İyunun
24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Regional təhsil idarələrinin
ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün onlayn təlim keçirilib. Təlimdə Təhsil
Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları, Regional təhsil
idarələrinin PR işi üzrə məsul nümayəndələri iştirak edib. Təlimi giriş nitqi
ilə açan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət
Valehov ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması işinin düzgün təşkili
məsələsinə toxunub, mövcud işdəki problemləri diqqətə çatdırıb. Daha sonra təlimçilər
tərəfindən sosial şəbəkədə kontent idarəetmə, “Fake news”la mübarizə və böhran
vəziyyətlərində sosial medianın əhəmiyyəti, sosial şəbəkələrdə ünsiyyətin
düzgün qurulması, izləyici auditoriyanın idarəedilməsi və digər oxşar məzmunlu
mövzularda təqdimatlar edilib, tövsiyələr verilib. Təlimdə iştirak edən
İctimaiyyətlə əlaqələr sektorunun digər əməkdaşları da mövzu istiqamətində
fikir və təcrübələrini bölüşüb, təlimin faydalılığına toxunublar. Sonra təlim
iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Qeyd edək ki, təlimin
təşkilində məqsəd regionlarda ictimaiyyətlə əlaqələrə dair iş keyfiyyətinin artırılması, ictimaiyyətlə əlaqələr
üzrə məsul şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.
Mənbə:
https://edu.gov.az/az/news-and-updates/18579-1
https://www.facebook.com/ShirvanSalyanregionaltehsilidaresi/photos/a.114486694583067/137012168997186
P.S.
İyunun
24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Regional təhsil idarələrinin
ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün onlayn təlim keçirilib.
#TəhsilNazirliyi
#EduAz #RTİ #Təlim
Sual: ...ictimaiyyətlə
əlaqələrə məsul şəxsləri ictimaiyyətə təqdim edəcəklərmi?