İdarə müdiri Şirvan şəhərində vətəndaşları qəbul etdi

İyunun 10-da Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Şirvan şəhərində 21nömrəli tam orta məktəbdə  həmin şəhər qeydiyyatında olan sakinləri qəbul etdi.

Həyata keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciət etdilər.

İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.

Görüş bitdikdən sonra 21nömrəli tam orta məktəbin pedaqoji kollektivi ilə iclas keçirildi, buraxılış imtahanlarının nəticələri müzakirə edildi və növbəti tədris ilinə dair tapşırıqlar verildi.

#ŞirvanSalyanRTİ #ŞirvanSalyanRTİEduAz #VətəndaşQəbulu

Mənbə: https://www.facebook.com/ShirvanSalyanregionaltehsilidaresi/

(P.S. sadəcə VƏTƏNDAŞ QƏBULUna necə yazılmaq olar? Suala cavab verən olmadı. Mən də qəbula getmişdim və əməkdaş mənə 34 nəfərin qəbul üçün qeydiyyatda olduğunu bildirdi. Yaxşı olardı ki, qəbul üçün əvvəlcədən qeydiyyata necə düşmək barədə məlumat verilərdi. Bu isə  əvvəlcədən sifarişlə məktəb direktorlarının öz “adamlarını” qəbula yazdırmağa imkan verməzdi. ..İnanır və ümid edirəm ki, növbəti VƏTƏNDAŞ QƏBULUnda bunlar nəzərə alınacaqdır. Mənsimli Sənan müəllimə isə ancaq uğurlar arzulayıram!). 

 


 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.