15 iyun - Milli Qurtuluş Günü

       Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub.

      1969-cu ildən başlayan yarıməsrlik bütöv bir epoxa tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövr istisnasız olaraq inkişaf və tərəqqi zamanı, dirçəliş çağı, sabitlik və rifah illəri, milli intibah və müstəqil dövlətçilik yolu, sosial-iqtisadi yüksəliş pilləsi, müstəqil dövlət quruculuğu mərhələsi idi. Ümumiləşdirərək ifadə etsək, belə bir dəyərləndirmə və formula daha doğru olardı ki, əslində Heydər Əliyev dövrü həmin məramlar uğrunda milli-siyasi mücadilə dönəmidir!

   Müxtəlif tarixi hadisələrlə əlamətdar olan bu gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. 1993-cü ilin 15 iyun günü tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli liderimizin fəaliyyəti Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. 15 iyun xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyev olmuşdur. Heydər Əliyevin xüsusilə Prezident seçilməsindən sonra cəmiyyətimizin tərəqqisi yolunda gördüyü işlərdən çox danışmaq olar. Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan dövlətinin qazandığı bütün uğurlar Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir.

Ulu Öndər Heydər Əliyevin ucaltdığı istiqlal bayrağı qələbələr və uğurlar bayrağı olaraq xalqımızın başı üzərində əbədi ucalacaq, Azərbaycan göylərində həmişə dalğalanacaq!  

     Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Gün o gün olsun, Azərbaycan birləşsin! Bir oslun, vahid olsun!

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.