Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün 7
istiqamət üzrə 8 profil fənninin (Azərbaycan dili, ədəbiyyat, Azərbaycan
tarixi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya) kurikulumları ARTİ tərəfindən
hazırlanıb və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 28 aprel 2022-ci il tarixli, F-238 nömrəli əmri ilə təsdiq edilib.
Qeyd edək ki, təmayül sinifləri şagirdlərin meyil və
maraqları, potensial imkanları nəzərə alınmaqla təşkil olunur. Bu siniflərdə təhsilalanlara
seçdikləri istiqamət üzrə daha dərin bilik və bacarıqların mənimsədilməsi nəzərə
tutulur. Hər bir təmayül fənninin məzmunu şagirdlərin həmin fənn üzrə bilik səviyyəsinin,
dünyagörüşünün genişlənməsinə, kommunikativ, idraki, sosial və digər həyati
bacarıqların təkmilləşdirilməsinə xidmət edir.
Təmayül siniflər üçün fənn kurikulumlarını aşağıdakı linkdən
əldə edə bilərsiniz: https://bit.ly/3PwuCXY
Mənbə:
https://www.arti.edu.az/az/newsd/1433-tamayul-siniflar-ucun-fann-kurikulumlari-tasdiq-olundu