Şirvanda “Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir” adlı maarifləndirici seminar keçirilib.
17 may 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin
təşkilatçılığı ilə 21 nömrəli tam orta məktəbdə Beynəlxalq Ailə Günü münasibətilə
“Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir” adlı maarifləndirici
seminar keçirilib.
Öncə məktəbin girişində Beynəlxalq Ailə Gününə həsr
olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə Azərbaycan
ailələrinə məxsus xüsusiyyətlərin, mili-mənəvi dəyərlərimizin əks olunduğu əsərlər
nümayiş olunub.
Sonra məktəbin akt zalında “Ailə sağlam cəmiyyətin və
güclü dövlətin təməlidir” adlı maarifləndirici seminar öz işinə başlayıb. Seminarı giriş sözü ilə açan Şirvan Şəhər
İcra Hakmiyyəti başçısının müavini Aynur Fərzəliyeva Şəhər İcra Hakimiyyəti
adından “Beynəlxalq Ailə Günü” münasibətilə iştirakıları təbrik edib və onlara
sağlam, xoşbəxt, fiaravan ailə həyatı arzulayıb. Beynəlxalq Ailə günü” münasibətilə
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində silsilə tədbirlər həyata
keçirildiyini və əsas məqsədin Azərbaycan ailəsi modelinin inkişaf yolları və
ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi,
gənc ailələrə dövlət qayğısı, milli-mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin
təbliği olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən dövlət ailə siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev və
Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini,
milli-mənəvi dəyərlərin qorunmasına dövlət səviyyəsində böyük diqqət və qayğı
göstərildiyini diqqətə çatdırıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi
Samirə İsmayılova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan sektorunun
müdir əvəzi Elçin Həsənov, Şirvan şəhər Gənclər və İdman idarəsinin rəisi Samid
Həsənov, Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik Yaşına
çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Abbas Rəcəbli,
din xadimi Hacı Vasif, Vətən müharibəsinin şəhidi Zülfüqarlı Zeynalın anası Şəlalə
xanım, 21 nömrəli tam orta məktəbin direktoru Səadət xanım Quliyeva xalqımızın
zəngin mənəvi irsinə daxil olan ailə dəyərlərimizdən, sağlam ailənin formalaşması üçün vacib şərtlərdən, müasir
ailələr üçün aktual olan problemlərdən, ailə münaqişlərindən bəhs ediblər. Azərbaycan
ailəsinin uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı ailə modellərindən
biri olduğunu, dövlətimizin bu modelin qorunub saxlanılması üçün müxtəlif
siyasi proqramlar hazırladığnı, sosial layihələr həyata keçirdiyini bildiriblər.
Gənclərə və gənc ailələrə dövlət qayğısını xüsusi vurğulayıblar. Ailədaxili
münasibətlərin formalaşmasında, uşaqların tərbiyəsində dini dəyərlərin əhəmiyyətindən
söz açıblar. Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində şücaət göstərən
qəhrmanlarımızın ailələrinin gənclərə nümunə olduğunu qeyd ediblər.
Sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanan “Ailəmiz ən dəyərli
xəzinəmizdir” filminə baxılıb.
Mətbuat xidməti
Mənbə: https://www.facebook.com/ferzeliyeva.Aynur/posts/5006983252752181