Qısa
məlumat
Qaqauzlar
türkdilli xalqdır. Qaqauzların yığcam yaşadıqları müasir ərazi əsasən
Bessarabiyanı (Moldovanın cənubu və Ukraynanın Odessa vilayəti) əhatə edir. Az
bir qismi isə Bolqarıstan, Yunanıstan, Rumıniya və digər ölkələrdə yaşayır.
Müasir qaqauzların ümumi sayı təxminən 250 min nəfərdir. Dinləri provoslav
dinidir. Moldovanın tərkibində paytaxtı Komrat şəhəri olan Qaqauziya muxtar ərazi
qurumu vardır.
Mənşələri
Qaqauzların mənşəyi ilə bağlı bir çox fərziyyələr
mövcuddur: Qaqauzların əcdadları türkdilli xalqlardır: Oğuzlar, Peçeneqlər,
Kumanlar olmuşlar. Türkiyədə səlcuq nəzəriyyəsi geniş yayılıb: Qaqauzlar XIII əsrdə
Dobrucaya köçüb orada Polovtsularla birlikdə Oğuz dövlətini quran Səlcuq türklərinin
nəslindəndir; Bolqarıstanda ən çox yayılmış fərziyyə budur ki, qaqauzlar türkləşmiş
bolqarların nəslindəndirlər. Qaqauzlar 7-ci əsrdə Volqa sahillərindən
Balkanlara köç edən və 9-cu əsrdə xristianlığı qəbul edən Bulqar türklərinin
törəmələridir. Lakin bunun müasir linqvistik əsaslandırması yoxdur. Çox güman
ki, yuxarıda göstərilən qrupların hamısı qaqauz xalqının etnogenezində iştirak
etmişlər (P.S. tərçüməçidən: Qaqauzların
bugünkü dil və mədəniyyət, adət və ənənələrinə nəzər salsaq Azərbaycan türkləri
ilə eyniyyət təşkil etdiklərini görmək çox asan olar).
Tarix
Qaqauzların tarixi ilə bağlı iniyədək tarixçilər
arasında mübahisələr vardır. Aşağıda əsas fərziyyələr verilir:
XIII əsr (1259-1320) - Balkan yarımadasında
qaqauzların əcdadlarının xristianlaşdırılması dövrü, bu, əsasən müxtəlif Balkan
əfsanələrində əfsanəvi Sara Saltıkın uzun illər missioner fəaliyyəti nəticəsində
mümkün olmuşdur.
XIV əsr (1320-1347) - Qaqauzların əcdadları Qıpçaq əsilli
türkdilli xristian Balıq bəyin başçılığı ilə müstəqil Bulqar Knyazlığında
Karvun ərazisində olublar. Karvun torpağı (Karvunum Terra) mərkəzi Karvuna şəhərində
olmaqla bugünkü Bolqarıstanın şimal-şərqində yerləşirdi. XIV əsr (1347-1400) -
Dobriçin (Balık oğlunun), ondan sonra isə 1386-cı ildən İvankonun (Dobriçin
oğlu) başçılığı ilə müstəqil Bolqar Dobrudjan knyazlığının əsasını qaqauzlar
qoymuşlar. Dobruja hazırda Bolqarıstanın şimal-şərqi və Rumıniyanın cənub-şərqində
yerləşən coğrafi bölgədir.
XIV-XIX əsrlər (1400-1812) - Qaqauzlar Osmanlı
İmperiyasının tərkibində olmuşlar. Bu ərazi Osmanlı tarixi sənədlərində “Uz
Eyaleti” adı ilə qeyd olunan həmin Dobruca idi və rus dilindən
tərcümədə “öz vətəni və ya öz ailəsi” (“Doğma uc” mənasını verir”.
1597-ci ilə aid Osmanlı İmperiyası daxilində əhalinin
statistikasına görə, Varnada yaşayırdılar:
Türk xristianlar- 582 ev,
Türk müsəlmanlar-410 ev,
Yunanlar – 120 ev,
Koptlar-31 ev.
Bu statistikaya görə, 1597-ci ildə Varnada yaşayan
xalqlar arasında bolqarlar olmadığından, belə çıxır ki, bolqarlar Varnada nisbətən son dövrlərdə məskunlaşmağa başlayıblar.
Başqa bir nəticə ondan ibarətdir ki, Varna şəhərinin əsl əhalisi qaqauzlar idi,
çünki Balkan yarımadasında yalnız qaqauzlar türkdilli xristianlardır.
XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Osmanlı
imperiyasının zəifləməsi ilə əlaqədar olaraq Balkan yarımadasının ərazisi
faktiki olaraq müxtəlif dövlətlər arasında parçalandı. ...Bu hadisə ilə əlaqədar,
həmçinin Balkanlarda uzun illər Rusiya və Osmanlı imperiyaları arasında müharibə
getdiyinə görə Rusiya Bessarabiyada kəndlilərin bir hissəsi, o cümlədən qaqauz əhalisinin
bir hissəsi üçün əlverişli yaşayış şəraiti təklif etdi və nəticədə əhalinin bir
hissəsi Balkan yarımadaları ərazisindən Bessarabiya ərazisinə köç etdi.
Bessarabiyaya köçməyən qaqauzların bir hissəsi isə daha sonra Rumıniya ilə
Bolqarıstan arasında tarixi Dobruca sərhədləri daxilində bölünərək tədricən
rumınlara və bolqarlara assimilyasiya olundu.
XIX-XX əsrin əvvəlləri (1812-1917) - Qaqauzlar Bessarabiya
ərazisindən Rusiya imperiyasına mühacirət etdilər.
XX əsr:
1906-cı il yanvar-Bessarabiyada 5 gün mövcud olan
müstəqil Komrat Respublikası elan edildi.
1918-1940 - Qaqauzlar Rumıniya ərazisində
Bessarabiyanın Rumıniyaya birləşməsinə nail olublar.
1940-1941: SSRİ- Almaniya arasında
Ribbentrop-Molotov paktı əsasında kompakt yaşayan qaqauz əhalisinin bir hissəsi
Bessarabiyanı (Akkerman bölgəsinə daxil oldu, 7 dekabr 1940-cı ildən İzmail
rayonu adlandırıldı) tərk edir.
1940-cı ilin avqustunda Moldova MSSR Moldova SSR
adlandırıldı. Bu dövrdə qaqauzların əksəriyyəti bu ərazidə yaşayırdılar.
1941-1944-cü illərdə II Dünya müharibəsi dövründə
Bessarabiya ərazisi Rumuniyanın bir hissəsi olmuşdur.
1944-1990-cı illərdə qaqauzlar Moldova SSR-in tərkibində
olmuşlar.
19 avqust 1990 -23 dekabr 1994- digər dövlətlər tərəfindən
tanınmayan Qaqauziya Respublikası dövrü olmuşdur.
23.12.1994-cü ildən bu günə qədər qaqauzların əksəriyyəti
Moldova daxilində Qaqauziya Muxtar Ərazi Birliyi tərkibində yaşayırlar.
Qaqauzların az bir qismi hələ də Cənubi Dobruca
bölgəsində müasir Bolqarıstan ərazisində yaşayır, lakin gənc nəsil əsasən
bolqar dilində danışır.
Dil
Qaqauz dili türk dillərinin cənub-qərb qolunun oğuz
yarımqrupuna daxildir.
Qaqauz dilinin iki dialekti var - Çadırlunqski-Komrat
(mərkəzi) və Vulkanesti (cənub). 20-ci əsrin ortalarına qədər qaqauzların
yazısı olmamışdır. 1957-ci il iyulun 30-da Moldova SSR Ali Soveti Rəyasət Heyətinin
fərmanı ilə qaqauz dili üçün rus qrafikası əsasında yazı tətbiq edilmişdir. Lüğətlər,
məktəb dərslikləri, kitablar nəşr olunmuşdur: “Əfsanələrin cığırı”, 1974, “Uzun
kervan” (Uzun karvan, 1985), “Canavar yortuları” (Qurd bayramları, 1990) və bir
çox başqaları və s. Hazırda latın əlifbasına əsaslanan əlifba rəsmi olaraq
istifadə olunur.
Mədəniyyət
Geyimlər
XIX əsrin sonlarında qadınlar kətan köynək, önlüklü
qolsuz paltar, nazik ağ yaylıq (dəb) üzərində böyük qara şərf (çomber)
geyinirdilər. Qışda qolları olan paltar, yun pencək və xəz qolsuz pencək
geyinirdilər. Bura həm də sırğalar, bilərziklər, muncuqlar, o cümlədən qızıl
sikkələrdən ibarət boyunbağıda daxil idi. Kişi geyimləri: köynək, enli parça
şalvar, enli qırmızı kəmər (qalpaq), yayda papaq, qışda qaraxan xəz papaq
(qalpaq).
Çobanlar arasında adi köynək içərisində xəz olan
qoyun dərisi şalvarla (meşin) birləşirdi; xəz qolsuz gödəkçə və bəzən qırmızı və
ya yaşıl tikişlərlə bəzədilmiş qısa qoyun dərisi gödəkçəsi (kürk) olurdu.
Adlar
Qaqauz adı şəxsi ad, ata adı və soyaddan ibarətdir.
Adın ən çox tanınan forması adətən verilmiş ad və
soyaddan ibarətdir. Qaqauzlar arasında belə bir sistem 20-ci əsrin ikinci
yarısında qurulmuşdur. Müasir şəxsi qaqauz adları müxtəlif dövrlərə aiddir.
Qaqauzların
toyqabağı ayin və adətləri
Qaqauz toyu: Qaqauzlar arasında əsas evlilik
formaları
Qaqauzlarda
evliliyindən əvvəl uzun bir tanışlıq və dostluq dövrü olur. Gənclər adətən kütləvi
kənd şənliklərində (xor, toplantı), məclislərdə (dərpək, sturmak, oturmaq), yaz
oyunlarında (rop-rop), kollektiv yardım işində (məci və ya məclis, ortaqlıq),
idman yarışlarında (gürəş, qoç.) görüşürlər. Qızlar isə xor yeri (yok) və ya məclislərdə
iştirak edirlər. Birinci halda aralarındakı söhbətlər (laf etmək) bir-birindən
(2-3 metr) məsafədə, məclislərdə bağlı pəncərədən söhbətləşərdilər. Qaqauz kəndlərinin
camaatı bu adət-ənənələrin pozulmasını pisləyirlər. Bulaq başı (çeşma) gənclərin sevimli görüş yeri idi.
Oğlanla qız arasında nikah müqaviləsi onların razılığı və oğlanın qızın
valideynlərinə elçi (ovçu) göndərmək qərarı ilə təmin edilirdi. Evlənmək qərarına
gələn oğlan seçimi haqqında valideynlərinə yaşlı qohumları vasitəsilə məlumat
verirdi. Elə ilk bayramda oğlanın valideynləri qıza baxmaq üçün müəyyən yerə
gedir, onun hansı mənəvi və fiziki keyfiyyətlərə malik olması, maddi vəziyyətinin
necə olması, hansı ailədən olması ilə maraqlanırdılar. Həmçinin yaxın
qohumların da daxil olduğu ailə məclisində bəyin təklifi müzakirə olunurdu.
Evlilik məsələsi ailə başçısından asılı idi, çünki ailənin qalan üzvləri onun
iqtisadi və hüquqi tabeliyində idi. Oğllarının seçdiyi qız arzu olunan tələblərə
cavab verirsə, ailə məclisində ovçu- yəni elçi seçərdilər. Bunlar dilli-dilavər
natiq qadın və ya işgüzar, bacarıqlı
kişi olurdu. Şənbə və bazar günü ən uğurlu günlər hesab olunurdu. Elçilər
gözə dəymədən (birdən imtina olarsa biabırçılıqdan uzaq olmaq üçün) səhər tezdən
və ya axşam saatlarında gəlinin valideynlərinin yanına gedirdi. Çox vaxt elçi
(ovçu) iki-üç dəfə gəlin evinə getməli olurdu. İlk dəfədən gəlinin valideynlərinin elçilərə “hə” deməsi
gəlinin ailəsinin nüfuzunu artırmaq üçün ümumiyyətlə rədd edilirdi. Gəlin evinə
daxil olan elçi ilk növbədə maşa ilə sobanı qarışdırardı. Xalq bu mərasimi belə
izah edir: “Sobanın istisi yandıqca, elçilik da bir o qədər uğurlu olsun”.
Otağa daxil olan elçi əlini sobanın üstündə gəzdirər, kürəkənin seçdiyi qızın səliqəli
və qənaətcil olduğuna əmin olmaq üçün sobanın içində çatların olub olmadığını
yoxlayardı. Nişanla bağlı söhbət alleqorik olurdu. Söhbət gəlin üçün nəzərdə
tutulan müəyyən bir məhsulun (dəvə, düyə, dəzgah və s.) alınmasından açılardı.
Bəyin təklifi gəlinin valideynlərini qane etməsəydi, imtina yumşaq formada
verildi: qızımız bu barədə bizə heçnə deməyib və ya cehiz hələ hazır deyil. Elçiliyin
müsbət nəticəsi olduqda, tərəflər aralarında (soz) adlıanan bir gün təyin edərdilər.
Razılıq əlaməti olaraq gəlinin valideynləri bəyin valideynlərinə hədiyyəlik
paltar üçün qızın paltarlarından birini verirdilər. Eyni zamanda gəlinin
paltarının verilməsi gələcəkdə nikah müqaviləsindən imtina etməyəcəklərinə bir
növ təminat olmaqla yanaşı, nikaha rəsmi razılığı ifadə edən simvol idi. Ənənəyə
görə, elçiliyin uğurlu nəticəsi şərəfinə gəlinin atası kiçik bir süfrə təşkil
edirdi.
Söz (nişanlanma)
Ənənəvi qaqauz toyunun ilkin razılıqdan sonra növbəti
mərhələsi söz - rəsmi razılıq mərasimi gəlir. Qaqauz kəndlərində bu ayin “annaşmaq,
yavklu, etmak, yavklu olmaq, soz vermek, laf, laf brakmak” adlanır. Qaqauz kəndlərində
ən çox yayılmış adlar söz və annaşmaqdır. Azərbaycan dilinə tərcümədə onlar “söz”
və ya “razılaşma” deməkdir. Bəy və gəlinin qohumları arasında danışıqlar günü
adətən şənbə gününə və ya hansısa təqvim bayramına təsadüf edirdi. Qonaqların tərkibinə
oğlanın valideynləri, qardaş və bacıları, yaxın qohumlar, ilk elçilik edənlər, oğlanın dostları daxil idi.
Qonaqların sayı həmişə cüt seçilərdi. Gələnlər
özləri ilə qaynadlmış toyuq, içki, şirniyyat və gəlin üçün hədiyyə
(nişan) götürdülər. Adətən axşamçağı yola çıxardılar. Gəlin evinə gələn qonaqlar
içərisindən seçilmiş adam evin
darvazasını və ya qapısını döyərdi. Ev sahibləri həmən dəqiqə qapıya çıxmağa tələsməzdilər.
Evin başçısı qapını açanda seçilmiş adam bildirirdi ki, razılığa əsasən
qapınıza gəlmişik. Bəy öz dostları ilə içəri daxil olmazdılar. Digər qonaqlar
isə gəlinin qohumları iləbir masa arxasında əyləşərdilər. Hər iki ailənin nümayəndələri
arasında söhbət əvvəlcə abstrakt yumoristik xarakter daşıyar, getdikcə ciddi
söhbətə çevrilərdi. Söhbətin əsas mövzuları gəlin üçün bəy tərəfindən verilən
“ödənişin” miqdarı, gəlinin cehizinin tərkibi, rəsmi toy şənliklərində iştirak
edənlərin təxmini sayı, hər iki tərəfdən hədiyyələrin sayı, ümumi xərclər
olardı. Sonra isə toya hazırlıq və növbəti görüş təyin edilərdi. Danışıqların ən
mühüm məsələsi gəlinin valideynlərinə ödəniləcək məbləğin müəyyən edilməsi idi.
Qaqauz kəndlərinin çoxunda bu ödəniş boba xaki (baba haqqı) və ana topu(ana
topu) adlanırdı. Toyda gəlin üçün ödənilən pul ən böyük xərc hesab edilirdi.
Belə pulu yalnız varlı ailələr ödəyə bilərdi. Baba haqqının miqdarı ilə bağlı
suallar həll edildikdən sonra bəylə gəlinin qohumları arasında gəlin üçün hədiyyə
alqı-satqısı məsələsi həll edilir. Gəlinin layiqli cehizi (çiiz) olmalıdır.
Bura yataq dəstləri, xalçalar, paltarlar, sandıqlar, tikmələr, dəsmallar və s.
daxildir. Bundan əlavə, gəlinin valideynlərindən boxçalıq - bəy və yaxın
qohumları üçün müəyyən sayda köynək, şərf, dəsmal və gənc ailə üçün “zestra” -
müəyyən bir torpaq sahəsi tələb edilir. İki ailə arasında aparılan danışıqlar
heç də həmişə yaxşı bitməyir. Müzakirə olunan məsələləri müsbət həll edən elçilər
ovçular əllərini bir-birinə vurub, qucaqlaşıb öpüşürlər. Bundan sonra onlar
süfrə açıb gəlini evliliyə razı olub-olmamasını soruşurlar. Gəlinlə bağlı bu
sorğu formal xarakter daşıyır, çünki “evlilik məsələsi artıq valideynlər tərəfindən
həll edilmişdi”. Nişan mərasiminin mühüm elementi gəlinin əlinə qızıl sikkə
tikilmiş yaylıq və ya şərf (nışan çənbər) bağlanmasıdır. Dəsmal ilə bağlama adətinə
böyük əhəmiyyət verilirdi. Yalnız ondan sonra qaqauz qızı nişanlı sayılırdı
(yavklu qız). Nişandan sonra onun cəmiyyət arasına yalnız bu şərflə çıxmasına
icazə verilərdi. Nişan mərasimi adətən qonaqların qurşaqlanması(bağlanması) ilə
başa çatırdı: kişilərin dəsmalla, qadınların yaylıqla. Bayramın final hissəsinə
dəvət olunan bəy və anası hədiyyə olaraq köynək və paltar alırdılar. Ziyafətdə
gecəyə dəvət olunan skripkaçılar xüsusi melodiyalar ifa edirdilər. Ayrılarkən həyətdə
dairəvi rəqs təşkil olunurdu, onun ortasında gəlin musiqi sədaları altında
atası və anası ilə rəqs edirdi.
Mərasim dövrü Emiş (kişmiş)
Qaqauz toyunun rəsmi elçilikdən sonra növbəti mərhələsi
kişmiş həftəsi (hafta emiş) adlanır. Kişmiş həftəsi (Hafta Emiş) nişanlandıqdan
bir-iki həftə sonra baş tutur. Təyin olunmuş gün ərəfəsində şənliyə qonaqlar dəvət
olunurlar. Bu məqsədlə hər iki ailədən gənc subay qohumlardan olan qasidlər
(izmətçi) ayrılır. Onlara müəyyən mərasim məqamlarda bəyi müşayiət etmək, gəlinə
hədiyyə aparmaqda köməklik etmək, cehiz çıxarmaq, təntənəli nikah süfrəsinə
xidmət etmək vəzifəsi də tapşırılır. Dəvətnamələr at üstündə qoluna şərf (basma)
bağlanmış xidmətçilər (izmətçi) tərəfindən paylanılır. Onlar toya dəvət
olunanlara çotrada şərab da verir və Emişə dəvət edirlər. Əsas şənlik gəlin
evində keçirilirdi. Gəlin tərəfindən şənliyə dəvətdə izmetçilərlə yanaşı,
zılvalar (kumalar, drujkalar) - onun subay bacıları və dostları da iştirak
edirdi. Onlar bəyi Emişə dəvət edirlər. Müəyyən olunmuş vaxtda dəvət olunanlar
gəlinə hədiyyələrin gətirilməsi mərasimində iştirak etmək üçün bəyin evinə gəlirlər.
Onlar bir neçə dəstə şəklində düzülürlər. Birində qaynadılmış toyuq və ya qaz,
digərində xonçada (şirniyyat, kişmiş, qoz və s.), üçüncüsündə gəlinin valideynləri,
qardaşları və bacıları üçün hədiyyələr olur. Gəlinin özü üçün hədiyyələri ayrı
bir adam götürür. Emişdən sonrakı gün, daha dəqiq bazar günü, bir gün əvvəl
bir-birlərinə verilən paltarları geyinmiş gəlin və bəy, özləri ilə şirniyyat,
kişmiş, qoz-fındıq götürərək xora getdilər. Gənclər onları təbrik edir, bəy və
gəlin isə əvəzində onları kişmişə qonaq edirlər. Xorda rəqs sifariş edilir, bu
zaman gəlin bəylə əl-ələ tutaraq rəqs edir, bu, qaqauzların ənənəvi ədəb
qaydalarına görə qohum olmayan oğlan və qızlara icazə verilməyiri. Bu rəqs
zamanı gəlin açıq şəkildə nişanlısının əlini öpməlidir, bunun üçün bəydən bir
manat və ya qızıl sikkə alır.
İstifadə edilmiş resurslar:
1. https://ciachirhasdeu.wordpress.com/
2.https://ru.wikipedia.org/wiki/Гагаузы
Rus dilindən tərcümə etdi: Əsədov Seyyub Əsəd oğlu
- Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən
yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar
üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil
Şurası” İB-nin İdarə Heyətinin üzvü