Çin XII əsrə aid tapılmış freqatı onilliklər ərzində gizli saxlayıb

 

    Tapıntı Çində sualtı arxeologiya muzeyinin yaranmasına səbəb olub. National Geographic jurnalı məlumat verir ki, 1987-ci ildə Britaniyanın “Maritime Exploration” firması Cənubi Çin dənizində Hollandiyanın Ost-Hind şirkətinə məxsus gəminin qalıqlarını axtararkən, XII əsrə aid 30 metrlik ticarət gəmisinə rast gəlib. Dalğıclar bildirmişlər ki, batmış gəmi, yükün miqdarına görə, səyahətinin lap əvvəlində batmışdır. Tapılmış gəmiyə “Nanhai №1” ləqəbi verildi, çünki bu, eyni adlı şəhərin sahillərində ilk tapıntı idi. 2 metr qalınlığında lil təbəqəsi taxta gövdənin və yükün, o cümlədən çini qabların, sikkələrin və gümüş külçələrin qorunmasına kömək etmişdir. İnvestisiya və uyğun texnologiyanın olmaması səbəbindən “Nanhai №1” 2002-ci ilə qədər dənizin  dibində qalmışdır. Bütün bu müddət ərzində o, Çin dəniz qüvvələri tərəfindən qorunubdur. Hərbçilər bu ərazidə hələ də İkinci Dünya Müharibəsindən qalan aktiv bombaların olduğunu iddia edərək, yerli balıqçıların ərazidə balıq tutmasını da qadağan ediblər. Yalnız 2007-ci ilin dekabrında ümumi çəkisi 15600 ton olan “Nanhai №1” gəmisi və onun qiymətli yükü nəhayət dənizin dibindən qaldırılaraq saxlamaq üçün xüsusi olaraq inşa edilmiş Hailing adasındakı Guangdong İpək Yolu Dəniz Muzeyinə təhvil verilmişdir. Bu, Çində ilk sualtı arxeologiya muzeyi oldu. “Nanhai №1” gəmisi sifarişlə hazırlanmış dəniz suyu ilə doldurulmuş xüsusi çənə yerləşdirilib. Gəminin çürüməsinin və zədələnməsinin qarşısını almaq üçün üzəri lillə örtülür və sabit temperaturda saxlanılır. Belə bir şəraitdə arxeoloqlar o vaxtdan bəri qalıqları tədqiq etməyə davam edirlər. Məsələn, 2018-ci ildə elm adamları gəminin dəniz səyahətinin tarixini 1183-cü ilə aid olduğunu müəyyən etmişlər.

    Bundan əvvəl Kolumbiya hərbçiləri XVIII əsrə aid batmış freqatdan fotoları nümayiş etdirmişdilər. Gəmi hələ tədqiq edilməyib, lakin bəlkə də onun qaldırılması ispanları öz sualtı muzeylərini yaratmağa ruhlandırar.

Mənbə: https://news.mail.ru/society/51790931/?frommail=10

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

P.S. Maraqlıdır görəsən bizim Xəzər dənizində belə batmış gəmiləri axtarıb tapmaq oalrmı? ...

 


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.