkündür.

1-ci sətir: Bir isim,

2-ci sətir: İki sifət,

3-cü sətir: Üç fel,

4-cü sətir: Dörd sözdən ibarət cümlə,

5-ci sətir: Bir isimdən ibarət olur.

    Sinkveyn sözü (fransız və ingiliscə”cinquain”) sözündən olub XX əsrin əvvəllərində ABŞ-da yapon poeziyasının təsiri altında yaranmış beşmisralı poetik formadır. Sonradan nəticəni tez əldə etməyə imkan verən obrazlı nitqin inkişafı üçün effektiv üsul kimi didaktik məqsədlər üçün istifadə olunmağa başlanılıbdır. Bir sıra metodistlər hesab edirlər ki, sinkveynlər mürəkkəb məlumatların sintezi üçün bir vasitə, şagirdlərin konseptual və lüğət bacarığını qiymətləndirmək üçün faydalıdır. XX əsrin əvvəllərində amerikalı şairə Adelaida Krepsi Yaponiyada olarkən bununla tanış olmuş və sinkveyn formasını inkişaf etdirmişdir.1915-ci ildə şairənin nəşr olunmuş “Verse” şeirlər toplusuna daxil edilmişdir. Əsər sonralar dəfələrlə yenidən nəşr edilmişdir. A. Krepsi bu formanı ingilis dilinin metrik formalarının ən yığcamı hesab edirdi. Ənənəvi sinkveyn beş misradan ibarətdir və hər sətirdə müxtəlif sayda hecalara əsaslanır: onun heca quruluşu2-4-6-8-2, hecaların ümumi sayı 22-dir. Didaktik sinkveyn Amerika məktəbi təcrübəsində inkişaf etmişdir. Bu janrda mətn heca asılılığında deyil, hər bir misranın məzmununa və sintaktik spesifikasına əsaslanır.

Birinci sətir- sinkveyn mövzusu, müzakirə ediləcək obyekti və ya mövzunu ifadə edən bir sözdən (adətən isim və ya əvəzlikdən) ibarətdir.

İkinci sətir-iki sözdür, onlar sinxronizasiyada seçilmiş obyektin xüsusiyyətlərini təsvir edir).

Üçüncü sətir-obyektin xarakterik hərəkətlərini təsvir edən 3 feldən ibarətdir.

 Dördüncü sətir - sinxronizasiya müəllifinin təsvir olunan obyektə şəxsi münasibətini ifadə edən 4 sözdən ibarət bir ifadədir.

Beşinci sətir- mövzunun və ya obyektin mahiyyətini xarakterizə edən bir sözdür.

    Sinkveyn yazmaq üçün qaydalara ciddi riayət etmək lazım deyil. Məsələn, 4-cü sətirdəki mətni təkmilləşdirmək üçün 3 və ya 5 sözdən, 5-ci sətirdə isə 2 sözdən istifadə etmək olar. Digər nitq hissələrindən də istifadə etmək mümkündür.

Pedaqogika baxımından sinkveyn

Sinkveyn yazmaq müəllifdən informasiya materialında ən əhəmiyyətli elementləri tapmağı, nəticə çıxarmağı və onları qısa şəkildə tərtib etməyi tələb edən sərbəst yaradıcılığın bir formasıdır. Ədəbiyyat dərslərindən başqa digər fənlərdə, eləcə də tarix dərslərində də (ümumiləşdirici təkrar, keçirilən materialı yekunlaşdırmaq üçün) sinkveynlərdən istifadə mümkündür. Sinkveyn- mürəkkəb məlumatları başa düşmək, məktəblilərin konseptual yükünü qiymətləndirmək üçün universal bir vasitədir. Yaradıcılığı ifadə etmək vasitəsi, hadisəyə, tarixi şəxsiyyətə münasibət bildirmə üsuludur. Sinkveyn həm də tarix dərslərində şagirdlərin subyektiv təcrübəsini zənginləşdirmək üçün mətnlə işləmə üsullarından biridir. Sinkveyn tərtib etmək şagirddən tədris materialında ən vacib tədris elementlərini tapmağı, nəticə çıxarmağı, öyrənilən materialı ümumiləşdirməyi və sintez etməyi tələb edir. Sinkveyndən dərsin müxtəlif mərhələlərində istifadə olunur:

-Dərsin təkrar mərhələsində - əvvəllər əldə edilmiş biliklərin aktuallaşdırılmasının yığcam ümumiləşdirilməsi və materialın sistemləşdirilməsi;

-Dərsin düşüncə mərhələsində - yeni anlayışlar üzərində düşünülmüş iş;

-Dərsin əks etdirmə mərhələsində- mənalı materialın yaradıcı ifadə vasitəsi kimi.

      Sinkveyn fərdi müstəqil tapşırıq kimi də təklif oluna bilər, eləcə də cütlərlə iş zamanı da istifadəsi tövsiyyə edilir.

Sinkveyn: mürəkkəb məlumatı başa düşmək üçün bir vasitə kimi, şagirdlərin konseptual “baqajını” qiymətləndirmək üsulu kimi, yaradıcı ifadəliliyi inkişaf etdirmək vasitəsi kimi, hadisəyə və ya tarixi şəxsiyyətə münasibət bildirmək üsulu kimi əvəzsizdir.

Sinkveyn yazmağın qaydaları:

1-ci sətir

2-ci sətir

3-cü sətir

4-cü sətir

5-ci sətir

Sinkveyn yazmaq üçün alqoritm:

Kim? Nə?

Hansı?

O nə edir?

Müəllif mövzu haqqında nə düşünür?

Kim? Nə?

     Bütün dərslərdə, bütün fənlərdə, dərsin istənilən mərhələsində şagirdlər sinkveyn yazmağı sevirlər! Bu yaradıcı üsuldur! Sinkveyn bütün müasir məktəblərdə aktiv oxu savadını formalaşdırır.

     Yeni dərs ilində şagirdlərim üçün  “Təhsil tədqiqatları və layihə fəaliyyətlərinin əsasları” adlı proqram layihəsi həyata keçirmək istəyirəm. Bu proqramda şagirdlərlə üzərində işlədiyimiz layihənin nəzəri cəhətlərini öyrənib, Qarabağ müharibəsinin  tarixi haqqında yerli materialları sistemləşdirərək  və mövzu ilə əlaqədar aşağıdakı layihələri həyata keçirməyi planlaşdırırıq:

1.Məktəbin ”Yaddaş Kitabçası”nı hazırlamaq.

1.1. Giriş sualları, mövzu ilə əlaqədar uşaqların bilik səviyyəsinin göstərilməsi.

1.2.”Texniki “ xəritələrin doldurulması. Bu iş təşkilati problemləri müəyyən etməyi və  tez bir zamanda onu həll etməyə imkan verir; eynizamanda problemin həlli yollarını  müəyyən etmək və təkliflər vermək, hədəflərin adı və vəzifələrini təyin etmək ikmanı yaradır (Bu işi ancaq şagirdlər həyata keçirirlər. Müəllim isə sadəcə nəzarət edərək, istiqamət verə bilər).

1.3.Araşdırma metodlarını müəyyən etmək. Bunun üçün ölkə və ailə arxiv materialları, yerli tarixi ədəbiyyat və yerli arxiv materialları, internet məlumatları, Qarabağ müharibəsi iştirakçılarının, onların özünün,  ailə üzvlərinin xatirələri ilə tanış olmaq gərəkdir.

1.4.Sinif şagirdlərinin əldə etdikləri materialların müzakirəsi və onların “Məktəb Yaddaşı”ı kitabında səliqə və xüsusi dizaynla qeyd edilməsi.

1.5. “Qarabağ müharibəsi əsgərlərinin məktubları  ata və anaya minnətdarlıq hissləri ilə yazılmışdır” fikrinin doğruluğunu sübut etmək.

1.6.Özünü idarəetmə və yaradıcılıq məsələsi.”Sinkveyn”.

Hal-hazırda bizim məktəbdə iki sinif üzrə “Yaddaş Kitabçası” məktəbdə  saxlanılır.

1. ”Məktəbimizin qəhrəmanlarını unutmarıq”

2.  Ümummilli lider-Heydər Əliyev

   Məktəb və rayon arxivini qruplar üzrə öyrənmək  üçün tədqiqata cəlb ediləsi məsələlər:

1.Qarabağ müharibəsi iştirakçıları

2. Qarabağ müharibəsində  iştirak etmiş məktəb müəllimləri

3.Məktəbin Qarabağ iştirakçısı olan şagirdləri

4.Yerli “İşıq” qəzetində müharibə iştirakçıları haqqında yazılan mövzular

Bu il  biz ilk öncə üç məsələni həll etmək istəyərdik:

1) Təşkilati məsələ

2) Məkan  ilə ilkin tanışlıq (gəzinti turu)

3) Tarixi sənədlərlə işləmək üçün seminar

Keçən il şagirdlərim qruplar üzrə məlumat toplayaraq təqdimat hazırlamışdılar. Hətta bir şagirdim belə bir şeir də yazmışdı:

“Məktəb qəhrıəmanlarını heç vaxt unutmarıq biz,

Əmin olun ki, unutmarıq heç zaman.

Onların igidliyi qəlbimi döyündürür

Əbədi olaraq bizimlədir  onlar....” .

  Sinkveyndən dərslərdə istifadə etməklə keçmişi xatırlamaq, gənc nəslə  ölkəmizin qəhrəmanlıq tarixinə hörmət, vətəndaşlıq mövqeyi və vətənpərvərlik duyğusunu öyrətmək imkanı əldə etmiş oluruq. Təcrübə göstərir ki,təlim-tərbiyə prosesində belə işlər dərsləri  şagirdlər üçün daha aydın və maraqlı etməklə yanaşı, şagirdlər öz nailiyyətləri ilə də fəxr edirlər.

Sinkveynə aid nümunələr:

Qədim Yunanıstan

Qədim, heyrətamiz

Fəth edir, tərifləyir, təəccübləndirir

Bu ölkəni ziyarət etmək istərdim!

Dövlət

-----------------------------------------------------------

Ölkə

Əla, sərt

Hökmranlıq edir, idarə edir, yönəldir

O, hər şeyə nəzarət edir

Heyrətamizdir!

-----------------------------------------

Seçkilər

Azad, demokratik

Həll edir, formalaşdırır, inkişaf etdirir.

Sənin seçimin - sənin həyatındır!

Hakimiyyət

------------------------------------------------

Yay fəsli

İsti, şən

Gəzmək, oynamaq, istirahət etmək

Biz yayı həsrətlə gözləyirik!

Tətil

------------------------------------------------

Qılınc

kəskin, iti

kəsir, bölür, ayırır

Hamı kəsmək üçün işlədir!

Alət.

 

                                   İstifadə edilmiş ədəbiyyat və resusrlar:

1.Seyyub Əsədov “V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” Bakı. 2021

2. https://ru.wikipedia.org/wiki/Синквейн

3.https://speakfreely.ru/az/history/formirovanie-funkcionalnoi-gramotnosti-uchashchihsya-puti-opyt-perspektivy/

4.https://az.wikipedia.org/wiki/M%C9%99d%C9%99niyy%C9%99t

5.http://www.anl.az/down/meqale/az_muellimi/2010/noyabr/142769.htm

6.http://www.tipii.edu.az/az/article/237-sinkveynin-tatbiqi-maqamlari-va-numunalar

7.https://az.wikipedia.org/wiki/Sinkveyn

İstinad: https://multiurok.ru/files/sinkveyn-muasir-m-kt-blil-rin-funksional-savadini.html

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.