Müəllimin
özünü analizi dedikdə pedaqoji fəaliyyətin planlaşdırması, problemlərin axtarılaraq
tapılması və nailiyyətlərin digər həmkarları ilə bölüşməsi başa düşülməlidir. Özünü analiz zamanı müəllim öz təcrübəsini, fəaliyyətini,
hərəkətlərini təhlil edir. Özünüanaliz-
subyektin özünə və ya şüuruna, xüsusən də öz əməyinin məhsullarına diqqəti, eləcə
də öz zehni və fiziki xüsusiyyətlərini, özünü dərk etməsini öyrənməsi (İngilis
dilində” introspective”; Rus dilində ”
интроспективный”; Azərbaycan dilində “ introspektiv”) deməkdir. Özünüanaliz - müşahidə obyektinin müxtəlif
vəziyyətlərini müşahidə edərək öyrənmək və öz aralarında, həmçinin ətraf mühit stimulları
arasındakı səbəb əlaqələrini axtarıb tapmağı əks etdirir. Özünüanalizdə müşahidə
obyekti və predmeti uyğun gəlməlidir. Özünü müşahidə etmək həmişə daha çətin olduğundan özünüanaliz zamanı müşahidəçi bir şeyi görməkdə
və yaxud bir şeyi düzgün şərh etməkdə çətinlik çəkə bilər. Özünüanalizə müraciət
etmək öz inkişafımızda özümüzə kömək
formalarından biri kimi asan olmayan, lakin effektli yoldur.
Özünüzü analiz etməyə başlamağın 5 səbəbi:
Ümumiyyətlə heç kimin fikir vermədiyi yerə
nəzər salmaq, ordan nəsə “dartıb çıxarmaq” məgər bu faydalıdır? deyə
bilərsiniz. Fikrimcə bu heç də əbəs deyil. .....
-Birincisi, bu heç də pis
deyil, həm də bu yolla çoxlu istedad və qabiliyyəti olan “xəzinə”ləri (P.S.
xüsusi istedadlı uşaqları) aşkar etmək
olar.
-İkincisi, özün haqqında
daha yaxşı bilməklə müəyyən
hərəkətlərini, düşüncələrini və hisslərini asanlıqla dərk edə və idarə edə
bilərsən. Daxili aləminə nə qədər çox nüfuz etməyi bacarsan, bir o qədər
qeyri-müəyyənlikdən üzaq ola, daha sakit və daha təhlükəsiz fəaliyyət göstərə
bilərsən.
-Üçüncüsü, özündə nə
isə xoşagəlməyən hal müşahidə edən insan günahsız olmadığını dərk edərək
digərlərini də qınamağa az can atacaqdır. Əlbəttə ki, sən bütün bunları dərk
etsən belə, bu zaman kənar təsirləri də
unutmaq olmaz.
-Dördüncüsü, öz səhvlərinizi müəyyən edib aradan qaldırmaqla
işi bitmiş hesab etməyin, yaxın hesab etdiklərinizə, şagird və
valideynlərinizə, həmkarlarınıza münaqişələrin, mənfi halların aradan
qaldırılması yollarını göstərin və həm də ahəngdar münasibətlər qurmağın
yollarını öz işinizlə nümayiş etdirin,
eləcə də özünüz də öyrənməkdə davam edin.
-Nəhayət sonuncu, beşinci, emosiyalara uymayın və sağlamlığınızın
qayğısına qalın.
Məktəbimizdə yaradılmış “Kiçik akademiya”nın
fəaliyyətinin gücləndirilməsi üzərindən “Hər uşaq istedadlıdır” devizi ilə tarix
fənni, digər fənn, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə
ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlb etməklə,
onları intellektual oyunlarda iştiraka təşviq etmək, onların mütailə, yazı və
nitq mədəniyyətinin inkişaf etdirilməsi baxımından hər bir müəllimin özünü analizi olduqca vacibdir.
Pedaqoji fəaliyyətinin özünü analizi
1.Ümumi məlumat
Şirvan
şəhəri Azərbaycanın Milli Qəhrəmanı Tahir Bağırov adına 11 №-li tam orta
məktəbdə 30-cu ildir ki, tarix müəllimi
işləyirəm. Bakı Dövlət Universitetini
tarixçi (tarix müəllimi) ixtisası üzrə bitirmişəm (P.S. Sizləri nümunə
üçün 2018-2019-cu dərs ili fəaliyyətimlə tanış etmək istəyirəm. 2018-2019-cu
tədris ilində VB, VIB,C,VIIIÇ və XIA siniflərində Azərbaycan tarixi və Ümumi tarix
fənlərini tədris etmişəm). Ümumi iş stajım 37 il, pedaqoji stajım isə 30 ildir.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr tarixli 1635
nömrəli Sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşam. Məqsədəuyğun
şəkildə təhsil keyfiyyətinin artırılması istiqamətində çalışıram. Bununla əlaqədar
tədris etdiyim fənnin təkminləşdirilməsi
metodikası üzərində həmişə çalışıram. İnformasiya texnologiyalarını dərindən
öyrənirəm. Dərs nümunələrimdən istifadə bankı yaratmış, Azərbaycan tarixi və
Umumi tarixi öyrənənlər üçün xüsusi
öyrətmə və nəzarət mexanizmi yaratmışam.
Ətraflı məlumat üçün: linkə https://sinxronfenler.blogspot.com/2021/03/v-xi-siniflrd-tarix-fnninin-tdrisi_14.html keçid edin “V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait səh. 137-154
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim”
müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant
müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi
metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil
Şurası” İB-nin İdarə Heyətinin üzvü
Linklərə daxil olub fəaliyytimlə tanış ola bilərsiniz:
https://www.facebook.com/seyyub.asadov
https://www.facebook.com/Seyyub1967
https://www.youtube.com/c/SeyyubAsadov
https://twitter.com/SeyyubAsadov
http://multiurok.ru/seyyubasadov2/
https://videouroki.net/tests/my/
https://sinxronfenler.blogspot.com/
https://www.facebook.com/groups/696764187121719/
https://www.facebook.com/groups/5014801915293951