Bizim fikirlərimiz hərəkət, hərəkətlərimiz vərdişlər, vərdişlərimiz isə xarakter yaradır. Beləliklə, əslində biz özümüz - özümüzü yaradırıq...
Bu 13 əməli mənəviyyatı güclü olan insanlar etməzlər:
1.
Onların vaxt itirmək üçün özlərinə
yazığı gəlmir: Mənəvi güclü olan insanlar əllərini əl üstünə qoyub heç vaxt boş
danaymırlar. Onlar üzərilərinə həyatda yaşadıqlarına görə məsuliyyət götürərək,
dərk edirlər ki, həyat heç də həmişə asan və ədalətli deyil.
2.
Onlar öz üzərlərində nəzarəti itirmirlər: Onlar başqalarının öz üzərilərində nəzarət
etməsinə imkan verməzlər. Onlar dərk edirlər ki, hər hansı vəziyyətdə çıxış
yolu öz əllərindədir. Yəni - reaksiyaların idarə edilməsi öz əllərindədir.
3.
Onlar dəyişikliklərdən qaçmırlar: Mənəvi güclü insanlar dəyişikliklərdən
qorxmurlar. Əksinə, belə işləri sevir və həmişə müvafiq cavab verməyə
hazırdırlar. Onların ən çox sevmədikləri - durğunluqdur ki, bu da həyat eşqinin
sönməsinə aparıb çıxarır. Onlar başa düşürlər ki, dəyişikliklər arxasında
insanın gözəl xüsusiyyətləri gizlənir.
4.
Onlar idarə edə bilmədiklərinə enerji sərf etməzlər: Siz mənəvi güclü insandan
- bunu itirdim, onu itirdim, tıxacda qaldım ...və s. və il. kimi sözlər eşidə
bilməzsiniz. Onlar hər bir şeyə məharətlə
nəzarət etmək gücündədirlər.
5.
Onlar hamının xoşuna gəlməyə çalışmırlar: Həmişə elə insanlar tapılır ki,
hamının xoşuna gəlməyə çalışırlar. Elələri də vardır ki, əksinə gedərək hamıya
öz “güc” ünü göstərməyə çalışır. Bunların heç biri qəbul edilən deyil. Mənəvi
güclü insan dərk edir ki, hamının və həmişə xoşuna gəlmək olmaz. Onlar lazım gələrsə
“Yox”, “ Etiraz edirəm “ deməkdən
çəkinmirlər. Onlar ədalətli olmağa çalışırlar, eləcə də vaxtında və nəzakətlə
dostluqdan imtina etməyi bacarırlar.
6.
Onlar hesablanmış risk etməkdən qorxmurlar: Onlar tələsik və axmaq risklər
etmirlər, amma öz üzərilərinə düşünülmüş və hesablanmış risk götürməkdən də çəkinmirlər.
Mənəvi güclü insanlar hərəkətə keçməzdən əvvəl hər şeyi necə deyərlər- “Yüz olçüb,
bir biçirlər” ...
7.
Onlar keçmişdən yapışmırlar: Mənəvi güclü insanlar hər şey başqa cür ola bilərdi
deyə boş yerə vaxt sərf etmirlər. Onlar öz keçmişlərindən dərs alırlar. Onlar
keçmiş bədbəxt və xoşbəxt günləri keçmişdə buraxaraq bu günlə yaşayır və gələcək
planlar hazırlayırlar.
8.
Onlar eyni səhvləri təkrarlamırlar: Biz hamımız bilirik axmaqlıq nədir elə
deyilmi? Axmaqlıq odur ki, hər dəfə eyni hərəkəti edərək, gələn dəfə yaxşı
olacaq deyə yenə edirsən. Mənəvi güclü insanlar öz səhvlərindən öyrənirlər. Nəticədə
onlar eyni səhvi heç vaxt təkrar etmirlər. Onlar daha irəli gedərək, gələcəkdə
daha yaxşı qərarlar qəbul etməyə yüklənirlər.
9.
Onlar başqalarının uğuruna həsəd aparmırlar: Mənəvi güclü insanlar başqalarının
uğuruna sevinir və onu qiymətləndirilər. Bu, çox vacibdir. Əgər kimsə onlardan
irəli getmişsə (sözün həqiqi mənasında) onlardan öyrənməyə çalışarlar. Onlar dərk
edirlər ki, müvəffəqiyyət ağır zəhmət tələb edir və onlar bu yolda hər bir əziyyətə
hazırdırlar.
10.
Onlar ilk uğursuzluqdan təslim olmazlar: Hər məğlubiyyət - qələbəyə bir
şansdır. Mənəvi güclü insanlar öz məqsədlərinə çatmayana qədər ruhdan düşməz və
uğursuzluqlardan çəkinməzlər.
11.
Onlar təklikdən qorxmurlar: Mənəvi güclü insanlar nəinki təklikdən qorxmur, əksinə
onlar təbiətin qoynunda təklikdə olmağı sevirlər. Onlar təklikdə öz fikirləri
ilə qalmağı sevirlər. Yeni ideya və planlar
hazırlayırlar bu zaman. Digərlərinin onların yanlarında olması da onlara mane
olmur.
12.Dünya
onlara borcludur deyə düşünmürlər: Mənəvi güclü insanlar bu həyatda hər şey
hüquqi gücə malikdir...deyə fikirləşmirlər. Onlar sadəcə qanunlara hörmət edirlər.
Onlar həyat mənə borcludur deyə fikirləşmirlər. Əksinə onlar imkan daxilində bəşəriyyətə,
insanlığa kömək etməyə çalışırlar.
13.
Onlar ani nəticələr gözləmirlər: Mənəvi güclü insanlar öz enerji və vaxtlarını
müəyyən çərçivədə sərfiyyat etsələr də, gördükləri hər bir yaxşı əmələ görə
sevinərlər. Onlarda “dözümlülük hədiyyəsi“ vardır və başa düşürlər ki, hər bir
dəyişiklik vaxt, zaman tələb edir. …
--------------------------------------------------------------------------------------------
Əsədov
Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin
tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil”
Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası
qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli
Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil
Şurası” İB-nin İdarə Heyətinin üzvü