Ümumi
təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək. “Son zəng”
tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi
olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.
“Son
zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və
ictimaiyyətin nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin
təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.
Qeyd
olunan məsələlər Təhsil Nazirliyinin müvafiq əmrində vurğulanıb.
Qaynaqlar:
“Son
zəng tədbiri haqqında” Azərbaycan Respublikası təhsil nazirinin əmri
2.https://edu.gov.az/az/news-and-updates/18488-1
Foto:
internetdən götürülmüşdür