İyunun 24-dən
Şirvan Salyan Regional Təhsil idarəsi üzrə şagird sayı 500-dək və direktor vəzifəsi
vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna
başlanılır.
Müsbiqədə
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar,
Hacıqabul, Neftçala, Salyan rayonlarının və Şirvan şəhərinin ümumi təhsil müəssisələrinin
vakant olan direktor vəzifələrində çalışmaq istəyən şəxslər iştirak edə bilər.
Müraciət etmək
istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq
edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti)
çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu Regional təhsil idarəsində
yaradılmış komissiyaya təqdim edə bilərlər.
Şagird sayı
150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız
müsahibə yolu ilə, şagird 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə
direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə Regional təhsil
idarələri tərəfindən həyata keçiriləcək.
Namizədlər
üçün tələblər:
- pedaqoji
ixtisas üzrə ali təhsil
- 5 ildən az
olmayaraq pedaqoji staj
- hazırda
ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmə.
Üstünlük
veriləcək namizədlər:
- Müəllimlərin
işə qəbulu və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə
etmiş şəxslər
- 2021-ci
ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində
uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər
Test
imtahanında keçid balı 24-dür. 2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə
qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış (24 baldan
yuxarı nəticə göstərmiş şəxslər), müsahibədə dəvət olunmamış namizədlər ilkin mərhələ
olan test imtahanından azad olunur, birbaşa müsahibə mərhələsinə dəvət olunacaq
Müsahibə
zamanı yoxlanılacaq meyarlar:
- Vəzifə üzrə
nəzəri biliklər
- İdarəetmə
bacarıqları
- Şəxsi
keyfiyyətlər.
Müsahibə
zamanı hər meyar 5 ballıq şkala əsasında qiymətləndirilir və keçid balı 3
baldır.
Biləsuvar,
Hacıqabul, Neftçala, Salyan rayonlarının və Şirvan şəhərinin ümumi təhsil müəssisələrinin
vakant yerlərini aşağıdakı linkdən əldə edə bilərsiniz.
Link: https://bit.ly/3OfT8eT
Mənbə: https://www.facebook.com/ShirvanSalyanregionaltehsilidaresi/photos/a.114486694583067/136650242366712