Müstəqil Azərbaycan
xanlıqları XIX əsrin ilk 30 ilində çar Rusiyası tərəfindən işğal
olundu.Xanlıqların orduları ləğv olundu, silah-sursatları isə müsadirə
edildi.Çar üsul-idarəsi XIX əsrin 70- ci illərində müsəlmanların, o cümlədən azərbaycanlı
əhalinin hərbi xidmətə çağırılmasını dayandırdı, hərhi xidmət hərbi mükəlləfiyyətlə
əvəz olundu.
Fevral burjua inqilabından sonra Cənubi
Qafqazda acınacaqlı bir mənzərə üzə çıxdı.Rus ordusunun tərkibində kifayət qədər
erməni və gürcü əsgər və zabiti xidmət etdiyi
halda,azərbaycanlılar haqqında bunu demək mümkün deyildi.
Azərbaycanın milli-demokratik qüvvələri
Kerenskinin rəhbərlik etdiyi Müvəqqəti hokumətə milli qoşun hissələrinin
yaradınmasına icazə verilməsi ilə bağlı
müraciətlər etsə də Hökumət bu işi 1917-ci ilin sentyabrın sonuna kimi ləngitdi.
1917-ci ilin iyulunda Gəncədə Müsəlman Milli Komitəsinin koməyi ilə 150 nəfər gəncə
hərbi işin vərdişlərinin öyrədilməsinə başlandı. Gəncə ilə yanaşı milli qüvvələrin
təşkili Lənkəranda da həyata keçirilməyə
başladı.Bakıda bu işə başlamaq mümkün olmadı.Çunki Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qüvvələri Erməni Milli
Şurası və Daşnaksutun partiyası ilə birləşərək
milli qüvvələrin yaradılmasına imkan vermirdi.
1917-ci ilin dekabrında Zaqafqaziya
Komissarlığının qərarı ilə Müsəlman Korpusu yaradıldı. Korpusun komandiri
general-leytenant Əliağa Şıxlınski təyin olundu.Müsəlman Korpusunun qərərgahı
Tiflisdə yerləşirdi.
Milli qoşun hissələrinin təşkilində və təchizində
Milli burjuaziyanın nümayəndələri H.Z.Tağıyev,M.Nağıyev və başqaları yaxından
iştirak edirdi.
Müsəlman milli hissələrinin yaradılması işində qarşıya çoxlu çətinliklər çıxırdı.Ən böyük çətinlik
kadr və səfərbərlik məsələsi idi.Azərbaycanlı zabitlərin olmaması məsələni
xeyli çətinləşdirirdi.Korpusun zabitlərinin əksəriyyətini ruslar təşkil
edirdi.Məsələnin qismən həll edilməsi üçün Bakıda kadet məktəbində müsəlman
ictimai təşkilatlarının təşəbbüsü ilə milli zabit kadrlarının hazırlanmasına
başlanıldı.
Müsəlman Milli Korpusunda general-leytenant
Ə.Şıxlınski ilə yanaşı general Talışınski, general Mençukov, polkovnik S.Əfəndiyev,
polkovnik Tlexas, polkovnik Qaytabaşı, polkovnik Əmənulla Mirzə Qacar,
polkovnik Hacıbəyli kimi zabitlər qulluq edirdilər.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan
Milli Şurasının üzvləri Müsəlman Şərqində ilk Cümhuriyyətin yaradılmasını elan
etdilər.Gəncəyə köçən hökumət iyunun 26-da Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar
verdi.Beləliklə,Milli Azərbaycan ordusu təşkil edildi.
1918-ci il iyunun 4-də Azərbaycan hökuməti
ilə Osmanlı dövləti arasında Batum müqaviləsi imzalandı.Müqavilənin 4-cü bəndinə
uyğun olaraq Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz-İslam Ordusu Azərbaycanın köməyinə
gəldi.Milli ordu hissələri ilə Qafqaz-İslam Ordusu ümumi düşmənə qarşı vahid
qüvvə şəklində birləşməyə müvəffəq oldular. Gəncədən başlanan mücadilədə
Türk-Azərbaycan qoşunları ilə Bakı Soveti qüvvələri arasında həlledici döyüş
Qaraməryəm ətrafında baş verdi.Dörd gün davam edən döyüş Milli qüvvələrin qələbəsi
ilə başa çatdı.Düşmən qüvvələri Şamaxı,Ağsu,Kürdəmir və Salyandan çıxarıldı.
Sentyabrın 15-də Bakı düşmən qüvvələrindən azad edildi.Milli Hökumıt Gəncədən
Bakıya köçdü.Beləliklə, Bakı öz tarixində
ilk dəfə olaraq bütün Azərbaycanın paytaxtına çevrildi.
Ordu quruculuğu böyük çətinliklərlə üz-üzə
idi. Gənclər hərbi xidmətin mahiyyətini dərk etməkdə çətinlik çəkirdilər.Gənclər
arasında vətənpərvərlik ruhunda təbliğatın aparılmasına ehtiyac var idi. Orduya
çağırılan əsgər kazarma həyatına öyrəşə bilmirdi.Fərarilik adi hal almışdı.
Silah və sursat yox dərəcəsində idi. 1918-ci ilin sonlarında ingilis jurnalisti Karl Liddel yazır ki,
Bakıda kazarmada tərcüməçinin köməyi ilə əsgəri
danışdırmaq istədim.Kövrələn əsgər doğulduğu kəndi üçün darıxdığını dilə
gətirdi. K, Liddel yazır ki, 1919-cu ilin aprelində həmin kazarmada başqa mənzərənin
şahidi oldum.Əsgərlər hərbi marşı əzbərləməklə
məşğul idilər.Soruşanda ki, məqsədin nədir? Əsgər fikirləşmədən: Qarabağı düşməndən
azad etmək. Başa düşdüm ki, Azərbaycan əsgəri yavaş-yavaş döyüşən orduya
çevrilir.
Milli ordu hissələri Bakını və Qarabağı
düşmən qüvvələrindən təmizlədikdən sonra sırada Lənkəran dayanırdı.Hələ 1918-ci
ilin avqustunda bu bölgə ilə heç bir əlaqəsi olmayan millətçi rus zabitləri
Molokan qiyamını həyata keçirdilər.Ona görə də Azərbaycan ordusunun qarşısında
duran əsas məsələ bu bölgədə qiyamı yatıraraq Milli hökumətin idarəçiliyinin bərpa
edilməsinə nail olmaq idi. Qiyamçıların
qurudan və dənizdən hərtərəfli yardım almasına baxmayaraq, 1919-cu ilin avqustunda düşmən
darmadağın edildi, bölgədə əmin-amanılq bərpa olundu.
Erməni təcavüzünə qarşı mübarizədə Azərbaycan
ordusu böyük qəhrəmanlıqlar göstərə bildi.Qısa müddət ərzində Qarabağda ermənilərin
pozuculuq fəaliyyətinə son qoyan milli ordu hissələri 1919-cu ilin avqustunda
erməniləri Azərbaycan idarəçiliyini qəbul etməyə məcbur etdilər.
1918-1920-ci illərdə fəaliyyət göstərən
Cümhuriyyətin ən uğurlu işlərindən biri Milli Ordu quruculuğu olmuşdur. Qısa
zaman kəsiyində 40 minlik bir ordunun yaradılması böyük siyasi hadisə idi.
20-ci ilin
aprel işğalı Cümhuriyyətin əldə etdiyi
bütün uğurları ləğv etdi.Ən böyük zərbə Milli ordu hissələrinə vuruldu.
1939-1945-ci illər II dünya müharibəsi illərində
milli Azərbaycan diviziyaları təşkil edildi. Bu diviziyaların faşizmə qarşı qəhrəmanlığı
haqqında yüzlərlə əsərlər yazılıb. Bir sözlə,
tarix boyu Azərbaycan əsgəri öz şərəfli adını ləyaqətlə qoruya
bilmişdir.
1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini
bərpa etdikdən sonra milli ordu quruculuğu əsas məsələyə çevrildi.Düşmən
havadarlarının gücündən istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini
işğal etdi. Erməni işğalı ilə barışmayan Azərbaycan xalqı hər cür alçaldıcı
razılaşmalardan imtina etdi. Azərbaycan öz tarixi torpaqlanı işğaldan azad etmək
üçün Vətən müharibəsinə başladı. 44 günlük müharibədə qazandığımız qələbə Azərbaycan
ordusunun nəyə qadir olduğunu bütün dünyaya bəyan etdi.Ali Baş Komandan İlham
Əliyevin dediyi kimi 17 illik hakimiyyətim dövründə Azərbaycan əsgəti üçün əlimdən
gələni etdim.Bu müharibənin qəhrəmanı Ali Baş Komandan və onun yetişdirdiyi Azərbaycan
əsgəridir.
Bu gün güclü bir Azərbaycan dövləti var.Bu gün
güclü Azərbaycan ordusu var. Bu ordu hər cür müasir silahla təchiz olunub. Bu
ordu Il Qarabağ müharibəsində öz tarixi
torpaqlarını azad edərkən üç min şəhid verdi. Bu ordu xalqımızı qalib xalqa,Vətənimizi
qalib ölkəyə çevirdi.2020-ci ilin 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan xalqı qalib əsgəri ilə öyünür,
onun qəhrəmanlığı ilə fəxr edir.Şanlı Azərbaycan əsgəri öz zəfəri ilə 26 iyun
gününü qaliblərin bayramına çevirdi.
Yaşasın,Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!