Dövlət
ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə yeniliklər olacaq.
Mektebgushesi.az-ın
əldə etdiyi məlumata görə, imtahanlar regional təhsil idarələri tərəfindən həyata
keçiriləcək.
Prosesin
idarələr tərəfindən həyata keçirilməsi barədə müzakirələr aparılır.
Məsələ
barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Qurumdan
cavab olaraq bildirilib ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə
qəbulu prosesi ilə bağlı yeni mexanizm hazırlanır:
“Mexanizm
təsdiq edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.(Oxu.az)
Mənbə: