(P.S. tərcüməçidən; Cerri Toner - elmlər doktoru, professor, Kemberc Universitetinin antik filologiya tədqiqatı üzrə rəhbəri, universitetin antik ədəbiyyat fakültəsinin müəllimi. Onun elmi fəaliyyəti Qədim Romanın tarixi və mədəniyyəti ilə bağlıdır. Hazırda bir çox lahiyələr üzərində çalışır. Bu lahiyələr Roma əhalisinin aşağı təbəqələrinin ictimai münasibətlərinə həsr edilmiş məsələlərdir.
Annotasiya- latınca “annotatik” sözündən olub qeyd aparmaq, əlavə etmək deməkdir. Ədəbi dildə annotasiyanın iki mənası vardır:
a) hər hansı bir əsərə dair qeyd aparmaq;
b) kitab, jurnal və məqalənin məzmununu qısa şəkildə
şərh etmək. Annotasiyanın köməyi ilə oxucu hər hansı bir kitabın məzmununu qısa
şəkildə mənimsəyir.
Annotasiyanın planında
aşağıdakılar öz əksini tapmalıdır.
1. Kitabın adı, çap vərəqi,
nəşriyyatın adı və harada nəşr edilməsi göstərilməlidir.
2. Kitabın müəllifinin(müəlliflərinin)
adı bütöv yazılmalıdır.
3. Kitabın qısa məzmunu və
əsas əlamətləri sadalanmalıdır.
4. Kitabın nə məqsədlə, nə
üçün, kim üçün yazılması qeyd olunmalıdır.
Annotasiyanı əsasən, əsərin müəllifi (müəllifləri) yazır və
məqsədini bir neçə cümlə ilə ifadə edir).
Annotasiya nədir?
Müəyyən təsadüfi, lakin biri-biri ilə əlaqəli
olmayan hadisələr halqası - Mark Sidoniy Falks adlı romalı patrisini bu yazını yazmağa sövq
etmişdir. Bu yazı yazılan dövrdən bizi təqribən 2000 illik bir tarix ayırır. Bu
yazı idarəetmə, daha doğrusu insanların idarə edilməsi məsələlərinə aiddir.
Falksın əsəri məhz bu məsələni özündə əks
etdirir və bu qədim romalının yazısı bu günün özündə də aktualdır. Baxmayaraq
ki, artıq nə quldar, nə də ki, qullar vardır. Müasir idarəediciyə qətiyyən
maraqlı olmaya bilər ki, Qədim İtaliyada, onun paytaxtı “Əbədi şəhər”
adlandırılan Romada quldar və qullar arasında hansı münasibətlər baş vermişdir.
Amma qeyd etməmək olmaz ki, bu günün özündə də iqtisadi münasibətlər tarixi
baxımından Falksın hər bir sözü, hər bir fikri olduqca maraqlıdır. Bu baxımdan əsəri
ərsəyə gətirən görkəmli ingilis tarixçisi Cerri Tonerin zəhməti əvəzsizdir. O,
böyük zəhmət çəkərək, Aristoteldən başlamış - Katona qədər onlarca tarixi
qaynaqlara müraciət etmiş və bu əsərin ərsəyə gəlməsinə nail olmuşdur.
Mark Sidoniy Falksın bütün yazıları bu gün də aktualdır.
Məsələn; “... qulun həyatı yalnız tər tökənədək işləməkdən ibarət
olmamalıdır. Onun istirahətə və müəyyən edilmiş əyləncələrə də vaxtı olmalıdır.
Bu o şərtlə mümkündür ki, qul özünü nümunəvi aparsın və özünün ağır olmayan işini layiqincə yerinə yetirsin.
Əgər qullar zülm və zillət, aclıq və
ehtiyac içərisində əzab çəkəcəklərsə, iş
görməyə həvəs göstərməyəcəklər, onlara verilən tapşırıqlardan müxtəlif
bəhanələrlə boyun qaçırmağa çalışaçaqlar”.
”Qulları necə idarə etməli”
adlı kitab müxtəlif kommersiya təşkilatlarının rəhbərləri, tələbələr, ali və
orta ixtisas müəllimləri, dövlət və qeyri-kommersiya təşkilatlarının
administrasiya rəhbərləri, bütün hərbi qoşun hissələri zabitləri, Qədim Roma və
Qədim Dünya tarixini sevənlər, eləcə də ağıllı məsləhətləri dinləməyi sevənlər
və sadəcə maraqlananlar və Azərbaycan dilində oxumağı sevənlər üçün nəzərdə
tutulmuşdur.
Cerri Toner- elmlər doktoru,
professor, Kemberc Universitetinin antik filologiya tədqiqatı üzrə rəhbəri,
Universitetin antik ədəbiyyat fakültəsinin müəllimidir. Onun elmi fəaliyyəti
Qədim Romanın tarixi və mədəniyyəti ilə bağlıdır. Hazırda bir çox lahiyələr üzərində
çalışır. Bu lahiyələr Roma əhalisinin aşağı təbəqələrinin ictimai münasibətlərinə həsr edilmiş
məsələlərdir. Meri Bridlə birgə “ Roma imperiyasının kütləvi mədəniyəti” adlı
kurs aparır. Kemberc Universitetində antik ədəbiyyat üzrə doktorluq
distertasiyasını müdafiə etdikdən sonra
C. Toner 10 il ərzində London fondlar birjasında investisiya üzrə
menecer olmuş və 15 milyard dollarlıq axtivlərlə işləmişdir. C. Toner gənc
tələbələrin təhsil almasına hazırda da yardım etməkdə davam edir.
Rus dili nəşrinə müqəddəmə
Vediy Pollion adlı varlı romalı
imperatora xoş gəlmək üçün gənc bir qulu cəzalandırır. Lakin onun bu
hərəkəti imperatorun xoşuna gəlmir. Hətta belə hərəkətdən qəzəblənir və gənc
qulun həmin dəqiqə azad olunmasını tələb edir. O vaxtlar bir çox romalılar
qullara qarşı cəza tədbirlərinin tətbiq olunmasını xoşlamırdılar. Onlar dərk edirdilər ki,
qulları qorxutmaq yolu ilə yaxşı işləməyə vadar etmək mümkünsüzdür. Qullar öz
ağalarının əmlakı olduğundan çoxları hesab edirdilər ki, onlara cəza tətbiqi öz
əmlakına vurduğun ziyandır. Bir çox romalılar hesab edirdilər ki, yeni
metodlardan istifadə etməklə - qulları daha yaxşı və həvəslə işləməyə sövq
etmək olar. Bu təcrübədən çıxış edərək müasir dövrdə siz insanları təşkilat və
kompaniyalarda, müəssisələrdə işləməyə sövq edə bilərsiniz.
Bundan başqa, ”Qulları necə
idarə etməli” kitabı göstərir ki, qədim romalılar rəhbərlik və liderlik
məsələlərinə necə yanaşırlarmış. Onlar dərk edirdilər ki, hər hansı bir
idarəetmə strukturunu yaratmaqla onun idarəedilməsi arasında böyük fərq vardır.
Bu günkü menecerlərin ən böyük problemlərindən biri də ondan ibarətdir ki,
onları tənqid edənlərdən qorxur və onlar belələri ilə “dost” olmağa çalışırlar.
Qədim Romada isə bu gülünc sayılardı. Məgər Yuli Sezar Qalliyanı işğal etməyə
yollananda belə fikir yürüdərdi? Əsl liderlər kütlədən fərqlənməli, öz
bacarıqlarını nümayiş etdirməli və tabeliyində olanları ruhlandırmalı, ələ
almağı bacarmalı, nəhayət ən sonda lazım
olanları yerinə yetirməyə məcbur etməyi bacarmalıdırlar.
Bəzi oxucular bu məsələyə
əsəbi yanaşaraq bildirirlər ki, qullara sahib olmaq ayrıdır, tabeliyində
olanları idarə etmək ayrıdır. Ümumilikdə götürdükdə əlbəttə, onlar haqlıdırlar. Amma məsələni daha dərindən
izləyəndə biz bu iki halda oxşarlıq tapa bilərik. Xoşa gələn vəziyyət olmasa
da, bu tarixi həqiqətdir desək yanılmarıq. Ona görə ki, qədim quldarlar kimi
müasir korporasiyalar da öz insan resurslarından maksimum istifadə etmək
istəyirlər. Əgər məsələyə daha diqqətlə nəzər yetirsək görərik ki, başqa
insanları idarə etmək həmişə müəyyən məsələlərin həllini tələb edir. Məsələn;
işçilərin qiymətləndirilməsi, onlar üçün motivasiya, nizam –intizamın
gözlənilməsi, qaydaları pozanların cəzalandırılması və ən nəhayət onların işdən
uzaqlaşdırılması və s. və il. Bu baxımdan bizə qədim romalıların təcrübəsinin
köməyliyi dəyməmiş olmaz.
Hesab edirik ki, istər
ingilis, istər rus və istərsə də azərbaycanlı oxucular üçün bu yazılar
əhəmiyyətli olacaqdır. Hesab edirik ki, qətiyyətli administrator olan Mark Sidoni
Falks kimi müasir idarəedicilər də bilməlidirlər; nə etmək lazımdır ki, işçilər onun sözlərinə
əməl etsinlər, ona hörmət etsinlər, idarədə necə və nə cür qayda - qanun
yaratmaq olar. Bütün bunlar bu günün tələbidir.
Müəllifdən
(Mark Sidoniy Falksdan )
Mən Mark Sidoniy Falks alicənab aildən olan, ata tərəfdən konsul, ana
tərəfdən isə qədim senator nəslindənəm. Bizim ailə əlimizə keçəni
buraxmadığımıza görə “Falks” (“caynaq”) adına layiq görülmüşdür. Mən VI Dəmir legionunda
beşillik hərbi xidmətimi ləyaqətlə başa vurmuşam. Bu zaman bizə dinclik
verməyən şərq tayfalarına qarşı hərbi
əməliyyatlarda iştirak etmişəm. Hərbi xidmətdən sonra Romaya qayıdıb işlərimi
qaydaya qoymuş, Kampaniya və Afrikadakı mənə məxsus torpaqlarımın idarəsinə
başladım. Mənim ailəm uzun illərdir ki, saysız –hesabsız qullara malikdir.
Onların idarə edilməsi ilə bağlı isə məlumatlı olanlarımız azdır.
Qeyd: romalı olmayanlar üçün
mənim fikirlərimi dillini başa düşmədiyim insanlara çatdırdığına görə Cerri
Tonerə minnətdarlığımı bildirirəm.
Cerri Tonerdən
Mark Sidoniy Falksın mövcudluğu elmi debatlar üçün əsas ola bilər.
Lakin onun fikirləri yox. Məsələ ondadır ki, onun fikirləri quldarlığı öz
gözləri ilə görən və bunu dərk edən bir romalının fikirləridir. Roma dünyası yaranandan bəri
quldarlıq onun əsas institutlarından biri olmuşdur. Quldarlıq o qədər adi, əsas
və mühüm bir sahə olmuşdur ki, o dövrün insanları bunun olmamasını ağıllarına
belə gətirə bilməzdilər. O dövrün quldarlığı ilə bu günün seçkilərində iştirak
etmək müqayisə edilə bilər.... Təəssüflər olsun ki, o dövrün qulları bu barədə
nə düşünmüşlər ? Bizim bu barədə məlumatlarımız yoxdur. Çünki danışılan dövrdə
qulların fikirləri kimsəni maraqlandırmırdı. Amma qeyd etmək lazımdır ki, Roma quldarlarının qullar haqqında fikirləri barədə bu əsər sayəsində
məlumatlanmış oluruq. Mark Sidoniy Falksın yazısı sayəsində az da olsa dövrün
quldarlıq quruluşu və quldar –qul münasibətləri haqqında məlumat əldə etmiş
oluruq. O dövrün mövcud qaynaqları az da olsa dövrün təfsirini verir. Bu əsər
Romada qulların idarə edilməsi məsələsinə toxunan ən azsaylı qaynaqlardan
biridir.
M.S. Falksın yazdığını ilkin mənbədən oxumaq əslində olduqca çətindir. Bəzən biri-birini
təkzib edən məlumatlarla zəngindir. Lakin Qədim Roma standartlarına görə o –
“ali zat”dır. Yazılarında yaşadığı dövrü
dəqiq göstərməsə də onun təqribən I –II əsrlərdə yaşadığını müəyyən
etmək mümkündür.
Mən hər başlığın sonunda daha
yaxşı başa düşülsün deyə mətnə qısa izahatlar yazmışam. Bu izahatlar kitabın
oxucularına köməklik etmək üçündür.
Giriş:
Ağa olmaq
Bir neçə ay bundan əvvəl
villada başıma qəribə bir hadisə gəldi. Bu hadisə qəribə olduğu qədər də mənim
üçün maraqlı olduğundan bu kitabı yazmağa məni vadar etdi. Əgər daha ətraflı
söyləsəm qonağım alman tayfası - alanlardan
(tərcüməçidən:- alan tayfaları alman
mənşəli deyil) bir nəfəri əyləndirmək
istəyirdim.
Sizə mənim belə bir barbarı qəbul etməyim və əyləndirməyim qəribə
gəlməsin. İş ondadır ki, bu adam adi şəxs deyildi. Roma şəhərinə, imperatorun
yanına gəlmiş böyük bir nümayəndə,
diplomat idi. Böyük və sevimli imperatorumuz bu qonağı mənə havalə edib, onun vətəninə
qayıtmasına qədər mənim qonaqla xoş rəftar etməyimə göstəriş verdi. Biz qonaqla
villada bağda güllükdə gəzdik, ona Roma qəhrəmanlarının mərmər heykəllərini
göstərdim. Hadisə də elə burada baş verdi. Bütün diqqətimi mərmər heykəllərə
verdiyimdən, cığırda atılmış torpağı yumşatmaq üçün dırmığa fikir verməmişdim.
Mən onun üstünə ayağımı qoyduğumdan o ayağıma batdı və mən həm ağrıdan, həm də
bunu gözləmədiyimdən qışqırdım. Alətə cavabdeh olan qul mənim tək ayağımla
atıldığımı görərək, özünü itirdi. Əlbəttə mən o dəqiqə ürəyimdə: “ bu danışan
əmək aləti məni qonaq yanında biyabır etdi” deyə fikirləşdirm. Nəzarətçini
yanıma çağırıb:
-Bu qul hesab edir ki, ağanın ayağının əzilməsinə görə cavbdeh deyil,
onun ayağını sındırın ki, bir daha belə alətləri hara gəldi atmasın deyə əmr
verdim.
Nəzarətçi və onun iki köməkçisi həmin dəqiqə qulu yerə yıxaraq ayaqlarını
sındırmağa hazırlaşdılar. Elə bu zaman mənim barbar qonağım qəflətən qışqırdı:
-Yox, etməyin.
Ona tərəf çevrilib baxdıqda onun sifətinin təbaşir kimi ağ-appağ
olduğunu gördüm.
-Nə baş verib? Siz oz qullarınızla məgər belə rəftar etmirsiniz ?
deyə soruşdum.
Cavab verdi: Bizlərdə qul olmur.
Siz qullarsız bir cəmiyyətin
olduğunu təsəvvürünüzə gətirə bilərsinizmi? Bu cəmiyyət necə fəaliyyət
göstərir? Bu cəmiyyətdə ağır və çirkli işləri kim görür ? Müharibə vaxtı əsir
götürülənlər nə işlə məşğul olurlar? Bu kimi fikirlər ağlıma gəldi və qula
qarşı hirsim soyudu.
Qul isə yazıq –yazıq mənə yalvarır və əhv edilməsini diləyirdi.
-Yaxşı, onu azad edin. Bu gün mən xeyirhaxam deyə söylədim.
Qonağı geri evə doğru apara-apara ağlıma gəldi ki, bu dilini başa
düşmədiyim barbar, qullardan imtina edən ilk insan deyil, onun yaşadığı
cəmiyyətdə belələri çoxdur və görəsən onlar tabeliyində olanlarla necə rəftar
edirlər. Bu fikr ağlımdan çıxmırdı. Beləliklə, mənim ağlımda öz tabeliyində
olanlarla necə işləmək, rəftar etmək, onları necə idarə etmək sualı yaranmış
oldu.
Bu həyati əhəmiyyətli bir
məsələdir. Həmişə öz var-dövlətini,
sərvətini artırmaq istəyən insan bu işdə onun köməyinə nələr çatdığını
bilməlidir. Bizim zamanəmizdə onlara xidmət edənlərlə rəftar edə bilməmələri
məni təəccübləndirməyə başladı. Baxmayaraq ki, bu aşağı pillədən olanlar daima
öz ağalarının yanında yüksəlməyə, onların etibarını qazanmağa çalışırlar.
Mən hətta müşahidə etmişəm ki,
aparıcı siyasətçi küçədə işləyən qadının üzünə gülümsəyir ki, seçkidə onun
köməyindən istifadə edə bilsin. Bunu əksinə olaraq aşağı zümrədən olan qullara
qarşı münasibətdə mərhəmət göstərmək gələcəkdə onların əməyi ilə öz sərvətini
çoxaltmağa xidmət edə bilər. Mənim kitabım istər təsərrüfatda, istərsə də
ailədə əsl məqsədə çatmaq üçün gərəklidir. Bu məqsəd isə sahibin(sahibkarın,
ağanın) bütün arzularına çatmasıdır.
Kitabım eynizamanda ictimai pillədə yuxarı qalxmaq üçün kömək ola bilər. Bu
kitab sosial bacarıqlar əldə etməyə xidmət edə bilər. Buna görə də öz evinin,
təsərrüfatının inkişafına çalışan qayğıkeş hər bir ağa vaxt tapıb bu kitabla tanış olmalıdır.
İnanıram ki, ağa olmaq üçün
hansısa bir elm vardır. Bu elm öz təsərrüfatını idarə etməkdə, qullarını idarə
etməkdə, cəmiyyətdə lider olmaqda birinciliyi bacarmalıdır. İdarəedici və ağa hər
iksi eyni keyfiyyətlərə malikdirmi? Sualının dəqiq cavabı yoxdur. Bəzi yunanlar
hesab edirlər ki, insanlar daxili təbiətlərinə görə biri-birlərindən
fərqlənirlər. O kəslər ki, məsələn; qullar ən yaxşısı mənim kimi yüksək zatlara
daha yaxşı qulaq asmalı və mənim kimilərin tapşırıqlarını sözsüz yerinə
yetirməlidirlər. Kölə özünə yox ağaya məxsusdur. Yunanlar hesab edirlər ki,
azad insanların ruhu və bədəni qullarınkından fərqlənir. Qullar fiziki cəhətcə möhkəm
bədənə malikdirlər. Ondan ötrü ki, çalışsınlar. Onların ruhları öyrənməyə qadir
deyildir. Azad insanlar isə fiziki işlər üçün yaradılmayıblar, onların ruhu öyrənməyə
qadirdir. Azad insanlar cəmiyyətin ictimai, siyasi və hərbi işlərində iştirak etmək üçün yaranmışlar.
Əlbəttə bəzən olur ki, təbiət səhvlər buraxır və elə olur ki, qullar azad
insanların bədənini qazanırlar. Azad insanlarda xəstə bədən olur, lakin ruhları
öyrənməkdə davam edir. Ümumilikdə yunanlar deyirlər ki, təbiət heç də çox səhv buraxmır. Lakin o insanların taleyinə
təsir edə bilir.
Qeyd edim ki, romalıların
çoxu bu fikirlə razı deyildir. Onlar əmindirlər ki, romalıların başqalarına
tabe olması təbiətə ziddir. Möhtəşəm
imperiyanı idarə edən biz romalılar hesab edirik ki, qullar lazımlıdır. Roma
mütəfəkkirləri hesab edirlər ki, ictimai razılıq əsasında ağa qul üzərində
hökmə malik olur. Həm də qeyd edirlər ki, elə qullar da olur ki, öz əməlləri
ilə onların təbiətcə qul olmalarını mümkünsüz edir. Əlbəttə belələri azad
olunur və ağa mərhəmətini görürlər.
Romada qullar çoxdur. Mən eşitmişəm ki, İtalya yarımadası əhalisinin
hər dörd və ya üç nəfərindən biri quldur. Hətta əhali sayı
60-70 milyon olan bizim nəhəng imperiyamızın əhalisinin hər səkkiz nəfərindən
biri kölədir. Qeyd edim ki, qullar təkcə kənd ərazilərində çoxluq təşkil
etmirlər. Roma şəhəri qullarla qaynayır. Onların sayı burada daha çoxdur. Ola
bilsin ki, Romada bir miyona yaxın qul vardır. Roma əhalisinin 3/1
hissəsini qullar təşkil edir. Amma bu
dəqiq məlumat deyildir. Ola bilər ki, bu varlı zatların bir uydurmasıdır. Bütün
bunlara baxmayaraq, bilməliyik ki, qullar bizə çox gərəklidir.
Siz soruşa bilərsiniz ki, bu vəziyyət necə
meydana gəlmişdir? Qul əməyi azad insanların əməyindən necə yaxşı
qiymətləndirilə bilər? İndi izah edərəm. Keçmişdə, respublika dövründə hər dəfə romalılar hər
hansı bir İtaliya regionunu işğal edəndə torpaqların bir hissəsini özlərinə
götürər və bu torpaqlarda romalı insanları məskunlaşdırardılar. Hesab edilirdi
ki, bu məskənlər hərbi düşərgə olacaqdır. Lakin hərbi əməliyyatlar nəticəsində
bir çox torpaqlar boş qaldı və istifadə olunmadı. Bu torpaqların sahibləri ya
öldürülmüş, ya da ki, qaçmışdılar. Bunu görən senat elan etdi ki, boş qalmış
torpaqları becərmək istəyən hər kəs illik dənli məhsulun 10% və meyvə-tərəvəzin
20% -ni ödəməklə torpaqlardan istifadə edə bilərlər. Burada məqsəd ondan ibarət
idi ki, İtaliyada şəhərləri ərzaqla təmin edə bilən əhalinin sayı artırılsın və Romanı əsgərlərlə təmin
etmək mümkün olsun.
Bu yaxşı təklif idi. Lakin
nəticə gözlənildiyinin əksi oldu. Əslində varlı insanlar kimsəyə məxsus olmayan
çoxlu sayda torpaq sahələri ələ keçirdilər. Qonşuluqda kiçik torpaq sahələri olan kasıb kəndlilərin
torpaqlarını ya xoşluqla, ya da ki, zorla əllərindən alıb öz ərazilərini
genişləndirdilər. Kəndli hərbi mükəlləfiyyətə getdiyindən onun torpaqları
becərilmir və varlı sahibkarlar torpağı ələ keçirirdilər. Beləliklə, iri torpaq
sahibləri daha çox ərazilər ələ keçirmiş oldular. İri torpaq sahibləri
torpağın becərilməsi üçün azad
kəndlilərdən istifadə etməyi məqsədəmüvafiq hesab etmirdilər. Ona görə ki,
kəndlilər tez-tez orduya- hərbi xidmətə çağırılırdı. Bu səbəbdən torpaq
sahibləri qul əməyindən istifadə etməyə üstünlük verirdilər. Qul əməyi həm də
ona görə sərvəli idi ki, qullar evlənir və onların uşaqları da qul hesab
edilirdi. Həm də qullar orduya çağırılmırdı. Dövləti müdafiə etmək qulara
etibar edilmirdi. Daşınmaz əmlak sahibləri bu yolla həddindən çox
varlanırdılar. Eynizamanda qulların sayı da artmış oldu. Lakin italiyalıraın
sayında azalma müşahidə olunurdu. Bunun səbəbi ağır vergilər və tez-tez kəndlilərin
hərbi xidmətə çağırılmalar nəticəsində
torpaqlarını itirmələri idi. Müharibə olmayan zamanlarda belə azad kəndlilərin
iş tapmaqları olduqca çətin olurdu, beləki varlı torpaq sahibləri öz
təsərrüfatlarında qul əməyindən istifadəyə önəm verirdilər. Sözsüz ki, Senat və
roma xalqı bu məsələdə öz narahatçılığını göstərirdi. Bu səbəbdən orduya lazımı
sayda əsgər toplamaq olmurdu və qullar bəzi hallarda öz ağalarını öldürmək kimi
hallar baş verirdi. Lakin hakimiyyət dərk edirdi ki, varlı sahibkarların
əllərindən bu torpaqları almaq da mümkünsüzdür. Dədə -babadan qalma torpaqları
insanın əlindən necə almaq olar? Bəzi xalq trubunları qanunvericilikdə
dəyişikliklər edilməsini irəli sürürdülər. Belə ki, bu cür qanunlarda iri
torpaq sahiblərinə öz təsərrüfatlarında müəyyən qədər azad işçilərdən istifadə
edilməsi təklif edilirdi. Lakin bu kimi təkliflərə əhəmiyyət verən olmadı.
Qulların üsyan qaldırması təhlükəsi isə təhlükə olaraq qalırdı. Nəhayətdə belə
bir qanun qəbul edildi ki, 20 yaşdan -40 yaşadək olan kişi vətəndaşlar İtaliyadan
kənarda üç il ardıcıl olaraq orduya
çağırıla bilməzlər. Bu yolla da kəndlilərə öz kiçik torpaq sahələrinin
əllərindən çıxmasının qarşısını almağa cəhd edilmiş oldu.
Xoşbəxtlikdən hazırda belə bir problem yoxdur. Ordu peşəkarlardan
ibarətdir. Qulların axrıncı üsyanından isə çox illər keçmişdir. Müasir
quldarları öz təsərrüfatları və qulları üzərində nəzarət düşündürməlidir. Bunu
mən anadan olandan dərk etmişəm.
İdarəetmə qaydaalrını mən lap kiçik yaşlarımdan öyrənmişəm. Qulluqçularıma
müxtəlif əmrlər verməklə məsələn; “Mənim plaşımı gətirin!”, “ Əllərimi yuyun!”,
“Mənim səhər yeməyimi gətir, oğlan!” Bu mənim üçün adi gündəlik bir təcrübə
idi. Gənc vaxtlarımdan isə öz atamdan hətta ən itaətsiz qullarla davranmaq
qaydalarını da öyrəndim. Ailə və təsəttüfat; bax bu insan həyatının mənasıdır.
Bunlar olmadan heç bir sivil cəmiyyət ola bilməz. Ev təsərrüfatı insana hər şey
verir. Lakin təsərrüfat sadəcə ev deyil, orada qullar da olmalıdır.
Əsl ailən olması üçün həyat
yoldaşın və uşaqların olmalıdır. Onların da əməyi müəyyən xeyir gətirir. Lakin
təsərrüfatda ən çox əməyi olanlar və gəlir qazandıranlar kölələrdir. Bu ən çox
o vaxt gəlirli olur ki, təsərrüfat sahibi kənar işçi əməyindən istifadə
etməsin. Biz başa düşürük ki, iş görmək üçün başqalarından xahiş etmək
yolverilməzdir, alçaldıcıdır. Azad insanların əməyindən istifadə edərkən onlar
səndən haqqının artırılmasını tələb edəcək və öz əməkləri ilə qarşında
öyünəcəklər. Əgər sənin qulun varsa arxayın olursan ki, qul sənin verdiyin
tapşırığı, işi sənin ürəyin istəyən kimi görəcəkdir. Bu baxımdan qullar ailənin
bir hissəsidirlər.
Ev təsərrüfatı - kiçik
dövlətdir. Elə dövlət ki, özünün strukturu, iyerarxiyası, şəxsi ictimai
hissləri olan dövlət. Ər/arvad, ata/oğul, ağa/qul - bax bunlar sosial həyatın,
ev təsərrüfatın əsas kərpicləridir.
Beləliklə quldarlıq bu həyatın əsas hissələrindən biridir. Qul tamamilə öz
ağasın sərəncamındadır, necə ki, vətəndaş da dövlətin sərəncamındadır. Lakin
qul ağanın tam tabeleyindədir. Qulun qohumları olmur, o üzərinə evlənmə
məsuliyyəti götürə bilməz, qula hətta adı da ağa verir. Bu baxımdan yanaşanda köləlik
sosial ölümdür. Kölə tamamilə və sözsüz tabe olmağa məcburdur. Təəssüflər olsun
ki, bəzi hallarda köləyə qarşı itaət
etsin deyə sərt metodlar tətbiq etmək
zorunda qalmalı olursan. Ən vacibi köləni
ruhən məhv etməkdir. Məhz bu səbəbdən bir çox məğrur tayfalar məğlub
olsalar da tabe olmaq istəməmişdirlər. Məsələn; İspaniyada kantabrlar kimi,
onlar məğlub olsalar da tabe olmaq istəməmiş və ölümü üstün tutmuşlar.
Qulların hüquqi haqqları
yoxdur. Lakin hesab etməyin ki, onların elə işləri ancaq və ancaq ağır əməkdir.
Müşahidələr göstərir ki, bir çox kölələr öz bacarıqlı ağalarının yanında nüfuzlu mövqeyə malik olmuşlar. Azad
kəndlilərdən elələri vardır ki, öz ailəsini dolandırmaq üçün ən ağır və çirkli
işləri yerinə yetirmək məcburiyyətində qalırlar. Qullar da müxtəlif işləri
yerinə yetirmək üçün bacarıqlıdırlar; istər bu qapıdakı qoca gözətçi olsun,
istər masaya su gətirən gənc olsun, istərsə də gözəl cənc qız olsun. Böyük
təsərrüfatlarda qullar ən müxtəlif işləri yerinə yetirir, öz ağasının bütün
tapşırıqlarını canla - başla yerinə yetirirlər.
Atam mənə öyrədərdi ki, kölələr həyatda sənə gəlir qazanmaq üçün lazımdır. Kölə əslində əhəmiyyəti
olmayan elə bir əşyadır ki, o sənin sosial vəziyyətini müəyyən edir. Necə ki,
yaxşı at onu minən haqqında fikir formalaşdırır, eləcə də tərbiyə edilmiş və ehtiram
göstərməyi bacaran kölə öz ağasının ləyaqətini nümayiş etdirir. Əgər təsərrüfat
sahibi hardasa 400 köləyə malikdirsə, ağanın (sahibkarın) nüfuzu artmış olar. Cəmiyyətdə
yüksək mövqe qazanmaq istəyənlər üçün
bundan artıq nə lazımdır?
Kölələr hətta tamamilə
ləyaqətsiz olsalar belə, onlar yaxşı qulluq göstərməyi bacarırlar. Əgər Sizin
bütün bunlar haqqında daha çox bilmək
marağınız varsa, elə isə ardını oxuyun. Hətta sizin şəxsi təcrübəniz bu deyilənlərə əks olsa belə qədimlərdə baş
verənlərin öyrənilməsindən yayınmayın. Oxuyun və öyrənin.
Girişə aid
izahatlar (Cerri Tonerdən)
Əsərdə adı çəkilən quldarlığın
olmadığı bir cəmiyyətləri olan alan1
tayfaları haqqında danışmağın özü göstərir ki, bu fakt romalı Falks üçün olduqca maraqlı və qəribə idi. IV əsr tarixçisi
Ammian Marsellin Falksın bu yazısını dəyərləndirmiş və yazının o dövrün romalı auditoriyası üçün minimum maraq doğuracağından bəhs etmişdir.
O dövrdə çətin ki, elə bir romalı tapmaq olardı ki, quldarlığın ləğv edilməsini
bəyənsin. Lakin barbarın bizlərdə quldarlıq yoxdur deyimi o dövr üçün fakt idi
və bu gün bizim dövrümüzdə mənim pişiyim və yaxud avtomobilim yoxdur deməyimizə
uyğun gəlmir. O dövrün varlı romalıları üçün qul vacib idi, necə ki, müasir
dövrdə bizim işlətdiyimiz məişət avadanlıqları kimi. Qullar həmin dövrdə
xoşlamadığımız bütün işləri – yumaq, təmizləmək, bişirmək və s. və il. kimi işlər
görürdülər. Lakin bütün qullar eyni xasiyyətdə deyildilər. Ev işlərini yerinə
yetirənlərlə, tarlada işləyənlər arasında böyük fərq var idi. Ev təsərrüfatında
çalışan qullar çox vaxt ağalarının
sosial statusunu müəyyən edirdi, necə ki, bu gün ən bahalı televizor, maşın və
ya kompyuterlər bizim sosial vəziyyətmizi müəyyən edir. Lakin tarlada çalışan
qullara bu aid deyildi. Onlar iqtisadi baxımdan saxlanılırdı.
Yunanlar kölələrin təbiəti haqqında daha qəddar fikirdə olublar,
nəinki romalılar.
Məlum olduğu kimi Aristotel hesab edirdi ki, qullar təbiətlərinə görə
müstəqil ola bilməzlər və onlar həmişə kimdənsə asılı olmalıdırlar, onlar üçün
ən yaxşısı ağalarının malı olmaqdır. Yunanlar içərisində elələri olmuşdur ki,
hətta azad edilmiş qulları belə cəmiyyətin bir üzvü olmasına razı olmurdular.
Romada başqa model hökm sürürdü, bura gələn müxtəlif mənşəli autsayderlər
(kənardan gələnlər, kənar adam) daima şəhər
camaatına qaynayıb qarışırdılar. Romaya bu qədər insanların gəlişi onunla bağlı
idi ki, müxtəlif məşəli, müxtəlif allahlara sitayiş edən və müxtəlif adətləri
olan insanların hamısı burada qəbul
edilirdi. Bu yolla da Roma əlavə işçi qüvvəsinə olan tələbatını ödəmiş olurdu.
Belə bir cəmiyyətdə qulların azad edilməsinə və azad romalı olmasına qadağa qoyulmasının mənası yox idi. Həm də qeyd
etmək lazımdır ki, köləliyə müvəqqəti hal kimi baxılırdı. Əgər qul özünü yaxşı
məqamlarını göstərməyi bacarırdısa o azad roma vətəndaşı ola bilərdi. Lakin
buna baxmayaraq Romada kölələr həm də ciddi cəzalandırıla da bilərdilər.
Roma qanunlarına görə
kölələr yuridik hüquqlara malik deyildilər. Lakin təcrübədə bu belə olmamışdır.
Xüsusən də şəhər təsərrüfatlarında. Adətən şəhər qullarının əşya və
pula sahib olmaq imkanları olurdu. Baxmayaraq ki, hüquqi cəhətcə bu əşya və ya pul ( peculium) ağanın əmlakı sayılırdı. Kölələrin evlənməsi
qadağan olunsa da, praktikada isə onlara qadınlara münasibətlərə girməyə icazə
verilirdi. İmperiya zamanında qulların bir çox qanuni hüquqlar əldə etmiş
oldular. Məsələn; qəddar ağanın zülmündən imperator heykəlinə müraciət etmək
kimi hüquq2. Lakin bu kimi hüquqlar
onu deməyə əsas vermir ki, imperatorlar kölələrin həyat şəraitini
yaxşılaşdırmaq istəyirdilər.
Ali hakimiyyət başçısı kimi imperatorlar bu zaman məsələyə sadəcə müdaxilə
edə bilərdilər. İnsanlar imperatorlara öz işlərində kömək edəcək biri kimi
baxırdılar.
Roma imperiyasındakı qulların sayı barədə danışarkən bu məsələyə
ehtiyatla yanaşmaq gərəkdir. Oxucu dövrün qədim qaynaqlarında, müasir
tarixşünaslıqla bağlı əsərlərdə bu barədə müəyyən məlumatlar tapa bilər.
_____________________________
1alanlar – köçəri irandilli tayfalar. Alanlar skif-sarmat mənşəli
tayfalar olmuşlar. Yazılı qaynaqlarda onlar haqqında məlumatlara e-nın I
əsrində rast gəlinir.
2Burada imperator heykəlinə pənah gətirən qul hüququndan söhbət
açılır.
I Fəsil
Köləni necə almalı
Əgər heykəltəraş hər hansı
bir əsər yaratmaq istəyirsə o lazım olan daş parçası axtaracaqdır. Eləcə də qul
almaq istəyən ağa sözsüz tabe olan, zəhmətkeş və xaraktercə sahibinə tabe olmağı bacaran kölə, insan
materialı tapmağı bacarmalıdır. Burada
ən əsası bazarda təqdim edilən kölənin seçiminə diqət verilməsidir. Belə ki, bu
kölə həm fiziki, həm zehni, həm də mənəvi
cəhətdən sağlam olmalıdır.
Mən sizə bu çətin işdə - qulların necə alınması işində köməklik göstərəcəm.
Birincisi, köləni hardan
almaq. Bir çoxları söyləyərlər ki, bunun üçün mərkəzi meydana, Kastor məbədinə
getmək məsləhətdir. Lakin siz belə etməyin. Bu yerlərdə sizə keyfiyyətsiz
“mallar” təqdim ediləcəkdir. Ən yaxşısı Panteon yaxınlığındakı “Septa Yuli”
meydanına gedərək (tərcüməçidən:- qədim reklam)
qul alverçiləri ilə sövdələşməkdir. Belə qul alverçiləri ən yaxşı
“mallar”ını həmişə xüsusi müştərilər üçün saxlayırlar. Siz hətta belə yerlərdə
axta olunmuş qullar da tapa bilərsiniz, baxmayaraq ki, qanun belə “malların”
satışına icazə vermir.
Hüquqi baxımdan götürəndə
kölələr ya əsir düşmüş, ya da ki, anadan qul doğulanlar olurlar. Amma həqiqətdə
köləliyə düşməyin digər yolları da vardır. Bəzi insanlar var-yoxdan
çıxdıqlarından və borca düşdüklərindən
qeyri-qanuni olaraq özlərini, yaxud uşaqlarını satırlar. Bu yolla da öz
ailələrini xilas etməyə çalışırlar. Bundan başqa bic doğulan uşaqları bəziləri
şəhər kənarına apararaq orada qoyur, başqaları isə bu uşaqları oradan
götürərək öz qulları kimi tərbiyə
edirlər. Baxmayaraq ki, azad insanlardan törəyənlər azad hesab edilirlər. Bəzən də olur ki, qul
alverçiləri oğurlanmış insanlarla alver
edirlər.
Bütün buna baxmayaraq
müharibə zamanı əsir götürülənlərin qula çevrilməsi qanuni haldır. Belə
insanlar öz həyatları üçün bizim əsgərlərə minnətdar olmalıdırlar ki, onlar
öldürülməmiş və miskin həyatları saxlanılmışdır. Bu əsirlərin hazırda bizə
çalışması onların bizə müqavimət göstərmələrinin hesabıdır. Varlı ailədən olan
əsirlər öz ailələrinə qaytarıla bilərlər, əgər onların yerinə fidyə ( azad
olunmaları üçün pul) ödənilsə. Başqaları isə həyatlarının saxlanılması müqabilində
ömürlük köləliklə cəzalanırlar.
Mən özüm də bir vaxtlar Fars
imperiyası ilə həmsərhəd olan kiçik bir şəhərə hücumda iştirak etmişəm. İlk
öncə şəhər əhalisini sülh yolu ilə tabe olmaları haqqında danışıq apardıq,
onlara həyatlarına toxunmayacağımızı bildirdik. Onlar razılaşmayanda şəhər
divarlarını divar deşən maşınla dağıdaraq, şəhər əhalisinə istər qadın, istər
kişi, istərsə də uşaq olsun divan
tutduq. Əhalinin çoxu şəhərin köhnə hissəinə qaçdı və bizim yanımıza danışıqlar
üçün nümayəndələr göndərdilər. Həyatlarının xilas olunmasını dilədilər. Onlar əvvəldən
bizim təkliflərimizi qəbul etmədiklərinə peşiman olduqlarını bildirdilər. Qərar
qəbul edildi ki, kim 2000 sestersiy1 ödəsə azad edilib buraxılacaqdır. 14 min insan bu
fürsətdən istifadə edə bildi.
_________________
1Sestersiy(lat.
Sestertius) qədim Romada gümüş sikkə
Hardasa 13 min nəfər və
şəhərdən ələ keçirdiyimiz bütün qənimətlər satışa çıxarıldı. Bizim komandir
alicənablıq göstərərək qulların yarıdan çoxunu yaxşı xidmətimizə görə bizə
hədiyyə etdi. Yerdə qalanlarını isə
dövlət və öz xeyrinə satdı. Bütün bunlar əlbəttə ki, Yuli Sezar zamanında
qazanılan qənimətlərlə müqayisə edilə bilməz. Deyirlər ki, onun Qalliyaya
yürüşü zamanı milyondan çox kölə əldə edilmişdi. Yerusəlimin işğalı zamanı
bütün yəhudi xalqı əsir götürülmüş oldu. Böyük Troyan Dakiyanı işğal edəndə
döyüşkən tayfaları özünə tabe etdikdə də saysız - hesabsız əsir götürülərək
qula çevrilmişdi. Bizim qənimətlərimiz bunların yanında əlbəttə ki, boş bir şeydir.
Hansı yolla olmasından asılı olmayaraq elə ki, insan köləyə çevrildi,
onu satmaq üçün quldarın əlinə düşür. Satış üçün nəzərdə tutulan qulları alıcıların
daha yaxşı nəzərdən keçirmələri üçün onlara qayğı göstərilir. Yeni daxil olan
qulların ayaqları təbaşirlə işarələnir. Kölə haqqında məlumatlar- anadan olduğu
yer, onun şəxsi məlumatları boynundan asılmış xüsusi lövhəcikdən oxumaq olar.
Qulların satışı xüsusi fərmanla
tənzimlənir. Buna “Курильные эдилы”1
deyilir. Onun məqsədi qul haqqında bütün dəqiq məlumatları: xəstə olub-olmaması
və s. və il. alıcıya bildirməkdir. Köləni satışa çıxaran kəs qulun mənşəyi barədə məlumatlı olmalıdır.
Bu zaman xüsusilə fikir vermək lazımdır ki, kölə hansı tayfaya məxsusdur. Bəzi
tayfalar vardır ki, üzüyola, bəziləri isə sözə baxmaz olurlar. Kölə axtararkən
müxtəlif fikirlər irəli sürülür. Lakin bir şeyi yadda saxlamaq lazımdır ki,
romalı vətəndaşları kölə kimi almaq ən sonuncu variantda olmalıdır. Ən yaxısı
belələrini Romadan kənara satmaqdır. Qeyd edim ki, azad doğulmuş romalının
ömrünü sonadək köləlikdə keçirməsi düzgün deyildir. Hətta alman barbarları da
öz xalqından olanları kölə kimi işlətmirlər. Bu qaraqabaq irqin
nümayəndələrinin fanatikcəsinə qubarbaz olduqlarını görsəniz təəccüblənərsiniz.
Onlar oyun zamanı meydana hər nə gəldi, hətta öz azadlıqlarını belə qoyarlar.
Bəzən elə olur ki, oyunçu öz azadlığını qubarda uduzur. Belə olduqda onu
qandallayıb aparırlar. Onlar söyləyirlər ki, buna ona görə razılaşırlar ki,
vicdanlıdırlar. Amma mənə görə bu ancaq ağılsızlıqdan başqa bir şey deyildir.
Lakin udan tərəf həmişə uduzanı sərhəddən kənara satılmasına nail olur.
Böyük filosof Seneka2 hesab edirdi ki, ən yaxşısı evdə
bəslənmiş köləyə sahib olmaqdır. Ona görə ki, onlar başqa həyat tanımırlar.
Onların etiraz etmək və qiyam qaldırmaq fikirləri olmayacaq.Siseronun yaxın
dostu Attik də uzaqgörən olduğundan ancaq evdə bəslənmiş qullardan istifadə
edərmiş. Belə qullar öz ağalarına qarşı heç vaxt çıxmazlar və onları hətta öz
ataları hesab edərlər. Burada əsas problem ondadır ki, evdə kölələr yetişdirmək
çox baha başa gəlir və vaxt aparır. Bəziləri deyir: evdə kölə yetişdirmək yaş
gillə işləmək qədər ağırdır, lakin yaxşı ağa ondan istədiyi fiquru əldə edə
bilər. Qeyd etmək lazımdır ki, yeni əldə edilmiş qulları da küçüklər kimi
əhliləşdirmək mümkündür.
__________________________
1“Курильные эдилы” ( Qədim Roma imperiyasında aşağı magistratlar;
məhkəmə işlərinə baxanlar) - rəsmi şəxs, qul bazarlarını idarə edən,
alqı-satqıya cavabdeh olan şəxs. Onların
xüsusi fərmanlar- ediktlər vermək hüquqları var idi. O dövrə aid belə
fərmanların əksəriyyəti qulların alqı-satqısına aid olmuşdur.
2Lutsiy Anney Seneka – Roma filosofu, şair və dövlət xadimi
Yeni kölə alarkən onları “sındırmaq” (mənəvi cəhətcə) lazımdır ki,
sonra ağaya qarşı çıxa bilməsinlər. Bundan başqa yeni kölə alarkən yadda
saxlamaq lazımdır ki, onun əhliləşdirilməsinə müəyyən vaxt lazım olacaqdır.
Beləki ilk günlər onunla mərhəmətli və yumşaq davranmaq gərəkdir. Hətta ona
simpatiya nümayiş etdirmək lazımdır. Onu bərk cəzalandırmaq lazım deyil. Yeni
kölə özünə tam gəlməmişdir və yeni yerinə tam öyrəşməmişdir. Xüsusilə bu kölə
asan bir iş yerindən çətin iş yerinə
düşübsə. Bundan başqa məsləhətdir ki, bir məmləkətdən və bir millətdən olan qulları çox almayın.
Beləki, onlar eyni dildə danışar və biri - birilərini tanıya bilərlər. Bu isə
sonradan ağaya problem yarada bilər. Hətta onlar öz aralarında razılığa gələrək
sizi öldürməyə də qərar verə bilərlər. Əgər kölələr başqa-başqa millətlərdən
olsalar bu problem olmayacaq. Kölə alarkən xüsusilə quldur yürüşləri zamanı ələ keçirilmiş qulların alınmasına
fikir verin. Mən bir dəfə təsadüfən belə bir qul almışdım. Onu mənə satan tacir
qulun latın dili bilməsini əsas gətirərək baha qiymətə mənə satdı. Bu qul sonra
məhkəmə çəkişməsində sübut etməyə çalışırdı ki, o əslən Adriatik dənizi
sahilindəki Motona şəhərindəndir və öz şəhərindəki limanda alış - veriş edərkən
qəflətən dəniz quldurları tərəfindən oğurlanmış və qula çevrilmişdir. Hakim
tərəfindən işi dinlənilən bu kölənin sübutları olmadığından iş rədd edilsə də, onu
aldığım qiymətdən aşağı qiymətə satmaq məcburiyyətində qaldım. Ona görə ki,
onun hər dəfə belə danışıqlarına qulaq asmaqdan bezmişdim.
Sizin aldığınız malın(tərcüməçidən:
qulun) qiyməti heç şübhəsiz ki, malın
keyfiyyətindən asılı olaraq dəyişkən olur. Nəzərdə saxlayın ki, qullar heç də
ucuz deyil. Orta hesabla 15-40 yaş arası sağlam kişi qul üçün siz təqribən 1000
sestersiy ödəməlisiniz.
Eyni yaş arası qadın qullara isə təqribən 800 sestersiy vermək olar. Bu zaman
nəzərə almaq lazımdır ki, varlı olmayan şəxs 500 sestersiyə 4 nəfərlik ailəsini
bir il ərzində dolandıra bilər. Beləliklə sizə aydın olar ki, həqiqətən də
qullar ucuz deyildir. 8-15 yaş arası olanlar da demək olar ki, eyni qiymətədir.
60 yaşdan yuxarı və 8 yaşdan aşağı olanlar isə ucuz başa gəlirlər təqribən 400
sestersiyə. Yadda saxlayın ki, əgər qul hər hansı bir bacarıq sahibidirsə
məsələn; oxumaq və yazmağı bacarırsa, müsahibatlıq işini bilirsə və yaxud
bərbərlik sənətini bacarırsa onda bu qul sizə daha baha başa gələcəkdir.
Sözsüz ki, əgər sizin imkanınız varsa xətriniz istəyən qədər qula
sahib ola bilərsiniz. Elə varlı insanlar olmuşlar ki, hər hansı bir xoşuna
gələn mala çox böyük məbləğdə pul ödəmişlər. Məsələn; qul alverçisi Toraniy
Mark Antoniyə olduqca yaraşıqlı, biri - birinə damcı su qədər oxşar olan iki
uşaq satmışdı. Deyilənlərə görə Antoni ona 200 000 sestersiy ödəmişdir.
Lakin sonralar məlum olmuşdur ki, uşaqların bir-birinə oxşarlığı ancaq bir
təsadüf imiş. Beləki, uşaqlardan biri Asiyada, digəri isə Şimali Alp
ətraflarında anadan olmuşlar və ayrı-ayrı dillərdə danışırlar. Mark Antoni
Toraniy ilə üzləşəndə və aldadıldığını
soruşanda o cavab vermişdir ki, məhz elə bu səbəbdən uşaqların qiymətini baha dedim. İki əkiz uşağın bir- birinə
oxşarlığı mümkündür. Lakin müxtəlif ölkələrdə anadan olanların bir-birinə belə oxşarlığı həqiqətən
də unikal və möcüzəlidir. Mark antoni
qəzəbli olsada tacirin bu sözlərindən sonra yumşalır və Oktavianla bərabər
hökmdar olduğundan mərhəmət göstərir.
Bundan başqa qeyd edə
bilərəm ki, qula görə ödənilən baha qiymətlərdən birini də Mark Skavr1 məhşur qrammatik Dafnis üçün
ödəmişdir. O, Attiyadan olan Pizavroya 750 min sestersiy ödəmişdir. Eşitmişəm
ki, aktyor Rostsiy2 ilə 500 min sestersiy qazanırmış. Digər hallar
da olmuşdur. Neronun hərbi yürüşlərində iştirak edən bir kölə 13 milyon sestersiyə
öz azadlığını satın almışdır. Lakin qeyd etmək lazımdır ki, ağaların belə pul
xərcləməsi o demək deyildir ki, qul buna dəyər, bu sadəcə ağanın öz
var-dövlətini nümayiş etdirməkdən başqa bir şey deyil.
Kölə alarkən onun xarakterinə xüsusi diqqət yetirmək lazımdır. Bəzən
elə olur ki, qul həddindən çox kütbeyin olur, eləsi olur ki, məğrurdur və onu
idarəetmək çətinlik yaradır. Evə kölə seçərkən ehtiramlı və təvazökar
olanlarını seçin. Ev kölələri siçanlar kimi səssiz, utancaq, həmişə işsevən
olmalıdırlar. Əlbəttə elələri olur ki, özlərini bu cürə qələbə verirlər və
hesab edirlər ki, özlərinə rahat həyat tapacaqlar. Bir çox qullar düzgün
davranaraq ağanın bütün tapşırıqlarını sözsüz yerinə yetirirlər. Belələri ağa qabından
qalıqlarla qidalanmağa layiqdirlər.
Kölə almaq məqamı gələndə
alıcı çox ayıq-sayıq olmalıdır. Əgər siz maraqlandığınız qulu görsəniz çəkinmədən ona yaxşıca baxın. Necə ki,
bazarda at alarkən yoxladığınız kimi qulu da beləcə yoxlayın. Tacirdən tələb
edin ki, kölənin bütün paltarlarını soyundursun. Belə işdə qul alverçisinə
inanmaq olmaz. Bir çox tacirlər kölənin paltarları içərisində onun
çatışmazlıqlarını gizlətməyə çalışırlar. Bəzən olur ki, qulun əyri ayaqlarını
gizlətmək üçün ona uzun paltar geyindirirlər. Yaxud da əl-əlvan paltar
geydirməklə kölənin arıq olmasını gizlətməyə çalışırlar. Fikir verir ki, kişi
kölələrin cinsiyyət orqanları yerində olsun, siz yəqin ki, kölələrin törəməsini
istəyərdiniz. Bir sözlə alacağınız malı tam yoxlamadan almayın. Qul alverçiləri
namusu olmayan bir tayfadır. Sizi aldatmağa çalışacaqlar və sizdə çalışın
aldanmayasınız. Onların əsas məqsədi nə yolla olursa - olsun qazanc əldə
etməkdir. Bu yolda bütün fırıldaqlara əl atarlar. Alverçilər içərisində elələri
də vardır ki, əgər qulun çolaq olmasına görə çox qazanc əldə edəcəklərsə, onu
şikəst etməkdən çəkinməzlər. Bir çox kölələr daşınma zamanı müəyyən xəsarətlər
alırlar. Yaralandıqları üçün qan itirir, çəkiləri azalır, zəncirlə
bağlandıqlarından dərilərində yaralar meydana gəlir və s. Qul alverçiləri belə
şeyləri hər vəclə gizlətməyə çalışırlar. Ona görə də çox diqqətli olun! Arıq və
cılız qulları yaxşı qidalanan göstərmək üçün qul alverçiləri skipidar ağacının
qətranından istifadə edirlər. Bu zaman kölənin dərisi parlaq və yumşaq olur.
Yaxud müəyyən depilyatorlardan (qandan, heyvanın ödündən və qaz içalatından
hazırlanmış xüsusi maddə) istifadə edərək onların yaşını cavan göstərməyə
çalışırlar. Yaxud da sünbülçiçəyi kökünü şirin şərabla qarışdıraraq onu gənc
köləyə içirdir və bu yolla onun cinsi yetkinlik dövrünü yubadırlar. Digər
fırıldaq halları ondan ibarətdir ki, olur ki, qulun sifətinə boyaqlar çəkir,
xəstə, çapıqları çox olanlara bahalı paltar geyindirməklə onu alıcının gözündən
gizlətməyə çalışırlar.
_____________________________
1Mark Skavr - Roma dövlət xadimi
2Rostsiy - Kvint Rostsiy Qall (e.ə. 126-62-ci illər) tanınmış qədim
Roma aktyoru
Qul alan zaman suallar
verin. Qul alverçisinin nə deməyinə fikir verməyin. Alverçidən kölənin
xarakteri barədə soruşun. Əgər mal qadındırsa onun doğmaq imkanının olması
barədə soruşun. Onun ölü uşaqlar dogub-doğmaması barədə soruşun. Çəkinmədən
onun masturbasiya vəziyyəti barədə də məlumat əldə edin. Qulun hər hansı bir
ağır cinayət işlədib-işlətməməsi barədə məlumat əldə edin. Qaçmağa meyillidir
ya yox, qladiator kimi döyüşübmü və s. Bütün bunlar ona görə lazımdır ki, evdə
belə problemlərlə qarşılaşmayasınız. Xüsusilə ağıllı və ə bilikli qullarla
ehtiyatlı olun. İstənilən ağıllı qul gələcəkdə sizə əngəl ola bilər. Eləcə də
aldığınız kölənin qumara, içkiyə meyilli olub-olmaması haqında da məlumat
toplayın. Daim qəm-qüssə içərisində olan kölələri almaqdan çəkinin. Bu kimi
hallar quldarların əsəblərinə toxunan haldır. Kim istəyər ki, aldığı qul göz
yaşları içində yaşasın və kim deyə bilər ki, belələri intihar etməyəcəklər.
Qanunlara görə satancı alıcıya kölənin
intihara meyilli olub-olmaması və yaxud buna cəhd etməsi barədə məlumat
verməlidir. Lakin bizə verilən məlumatların heç də hamısı doğru olmadığından
gərək öz intuisiyana arxayın olasan. Qulların intihar etməsi məsələsi çox
yayılmış bir məsələdir. Belə ki, məsəl var deyərlər: “Qul olmaqdansa, ölmək
yaxşıdır”, və yaxud “Kölə olmaqdan xoşlanmırsınız, bədbəxt olacaqsınız. Ancaq
kölə olmaqda da qalacaqsınız”.
Eləki bütün bu əməlləri
yerinə yetirib qulu seçdiniz, qiymətdə razılığa gəlib müqvilə sənədini alın.
Qanuna görə satıçı zaminin adını
göstərməlidir ki, alıcı əgər ciddi bir səbəb göstərərsə ödənilən pul geri
qaytarılsın. Müqavilədə sizin adınız və mövqeyiniz, qulun adı və ya ləqəbi,
onun mənşəyi, satıcının adı, zaminin adı, müqavilənin bağlandığı yer və tarix
öz əksini tapmalıdır. Xüsusilə diqqət yetirin ki, alış zamanı qulun hər hansı
bir əmlakı, pulu (əgər varsa) qulla birlikdə yeni ağaya verilməlidir. Bu barədə
sövdələşmədə göstərilməlidir.
Mütləq satıçıdan kölənin
xarakteri barədə yazılı zəmanət alın. Zəmanət alarkən diqqət edin ki, hansı
məsələlər burada öz əksini tapmışdır.
Xüsusilə qulun xəstəliyi, tənbəlliyi, qumar oyunlarına və içkiyə meyilliliyi,
ağzından pis qoxunun gəlməməsi və s. Sağlamdır sözü həmişə kara gəlmir.
Məsələn; dili kəsilmiş qul sağlamdırmı? Faktiki olaraq hər bir qulun hansısa
kiçik də olsa bir deffekti olur. Mən belələri ilə çox rastlaşmışam: gecələr
yerinə işəyən, epilepsiya xəstəliyindən əziyyət çəkən, ayağında barmaqları
olmayan, dildən pəltək, “əliəyri-oğru” və s. Biz hamımız bilirik ki, pis qul nə
deməkdir. Ona etibar etmək olmaz. Belələri tənbəl, ləng işləyən, həmişə
gecikən, görməmiş, inadkar, baxışları müəmmalı, danışan zaman tez-tez
çiyinlərini çəkəndirlər. Eləcə də biz yaxşı qullar haqında da bilirik: vicdanlı
və sədaqətli, çalışqan, heç vaxt yoruldum deməyən. Problem ondadır ki, satışa
çıxarılan kölələri seçərkən bütün bu keyfiyyətlərin hamısını yoxlamaq olmur.
Kölələri seçib və aldıqdan
sonra onlara hansı işləri verəcəyiniz barədə düşünün. Onlara ən müxtəlif işlər
tapşıra bilərsiniz. Qulları iki qismə bölmək olar: kənd təsərrüfatında işləmək
üçün və şəhər (ev təsərrüfatında) işləmək üçün. Əkinçiyə sənət, bağbanlıq,
sudaşıyan, dulusçuluq, dalandar və s. və il. öyrətmək olar. Qadın
kölələrdən pal-paltar, ev işlərində, yun
əyirmək, massaj etmək kimi işlərdə istifadə etmək olar. Bundan başqa əgər kölə
qadın yaraşıqlıdırsa ona yemək bişirmək, masa bəzəmək, ağaya qulluq etmək kimi işlər
tapşırmaq olar. Əgər siz varlısınızsa və çoxlu qula sahibsinizsə onları işsiz
qoymayın. Bunlar sizi gəzdirən, sizin üçün məktub oxuyan və ona cavabdeh olan,
katib və s. Qeyd edim ki, bizim dövrümüzdə bəzi
şübhəli şöhrətpərəstlər gözəl kölə qadınları onlarla intim əlaqədə olmaq
üçün alırlar. Eləcə də bizim romalı qadınlar doğduqları uşaqlara baxmağa
tənbəllik edirlər. Belə hallarda kölə dayələrdən istifadə etmək
məqsədəuyğundur. Uşaqlar ilk dəfə dil açanda kölə dayələrinə ana deyirlər. Mən
öz uşaqlarıma da belələrindən dayə tuturam. Elə qullar vardır ki, onlar bizimlə
uzun illərdir ki, bir yerdədir. Mənim keçmiş tərbiyəçim Feliks kimi məni
səhərlər məktəbə aparar, bütün işlərdə - geyinməkdən tutmuş, oyun oynamağıma
qədər köməklik edər, məni hər cürə narahatçılıqdan qoruyardı.Əlbəttə bu işi ona
görə tapşırmışdılar ki, digər iş görməyi bacarmırdı. Görkəmli afinalı dövlət
xadimi Perikl demişkən; “Ağacdan yıxılaraq ayağını sındırmış qul ancaq və ancaq
tərbiyəçi olmağa yarayar”.
Bir çox tərbiyəçilər
həqiqətən də yüksək təhsilli olurlar. Sizdən asılıdır, öz uşağınıza savadlı
tərbiyəçi tumaq istəyirsiniz, yoxsa mənim tərbiyəçim Feliks kimi birisini təyin
edəcəksiniz. Diqqətli olun ki, yenicə elm öyrənməyə başlayan qul bundan
istifadə edib özümü dahi kimi qələmə verməsin. Belələri uşağınızın inkişafına
mane olar. Belə tərbiyəçilər uşağınıza pis vəırdişlər öyrədə bilərlər. Hətta
deyilənlərə görə, Böyük İsgəndər öz tərbiyəçisi Leonidin pis vərdişlərindən
əziyyət çəkmişdir.
Özünü gözə soxanlardan və tərifləyənlərdən
özünüzü gözləyin. Var-dövlətinizi yümayiş etdirməklə özünüzə şöhrət qətirməkdən
çəkinin. Tanıdığım varlı bir əxlaqsız evində kölə saxlayırdı. Bu kölənin vəzifəsi
ağasının qəbul etdiyi insanların adlarını onun yadına salmaq idi. Evində qəbul
etdiyi insanların adını kölənin ağa yadına salınması necə də təhqiredicidir. Bu
şəxsin adı Kalviziy Sabindir. Ona çoxlu
torpaq sahələri vərəsəlik yolu ilə keçmişdir. Təhsili olmayan biridir. Yaddaşı o qədər zəif biridir ki, Homer qəhrəmanlarının
adlarını belə yadda saxlaya bilmir. Özünü təhsilli göstərmək üçün, sərvətinin
çoxluğundan istifadə edərək və çoxlu pul xərcləyərək bir – çox ağıllı kölə
almış və onları ədəbi əsərləri öyrənməyə məcbur etmişdi. Kölələrdən biri
Hömerin əsərlərini əzbərdən öyrənməli, digəri Heosidi, digərləri isə bütün
lirik şairlərin şeirlərini əzbərdən öyrənməli idilər. Evinə qonaq gələnlərə
süfrə arxasında rahatlıq verməz, onlardan xahiş edərdi ki, hər hansı bir
əsərdən parça desinlər və onun kölə komandası bu sözlərin davamını söyləyəcək. Sabin
iddia edirdi ki, bu kölələr ona çox baha başa gəlmişdir. (Həqiqətdə isə kitab
şkafına çəkilən xərc qədər xərc çəkmişdi). Əlbəttə, hər kölə öz ağası üçün belə
orjinal olmur. Dövlət də belə kölələrdən istifadə edir. Belələrini müxtəlif
hesabatların aparılması və yolların təmiri üçün yetişdirir. Əgər siz belələrini qazanmaq istəsəniz və
onların alınmasına lazımı miqdarda pul
ödəsəniz, onlar hətta ən aşağı işlərdə belə çalışmağa razı olarlar. Ancaq
dövlət qulluqçusu olsa belə onları gözdən uzaq qoymaq olmaz. İmperator Troyan
Plinini Roma əyalətlərindən biri olan Vifiniyaya, korrupsiya hallarının
araşdırılması üçün göndərəndə o aydınlaşdırdı ki, dövlət kölələri yerinə cəzadan
qaçan cinayətkarlar işlədilir. Onlar hətta uzun illər ərzində dövlət
kölələrinin əksəriyyəti kimi gündəlik
haqq almışlar. Cinayətkar olmaqlarına baxmayaraq uzun illər ərzində
mövqelərini saxlamışlar. Bundan əlavə aydınlaşdırıldı ki, belələri yaxşı həyat
sürmüşlər (P.S. tərcüməçidən: müasir dövrə
nə qədr uyğun gəlir deyilmi?). Şübhəsiz ki, imperator tələb edirdi ki,
belə cinayətkarlar öz cəzalarını əgər bu illər ərzində iş qüvvələrini
itirməyiblərsə çəksinlər. Ən sonda belələrini ağır işlərdə- ictimai hamamlarda
və ya kanalizasiya işlərində işlədərdilər.
O ki, qaldı alınan qulların sayına biz Katonun1
söylədiyi kimi əsas məsələdə plantasiyanın sahəsinə və yetişdirilən
məhsulun(əgər qul sahədə işləyəcəksə) fikir verməliyik. Katon zeytun və üzüm
bağlarının becərilməsinə aid iki hal
göstərir. Birinci -zeytun
bağlarının salınmasına aid göstərir ki, 60 hektar ərazinin salınmasına qulluq
göstərən kölələr lazımdır. Belə ərazi üçün 13 kölə kifayət edər: nəzarətçi,
iqtisadçı, 5 müxtəlif yönümlü işçi, 3 yükdaşıyan, 1 eşşək sürən, 1 donuz
saxlayan və 1 qoyun otaran. İkinci - 25
hektarlıq üzüm tənəklərinin yetişdirilməsi üçündür. Onun söylədiyinə görə bunun
üçün 15 kölə kifayətdir: nəzarətçi, iqtisadçı,10 müxtəlifyönümlü işçi,
daşıyıcı, eşşəklərə baxan, donuz saxlayan. Digərləri hesab edir ki, iki hektar
əraziyə bir kölə bəs edər. Lakin şəxsən mən hesab edirəm ki, bu qaydalar tam
təsdiqini tapmamış qaydalardır. Katon sadəcə qaydalar verməklə istəmişdir ki,
biz təsərüfat sahələrimizin azlığı və ya çoxluğundan asılı olaraq nə qədər kölə işlətmək lazım
olduğunu bilək. Bundan əlavə nəzarətçi və iqtisadçıları tələb olunan qullar
sırasına aid etmək düzgün deyil.
Çobanların sayı müxtəlif yollarla müəyyən
edilir. Təcrübəmdən bilirəm ki, yun verən 80 -100 qoyuna 1 çoban kifayət
edir.Əgər sürü çoxdursa (bəzən olur ki, sürüdə 1000-ə yaxın qoyun olur) o zaman
sürünü ən azı 3 hissəyə bölün. Mənim özümün 700 baş qoyunum var. 50 baş at
otarmaq üçün iki çoban kifayət edir. Onların hər birinə bir yabı vermək
lazımdır. Varlı torpaq sahibləri adətən öz təsərrüfatlarının idarə edilməsi
işini öz ailəsindən olan adamlara tapşırırlar. Əgər onların evi plantasiyadan
çox uzaqda yerləşirsə, bu zaman sahədə bir dəmirçi və ya hansısa sənətkar
yerləşdirmək lazımdır ki, hər hansı bir alət xarab olduqda qullar vaxt itkisinə
yol verməsinlər və daha çox qazanc əldə etmək mümkün olsun.
Keçmişdə bizim nəsillərin
həyatı başqa olmuşdur ! O zamanlar bizim bu diskussiyalara ehtiyac olmazmış.
Onlar sadə yaşamış, bəlkə də bir qula sahib olmuşlar və kölə ağa ilə bir masa
arxasında yemək də yeyərmiş. Amma indi biz ərzaq anbarının ağzına klid vurur və çalışırıq ki, şərabımız
evimizə buraxdığımız bir legion kölələrin əlinə keçməsin. Onlar o qədər
çoxdurlar ki, bizə ayrıca bir kölə lazımdır ki, onların adlarını xatırlatsın.
Özünü təmin etmə hazırda
köhnəlmişdir? Niyə bizə özümüzü varlı göstərmək üçün çoxlu sayda kölə lazımdır?
Göylərə baxın: görərsiniz ki, tanrılar özlərinə heç nə götürmədən hər şeyi bizə
verirlər. İndi isə torpağa baxın: görərsiniz ki, öz əzəmətini, sərvətini
göstərmək naminə çoxlu sayda kölə aılanlar var. Pompeyin azad etdiyi Demetri
Pompeydən də varlı olduğu üçün utanırdımı? Və yaxud ondan xoşbəxt idimi? Hər
gün o ordu başçısı kimi sahib olduğu kölələrin siyahısını yoxlayarmış.
Diogenin ümumiyyətlə bir köləsi olmuşdir.
Lakin o da onun yanından qaçmışdı.
Diogenə onun yeri barədə məlumat veriləndə kölənin geri qaytarmaq barədə belə düşünməmişdi.
___________________________
1Katon - Roma dövlət xadimi
Diogen demişdi: “Bu
biabırçılıqdır ki, mənim köləm mənsiz dolana bilir, mən onsuz dolana
bilməzdim”. Mən onun bu kələmlarını belə dərk edirəm: “ Bu bədbəxt qul qaçan
kimi, mən öz azadlığımı yenidən geri qaytardım”.
Qullar həm də çoxlu xərc
deməkdir. Siz gərək bu qarınquluların iştahaslarına da nəzarət edəsiniz. Onlara
paltar alasınız. Siz həmişə onların
əllərinə nəzarət etməlisiniz ki, nə isə çırpışdırmasınlar. Siz elə
insanlarla (tərcüməçidən: ilk dəfədir ki, qaynaqda kölə insan adlandırılır) işləyirsiniz ki, onlar sizə nifrət edirlər. Amma
bəs talehin bizə nazil etdiyi sərvətimizi necə qoruyaq? Ulduzlar müəyyən etdiyi
kimi qəbul etmək lazımdır: romalılar dünyanı idarə etmək üçün doğulmuşlar!Biz
qullara sahib olmaqdan imtina edə bilmərik. Ən azından siz kölələrinizə ad
verəndə bunu unutmayın (P.S. deməli həmin dövrdə sahibi tərəfindən köləyə
verilən adın da böyük əhəmiyyəti var imiş). Kölələrə sizin üçün əhəmiyyətli
olan şən adlar verin: məsələn; onu
aldığınız yerin adı və ya gülməli bir ad verin ki, guya sizin
köləyə verdiyiniz pul heçnədir. Mən bir dəfə kölə almışdım (qeyd edim
ki, heç də uçuz başa gəlməmişdi) mənim şəhərdəki villama çatmağa az qalmış
yıxılaraq qolunu sındırdı. Sizcə mən ona nə ad verdim? “Bəxtigətirən”...
I
fəslə aid izahatlar (Cerri Tonerdən)
Əsərdə kölələrin alınması ilə bağlı göstərilən məsələlərin
çoxu kənd təsərrüfatında yox, ev
təsərrüfatı üçün alınan qullar barədədir. Ancaq fakt faktlığında qalır ki, bu
qullar öz ağaları ilə birgə qaldıqlarından onlara, ailələrinə qulluq
etdiklərindən ağa onlara xüsusi diqqət yetirməli idi. Kənd təsərrüfatlarında
işləyənlərlə münasibət tam başqa olmuşdur. İri torpaq sahibləri bu işlə
qətiyyən maraqlanmamış, bu işi öz idarəedicilərinin ixtiyarına buraxmışlar.
Kiçik torpaq sahibləri isə kölənin alınmasına şəxsən özləri rəhbərlik edərdi (P.S. müasir dövrdə varlnın
və yoxsulun bazarlıq etdiyi kimi).
Kölənin seçilməsində dəqiqlik
lazımdır və vasvasılığa yol vermək olmaz. Hətta Romanın ən əzəmətli
qabiliyyətli qələbələri zamanı buna yol verilməmişdir. Azad doğulmuş romalı vətəndaşı öz
razılığı olmadan hüquqlarından məhrum etmək olmaz. Lakin sosial həyatın acı
faktlarından biri odur ki, azad doğulan romalı uşaqlar öz valideynləri
tərfindən atılması ucbatından və yaxud onları saxlamağa imkanları olmadığından
bu uşaqlar soyuqdan ölməsə idilər və zibillikdəki itlər tərəfindən
yeyilməsəydilər çox vaxt qul alverçilərininəlinə düşür və satışa çıxarılaraq
tapılmış uşaq kimi tərbiyə olunurdular. Belə uşaqlar faktiki olaraq öz
yiyələrinin köləsinə çevrilmiş olurdu. Baxmayaraq ki, teatr tamaşalarında göstərilir
ki, belə uşaqları əsl valideynləri tapırlar. Belə hallar olmuş olsa da çox
nadir hallarda baş vermiş olmuşdur.
Müasir dövrdə hələ də tam
aydınlaşdırılmayıbdır ki, romalılar öz kölələrinin törənilməsinə diqqət yetiriblər
ya yox. Kölələrin çoxalması təbii yolla baş verirdi. Belə ki, kölələrə cinsi
əlaqələrə girməyə icazə verilirdi. Kölənin ağası belə münasibətləri
təqdirəlayiq hesab edirdi. Lakin ağanın bu kimi işlərdə rolu barədə dəqiq
məlumat yoxdur. Hətta ağanın bu kimi işlərdən xəbəri olsa belə məlum deyil ki,
o kölə artımına razı olmuşdur ya yox. Sahiblər
özləri yaraşıqlı kölə qadınlarla intim əlaqələr quraraq onlardan uşaqlar
meydana gətirilmişdir. Kölə qadın tərəfindən doğulan uşaqlar hətta onun atası
quldar olsa belə hüquqi baxımdan kölə
hesab edilirdi.
Kölənin qiyməti məsələsinə
xüsusi diqqət vermək lazımdır. Bu barədə bizim dövrə çox az məlumat gəlib çatmışdır. Kölənin
nominal qiyməti qədim imperiya dövründə infilyasiya nəticəsində qalxsa da
qaynağın yazdığı dövrdə qiymətin yüksək olması və ya aşağı düşməsi barədə tam
məlumat yoxdur. Amma dövrün məlumatları onu deməyə əsas verir ki, xristianlığın
yayılması nəticəsində quldarlığa baxış ümumilikdə dəyişmişdir. Mark Antoni tərəfindən əkiz qullara böyük
miqdarda pul ödənilməsi məsələsi öz dövrünün nadir hadisəsi kimi tarixə daxil
olmuşdur. Qul üçün ödənilən pulun miqdarını təyin etmək çox çətindir. Falks
qeyd etdiyi kimi 500 sestersiyə dörd nəfərlik ailə bir il ərzində çörək və
yarma ilə dolana bilərdi. Bunu nəzərə alcaq müxtəlif ərzaq məhsulları, yaşayış
və paltarlara olan tələbatı da nəzərə alcaq bu məbləğ daha çox olmalıdır. Əgər
biz bütün bunlar üçün 1000 sestersiy götürsək ilbəildən Markın (kitabın müəllifinin)
söylədiyi kimi yaşamaq bahalaşırmış. Əlbətə bu bahalaşma yoxsul və hətta orta
romalı üçün nəzərə çarpır. Kölə həm də adi sənətkar və ya varlı olmayan romalı
üçün əlçatmaz idi. Buradan aydın olur
ki, çoxlu sayda qul saxlamaq iqtisadi baxımdan əlverişli deyil, ancaq öz
sərvətini nümayiş etdirmək üçün lazım imiş.
İtaliyada qulların sayının
çox olmasına baxmayaraq, bir çox qaynaqlarda kölələrin işlədilməsinin mənəvi
cəhətləri qabardılır. Bəzən bu daxili münaqişənin izahını vermək çətin olur. Çoxlu
sayda kölə əməyindən istifadə edən romalılar eynizamanda bunu əxlaqa zidd hesab edirdilər? Biz Roma
mənbələrində, xüsusən Seneka kimi yazıçıların əsərlərindəki ritorik
üstünlüklərə diqqət etməliyik. Romanın əvvəlki qüdrətinin itirilməsi öz əksini
bir çox əsərlərdə tapmışdır. Bunlara müraciət etməklə romalılar öz günahlarını
yumşaltmağa cəhd edir, qul əməyindən istifadə edilməsinə haqq qazandırırdılar.
II Fəsil
Qullardan verə
biləcəklərini necə almalı
Beləliklə,
siz kölə əldə etdiniz. İndi onları necə idarə edəcəksiniz ki, onlar tam fədakarlıqla
işləsinlər? İşə yeni başlayan bir çox quldarlar elə bilirlər ki, tək bircə
qamçı ilə hər şeyi həll edə biləcəklər. Bizim kimi lap qədimlərdən qul sahibi
olan ailələr bilirlər ki, bu cür davranmaq kölələri yorur və işə həvəslərini
tükədir, lap sonda isə onları işə yararsız hala gətirib çıxarır. Əgər siz zora əl
atmaqla məsələni həll etmək istəsəniz, bu sizə tabe olanların özlərinə
qapanmasına və idarəedilməz olmalarına gətirib çıxara bilər. Belə qullar - kölə
yox, cəhənnəm ununa cevrilirlər. Qəddarlıq -bu ikibaşlı dəyənəkdir və bu dəyənək çox vaxt köləyə deyil, ağaya dəyir.
Qamçıdan bəlkə də mədənlərdə istifadə oluna bilər, amma tarlada və yaxud evdə
yox. Siz dərk etməlisiniz ki, kölə sahibi olmaqla üzərinizə kölələrlə lazımi
qaydada davranmaq məsuliyyəti götürürsünüz. Əgər müvafiq qaydalara əməl etsəniz
kölə indi və bundan sonra da səylə
çalışacaqdır.
Bu məsuliyyət
hissi cəmiyyətin yüksək təbəqələrinin nümayiş etdirdiyi məsuliyyət hissidir. Bu
hiss tələb edir ki, cəmiyyətdə özündən aşağı olanlarla ədalətli davranmaq gərəkdir.
Kölədən aşağı təbəqə yoxdur. Lakin biz onlarla muzdu işçilərlə davrandığımız
kimi davranmalıyıq. Sözsüz ki, tələb etməliyik ki, qullar yaxşı işləsinlər və həmçinin
onlara qarşı ədalətli olmalıyıq. Baxmayaraq ki, kölələr ancaq əmək alətləridirlər.
Muzdlu işçi insandır. Qul isə müəyyən işləri yerinə yetirən danışan əmək alətidir.
Məhz kölə danışdığı üçün iş heyvanından üstündür. Siz ağa və quldarsınız və
sosial pilləkənin başında dayanırsınız. Siz həmişə ədalət və əxlaqla
davranmalısınız, hətta köləniz buna layiq olmasa belə.
Kölənizin səylə işləməsi özünü yaxşı aparması üçün ilk
gördüyünüz tədbir o olmalıdır ki, yaxşı qullar almalısınız. Hesab edək ki, bu
addımı uğurla etmisiniz. İkinci addımınız onların öyrədilməsidir. Hamıya
aydındır ki, uşaqlarımızın öyrədilməsi zamanı tətbiq edilən üsullar onların
individual xarakterlərinə təsir edir. Bu yolla da vacibdir ki, öz kölələrinizi
görəcəkləri işlərə öyrədəsiniz. Bu baxımdan yaxı olardı ki, kimsəyə xidmət göstərməyən
qullar alasınız. Mən sizə demişdim ki, dostlarımdan biri həmişə çoxlu sayda gənc
əsirlər alır onlara müxtəlif işlər görməyi öyrədir. Öyrətməyə qulu alan gündən başlamaq
lazımdır. Bəziləri kor-koranə hesab edirlər ki, kölələrlə söhbət etməklə, onların fikirlərini öyrənmək olar.
Onlar hesab edirlər ki, kölələr onları başa salanda sizə tabe olacaqlar. Mənim
hesabıma görə isə qulu vəhşi heyvanı öyrətdiyimiz kimi öyrətmək, onu əhliləşdirmək
lazımdır. Ona itaət etməyi öyrətmək lazımdır. Yenə də burada təkcə qamçı işi
keçməz. Yaxşı nəticə əldə etmək üçün qulların yeməyinə fikir vermək, onlara istədikləri
qədər qida vermək lazımdır. Onları arada tərifləməyi də unutmayın. Xüsusən o
qulları ki, onlar tərifdən xoşlanırlar. Onlara öz köhnə tanrılarına sitayiş etməyə
imkan verməyin, qoy sizin tanrılarınıza sitayiş etsinlər. Belə olduqda başa düşəcəklər
ki, bizim tanrılarımız bizi ali yaratmışdır və onlar sizə daha sədaqətlə itaət
edəcəklər. Öyrətdikdən sonra kölələrin yemək paylarına fikir verin ki, işləyə
bilsinlər. Ağır fiziki işlə məşğul olan qullar daha çox yemək payı
almalıdırlar. Kölə acqarına heç vaxt yaxşı işləməyəcək. Mən daim öz kölələrimin
yemək rasionunu yoxlayıram. Bu həm aşbazın
oğurluq etməsinin qarşısını alır, həm də qullara nümayiş edilir ki, onların
ağaları onlarla maraqlanır. Bu da kölələrdə vicdanla işləməyə stimul yaradır.
Kölələr adətən üç şey haqqında fikirləşirlər: yemək, iş və cəza. Əgər siz
onları yeməklə təmin edib, iş verməsəniz onlar tənbəlləşər və həyasızlaşarlar.
Əgər siz onlara çoxlu iş verib tez-tez cəzalandırsanız
və kifayət qədər yemək verməsəniz, onlar yorulacaq və gücləri tükənəcəkdir. Beləliklə
də sonda bütün qəddarların başına gələnlər sizin də başınıza gələcəkdir.
Yaxşısı onlara iş və bu işin yerinə getirlməsi üçün lazımi miqdarda yemək verməkdir.
İnsanları əməyə görə mükafatlandırmasan idarə edə bilmərsən. Kölə üçün ən yaxşı
mükafat yeməkdir. Qullar da digər azad insanlar kimi o halda pis işləyirlər ki,
yaxşı işə görə mükafatlandırılmayır, pis işə görə isə cəza almırlar.
Buna görə də
öz qullarınızın davranışı ilə maraqlanın və onlara lazım olan miqdarda yemək
ayırın. Kölə o halda mükafatlandırılmalıdır ki, buna layiq olsun. Yemək kölə
üçün ən yaxşı məhsuldarlıq bonusudur. Mən öz kölələrimi qabağımdan artıq qalan
yeməklərlə mükafatlandırmağı sevirəm, əlbəttə əgər onlar buna layiqdirlərsə. Kənddəki
qullarıma asudə vaxt verirəm ki, onlar öz toyuqlarına qulluq edə, öz kiçik
bostanlarında işləyə və yaxud meşəyə giləmeyvə yığmağa gedə bilsinlər. Mən hətta
onlara əlavə olaraq Etruriyada istehsal olunmuş bərk pendir payı ayırıram. Bəzən
də onlara az da olsa şərab verirəm. Burada bir az ehtiyatlı olmaq gərəkdir. Şərab
içən azad insanlar belə içib keflənirlər. Köləyə şərabı ancaq xüsusi hallarda və
nəzarət altında vermək lazımdır.
Kölələrin
qidalanması ilə əlaqədar bütün işlərdə lap həkimin xəstəyə yazdığı resept kimi
yanaşmaq lazımdır. Diqqət etmək lazımdır ki, hər bir qul ona ayrılmış payını
alsın. Qulların qidalanması ondan ötrü vacibdir ki, onlar iş qüvvələrini itirməsinlər,
burada dəbdəbəyə ehtiyac yoxdur. Mən kölələrimin rasionuna qaba
çörək1 , duz, üzüm, zeytun yağı və quru
meyvələr daxil edirəm. Bu rasiona bəzi başqa qidaları da daxil etmək olar
mükafatlandırma dövründə və əlbəttə o köləyə ki, buna layiqdir.
Qullar üçün rasion: (bir aylıq)
Qışda( zənzirlənmiş qul üçün ) 30 kq buğda
Yayda (məhsulun əkini və yığımı zamanı) 35 kq buğda
Məsləhətdir ki, bu rasionu qullar üzümlükdə işləyən zaman
artırmaq, əncir yetişən zamanlar isə azaltmaq lazımdır. Acgöz Katon kimi qulun
yemək payını çox azaltmayın, əgər istəmirsinizsə onlar azlıqdan ölsünlər.
Nəzarətçi, iqdisatçı və çobana adambaşına 20 kq
buğda kifayətdir.
Kölələr
üçün şərabı necə hazırlamalı:
Taxta çəlləyə sıxılmış üzüm tökün və onun miqdarının
2 hissəsi qədər üzüm sirkəsi, bu qədər də
qaynadılmış şərab, onların 50 hissəsi qədər təmiz su əlavə edin və beş gün ərzində
gündə üç dəfə bellə qarışdırın. Çəlləyin ağzını bağlayın və 10 gün saxlayın. Yaxşı
olmasa da şərab alınacaq. Ancaq bu şərəb 3 ay müddətinə çatmalıdır. Əgər yerində
nəsə qalsa, ondan əla sirkə alınacaq.
Qullar
üçün zeytun yağı:
İmkan daxilində ağacdan düşən zeytunları yığdırıb
saxlayın. Qocalmış ağaclardan yığılan xırda zeytunları da bura əlavə edin.
Onsuz da onların yağı az olur. Bu yağı kölələrə qənaətlə verin. Uzun müddətə
çatsın. Bunlar qurtaranda isə duzlu balıq və ya üzüm sirkəsi vermək olar.
Qullara zeytin yağnını bir aya bir pintu2 verin. Eləcə də onlara bir
aylıq yarım funt3 duz
verin.
Gündüzlər
qullar qidanı tək-tək yeməlidirlər. Ondan ötrü ki, bir yerdə boşboğazlıq etməsinlər.
Lakin axşamlar onlara bir masa ətrafında oturmağa icazə vermək olar. Kölələrə azacıq
da olsa biri-birləri ilə ünsiyyət qurmağa imkan verməmək insafsızlıq olardı.
Qula
paltar layiq olduqları kimi verilməlidir. O qullar ki, yaxşı çalışıblar onları
ayaqqabı və keyfiyyətli paltarla mükafatlandırmaq lazımdır. Kimlər ki, tənbəllik
göstəriblər onlar dərk etməlidirlər ki, tənbəlliyə mükafat yoxdur. Adətən mən
öz kölələrimə iki ildə bir dəfə tunik4 və qaba yun örtük verirəm. Kölələrə yenisini
verəndə nəzarət edin ki, köhnələri boş verə zay olmasın.Qadın kölələr bu köhnələrdən
örtük və ya kiçik palaz tikə bilərlər. Bir cüt ağac başmaq iki ildə bir dəfə
verilir. Köləyə paltar verərkən qulun xarici görkəminə deyil paltarın ona
faydalılığını düşünün. Verdiyiniz paltarlar onu külək və yağışdan, soyuqdan
qorumalıdır. Əgər bunu etsəniz kölə heç cür təmiz havada işdən boyun qaçıra
bilməyəcəkdir.
__________________________
1Kəpəklə
qarışdırılmış çörək
2pinta (ing.pint)- pivə ölçü vahidi (1 pinta =təqribən 0, 57litr)
3Funt (lat. pondus - çəki) 1
funt = təqribən 0, 45 kq)
4tunik - Qədim Romada kölələrə (istər qadın, istərsə də kişi) verilən
uzun köynək
Sizin qullarınıza yatmaq üçün yer də lazımdır.
Onlara kiçik otaqlar ayırın. Yatmaq üçün köhnə döşəklər və köhnə plaşlar verin
ki, üstlərini örtsünlər. Kənd yerlərində yəqin ki, çardaqlar tapılar. Belə yerləri
yataq kimi istifadə edə bilərsiniz. Bütün hallarda yanğın təhlükəsizliyinə xüsusi diqqət yetirin. Ağa
üçün ən pisi odur ki, onun qulları yeraltı həbsxanaya oxşayan kazarmalarda
yatır. Onsuz da gələcək taleləri olmayan bu “alət”lər belə şəraitdə xəstəlik
üzündən məhv ola bilərlər və siz isə qazancdan məhrum olarsınız.
Kədərli
olsa da lakin faktdır ki, bu gün imperiyanın hər yerində torpaqların becərilməsində
qullar işləyirlər. Keçmişdə isə azad insanlar - əkinçilər bu işlə məşğul
olardı. Amma məhz azad əkinçilər öz zəhmətləri ilə Romanı belə möhtəşəm etmişlər!
Bizim dövrümüzdə zəncirlənmiş ayaqlar torpaqda gəzir, dəyənək altında torpaqlar
becərilir, hər tərəfdə bizə damğalanmış sifətlər baxır. Ana torpaq axmaq deyil,
o görür ki, məğrur və azad kəndliləri həyasız və tənbəl kölələr əvəz etmişdir.
Təəccüblü deyil ki, azad romalı vətəndaşların qazandıqları zamanlarda olduğu
kimi biz gəlir əldə edə bilmirik. Əsas problem ondan ibarətdir ki, kölənin
yaxşı işləməsinə stimul yoxdur.
Kölə
bir qarın yemək üçün işləyir. Nə qədər məhsul istehsal etməsindən asılı
olmayaraq o ancaq bir qarın yemək alacaq. Lakin bu çatışmamazlığın aradan
qaldırılması və ya mimimuma endirilməsi üçün bəzi çıxış yolları vardır. Elə etmək
olar ki, qul məhsuldar işləsin. Buna qulu “ələ almaq” da demək olar.
Birincisi,
yuxarıda qeyd etdiyim kimi bu qulların mükafatlandırılması yoludur. Çalışqan
qul görəndə ki, o yaxşı işləyir ancaq tənbəllik edən onun qədər yemək alır
ruhdan düşür. Hər bir qulun uzunmüddətli məqsədi olmalıdır. Əgər siz onların həyatı
ilə maarqlansanız kölə də yaxşı əməyi ilə gələcəkdə özünə azadlıq qazana bilməsinə
inam yaranacaqdır. Siz dərk edərsiniz ki, uzunmüddətli məqsəd qarşıya qoyulanda
qula zəhmətkeşliyinin əvəzində azadlıq veriləcəyini bildirmək necə də ədalətli
addımdır. Əgər qul buna inansa o daha səylə çalışacaqdır. Qullara ailə qurmaq,
uşaqlara sahib olmaq imkanı vermək onların daha yaxşı işləməsi üçün yeni bir stimuldur. Onlar ailə qurmaqla ailə zövqünü
yaşayarlar. Yox əgər bu sizin xoşunuza gəlməsə o zaman siz cəza kimi onun
uşaqlarını başqa quldara sata bilərsiniz. Əgər siz müəyyən zamanlarda kölələrinizi
yaxşı əməyinə görə mükafatlandırsanız
onlarda daha yaxşı, daha səylə işləmək həvəsi yaranar.
İkincisi, hər bir qulun dəqiq müəyyən edilmiş vəzifələri vardır. Bu da
qula başa düşməyə imkan verir ki, bu işə görə məsuliyyət daşıyır. Ona görə də
hamı öz işi ilə məşğul olmalıdır.
Bundan başqa
hər bir qul öz alətlərinin yaxşı və işlək vəziyyətdə saxlanmasına cavabdehdir.
O, alətləri hara gəldi atmamalı, yağış altında qoymamalı, yağlamalı və təmizləməyə
borcludur. Alətlərin dəyişdirilməsi ucuz başa gəlmir. Digər tərəfdən bu o deməkdir
ki, qullar neçə gün işsiz qalacaqlar, bu zaman ağa qazanc itirir. Alətlərin dəqiqliklə
qullara həvalə edilməsi və alətlərlə pis davranışa görə cəzalandırmaq belə itkilərin
qarşısını almış olar. Əgər bütün bunlara diqqətlə əməl edə bilsəniz sizin təsərrüfat
daha yaxşı qazanc əldə etmiş olar. Çalışın ki, təsərrüfatda lazım olan bütün sənətkarlar
öz kölələrinizdən olsun. Otbiçən lazımdır - özünkü, bərbər lazımdır - özünkü, dəmirçi
lazımdır - öz kölən var. Bu yolla siz kənardan
muzdla işçi tutmaz və əlavə xərcə düşməzsiniz.
Kiçik dəstələr
halında işlətmək (təqribən 10 nəfər) daha yaxşıdır. Belə olanda onlara nəzarət
etmək asan olur. Çox böyük sayda kölə bir yerdə işləyəndə nəzarətçilər üçün
problem yaranır. İş zamanı qulları sahələrə elə yerləşdirmək lazımdır kİ, heç
biri nəzərdən qaçmasın. Böyük qruplarda iş bir də ona görə problem yaradır ki, hər
hansı kölə səhv edəndə ümumi kütlə içərisində onu tapmaq çətinlik törədir. İşləmək
o zaman maraqlı olur ki, orada müsabiqə və yarışmalar olsun. Bu həm də kimsənin
etiraz etməsinə imkan verməz. Tapşırılan işi yerinə yetirməmisənsə cəza
alacaqsan.
Mündəricat
Annotasiya-----------------------------------------------------1
Annotasiya nədir? --------------------------------------------1-2
Rus dili nəşrinə müqəddimə-------------
-------------------3
Müəllifdən(M.S.
Falksdan)----------------------------------3
Şərhçidən (C. Tonerdən)--------------------------------------3
Giriş: Ağa olmaq
----------------------------------------------3-7
Girişə dair izahatlar(C. Tonerdən)---------------------------7-8
I Fəsil: Köləni necə
almalı------------------------------------9-16
I Fəsilə dair izahatlar(C. Tonerdən)--------------------------16-17
II Fəsil: Kölələrdən verə biləcəklərini
necə almalı---------17-21
İstinad:
https://multiurok.ru/files/marcus-sidonius-falx-qullari-nec-idar-etm-li.html
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər
T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim”
müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant
müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası”
adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin
İdarə Heyətinin üzvü