Dünyanın bir sıra ölkələrində tətbiq olunan bu layihə
şagird şəxsiyyətinin hərtərəfli inkişafına yönəlib. Bu sistem pedaqogika,
psixologiya, tibbi məlumatların emalı işinin təşkili sahələrində nəticələrin
birləşməsindən ibarətdir. “Şagirdin fərdi inkişafının idarə olunması” sistemi
müəyyən şərtlər daxilində “Adaptiv təhsil sistemi” də adlandırıla bilər. Sistem
hər bir uşağın özünəməxsus şəkildə inkişaf etdiyini nəzərə alaraq onun fərdiləşmiş
təlim və tərbiyəyə ehtiyac duyduğunu özündə ehtiva edir. Sistemdə təhsilalanların
hər birinin obyektiv təhsil tələbatlarını ödəmək üçün onların təhsil
ehtiyacları müəyyənləşdirilir. Sistemin prinsiplərinə əsasən şagird təhsil
aldığı müddətdə hərtərəfli tibbi-psixoloji-pedaqoji diaqnostika edilir. Bu
ehtiyacların faktiki təhlilinin aparılması və təhsil tsiklində şagirdin şəxsi
inkişafını təmin edən fərdi tapşırıqlar müəyyənləşdirilir. Müəyyən vəzifələri
yerinə yetirmək və müəllimlərin işini təşkil etmək üçün layihə metodu tətbiq
edilir. “Şagirdin fərdi inkişafının idarə olunması” sistemi şagirdə fərdi
yanaşmanın həyata keçirilməsinə imkan yaradan inteqrasiya edilmiş bir vasitədir.
Bu sistem mövcud maliyyə, kadr, təşkilatçılıq baxımından zamana qənaət etməklə
müəllimlərin işini asanlaşdırır.
Mənbə:
https://www.facebook.com/permalink.php?story_fbid=321313096771371&id=108741758028507