Şagird sayı
500-dək olan və hazırda direktor vəzifəsi vakant olan
ümumi təhsil
müəssisələrinə direktor vəzifəsinə işə qəbul prosesi ilə bağlı
SUAL-CAVAB
1. Şagird
sayı 500-dək olan və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə
işə qəbul prosesində kimlər iştirak edə bilər?
- pedaqoji
ixtisas üzrə ali təhsilli
- 5 ildən az
olmayaraq pedaqoji staja malik
- hazırda ümumi təhsil müəssisəsində pedaqoji
fəaliyyət göstərən şəxslər (direktor müavini, metodist, müəllim, psixoloq, uşaq
birliyi təşkilatı rəhbəri).
2. Direktor
vəzifəsinə işə qəbul prosesində seçim zamanı kimlərə üstünlük veriləcək?
- Müəllimlərin
işə qəbulu və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə
etmiş şəxslər;
- 2021-ci
ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində
uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.
3. Namizəd
şagird sayı 500-dək olan istənilən ümumi təhsil müəssisəsinə müraciət edə bilər?
- Namizəd
çalışdığı ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsinin tabeliyində
olan müəssisələrdə direktor vəzifəsinə işə qəbul üçün müraciət edə bilər.
4. Prosesdə
iştirak etmək üçün namizədlər necə müraciət edəcəklər?
- Müraciət
edən namizədlər tələb olunan sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, əmək
kitabçasının, ali təhsil haqqında sənədin və əlavənin surəti) iyun ayının 30-dək
müvafiq yerli təhsili idarəetmə orqanında yaradılmış komissiyaya təqdim etməlidir.
5. Namizədlər
hansı mərhələlərdə iştirak edəcəklər?
- Şagird
sayı 150-dək olan məktəblər üzrə müraciət edən namizədlərlə video-çəkiliş təmin
edilməklə müsahibə, şagird sayı 151-500 arası olan məktəblərə müraciət edən
namizədlərlə əvvəlcə test imtahanı, uğur qazanan namizədlərlə video-çəkiliş təmin
edilməklə müsahibə təşkil edilməlidir. Test imtahanında keçid balı 24-dür.
2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test
imtahanı mərhələsində uğur qazanmış (24 baldan yuxarı nəticə göstərmiş şəxslər)
müsahibədə iştirak etməmiş namizədlər ilkin mərhələ olan test imtahanından azad
olunur, birbaşa müsahibə mərhələsinə dəvət olunurlar.
6. Test
imtahanında namizədlərə hansı bölmələr üzrə və nə qədər test tapşırığı təqdim
olunacaq?
- İmtahanda
namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı, riyazi və məntiqi düşünmə
bacarığı, təhsil qanunvericiliyi ilə
bağlı 45 test tapşırığı təqdim olunacaq.
Namizədlərə
tənqidi oxu bacarığının yoxlanılması üzrə
15 (3 mətn üzrə), riyazi və məntiqi düşünmə bacarığının yoxlanılması üzrə
15 test, təhsil qanunvericiliyi üzrə
bilik və anlayışların yoxlanılması üzrə 15
test tapşırığı təqdim ediləcək.
7. Müsahibə
mərhələsində namizədlər hansı formada qiymətləndiriləcək?
- Müsahibə mərhələsində
namizədlər aşağıdakı meyarlar əsasında yoxlanılacaq:
- Vəzifə üzrə
nəzəri biliklər;
- İdarəetmə
bacarıqları;
- Şəxsi
keyfiyyətlər.
Müsahibə
zamanı hər meyar 5 ballıq şkala əsasında qiymətləndirilir və hər meyar üzrə
keçid balı 3-dür.
8. 2021-ci
il üzrə keçirilən direktorların işə qəbulu üzrə müsahibələrdə uğur qazanmamış şəxslər
bu prosesdə iştirak edə bilər?
- Bəli.
Şagird sayı 150-dək olan məktəblərə müraciət etdikləri halda müsahibə, şagird
sayı 151-500 arası olan məktəblərə müraciət etdikləri halda əvvəlcə test və
müsahibə mərhələsində iştirak edəcəklər.
9. Namizədlər
hər iki kateqoriya üzrə ümumi təhsil müəssisələrinə (şagird sayı 150-dək və
150-500 aralığında) müraciət edə bilərlər?
- Bəli. Bu
halda onlarla ilkin olaraq test imtahanı keçiriləcək, daha sonra müsahibə mərhələsi
təşkil ediləcək.
Mənbə:
https://www.facebook.com/ShirvanSalyanregionaltehsilidaresi/