Əliyev: Dağlıq Qarabağ yoxdur

    Azərbaycan prezidenti İlham Əliyev Ermənistan tərəfini Dağlıq Qarabağın statusu məsələsini qaldırmağı dayandırmağa çağırıb və Qarabağ ərazisinin ancaq  Azərbaycana mənsub olduğunu vurğulayıb. Əliyevin fikrincə, mübahisəli regionun statusunun qeyd edilməsi problemlərə gətirib çıxarır və Azərbaycan tərəfindən tarixi yenidən yazmaq cəhdi kimi qiymətləndirilir. “Şifahi razılıq var idi ki, Qarabağın statusu ilə bağlı məsələ qaldırılmayacaq. Amma təəssüflər olsun ki, biz Ermənistan hökumətindən qondarma Dağlıq Qarabağın statusu ilə bağlı bəyanatlar eşidirik ki, bu da tamamilə əks effekt verir. Dağlıq Qarabağ yoxdur. 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur”, - deyə Prezident Əliyev Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib (dövlət başçısının nitqinin yazısı onun rəsmi YouTube kanalında mövcuddur). Əgər Ermənistan ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa yolu qalmayacaq (İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti). İlham Əliyev əlavə edib ki, Azərbaycanın Ermənistan ərazilərini mübahisə etmək üçün “tarixi nöqteyi-nəzərdən” daha çox hüquqları vardır, çünki 1920-ci ilin noyabrında Sovet hökuməti “ölkəmizin (Azərbaycannın) tarixi hissəsini - Zəngəzuru əlimizdən alıb və Ermənistana ilhaq edib”.

  Qısa nisbi sabitləşmədən sonra Dağlıq Qarabağın statusu ətrafında vəziyyətin gərginləşməsi 2022-ci ilin martında başlayıb. Apreldə Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduqlarını bildirib, bundan sonra İrəvanda etiraz hərəkatı güclənib.

Mənbə: https://news.mail.ru/politics/51785957/?frommail=1

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

 

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.