Respublika Təhsil Şurası İctimai Birliyi yeni layihə icra edir


Xəbər verdiyimiz kimi, Respublika Təhsil Şurası İB Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi kiçik qrant müsabiqəsinin qalibi olub. Təşkilat müsabiqəyə “Şagirdin fərdi inkişafının idarə olunması” layihəsi ilə qoşulub. Qeyd edək ki, layihə çərçivəsində şagirdlərin (konkret nəzərdə tutulan şagird qruplarından söhbət gedir) fiziki, psixoloji hazırlıqlarına, onların fərdi inkişaflarına nail olmaq, onların cəmiyyətə sağlam vətəndaş kimi addım atmalarının təməllərini yaratmaq istiqamətində müəyyən işlər görüləcək. Bu işin gələcəkdə daha da geniş şagird qruplarını əhatə etməsi üçün hazırlıq işləri aparılacaq. Hər bir insanın mütəxəssis kimi yetişməsindən öncə, sağlam vətəndaş kimi hazırlanması vacibdir. Bunun da əsası məhz məktəbdə qoyulur. Layihənin vəzifəsi bundan ibarətdir ki, cəmiyyətə şagirdlərin fiziki, psixoloji hazırlığının, şagirdin şəxsi inkişafının vacibliyi fikri aşılansın və bu layihənin nümunəsində bu işin əsaslarının yaranmasına dəstək olunsun.

Onu da qeyd edək ki, layihənin icrasında müəllimlərlə yanaşı, həkim və psixoloq da iştirak edir. Layihə Bakı şəhərinin, İsmayıllı, Tovuz və Siyəzən rayonunun seçilmiş bir məktəbində keçirilir. Hər bir məktəb layihəyə 20 şagird təmsil olunmaqla, bir siniflə qoşulub. Həmin siniflərdə uşaqların psixoloji və tibbi diaqnostikası aparılır, həkim və psixoloq tərəfindən müvafiq məsləhətlər verilir. Sinif rəhbəri isə həkim və psixoloqun rəyi əsasında şagirdin fərdi inkişaf planını hazırlayıb təqdim edəcək. Layihənin gedişatı haqqında ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

 

Mənbə:  https://www.facebook.com/permalink.phpstory_fbid=318845877018093&id=108741758028507

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.