Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları
nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun aşağıda
adları göstərilən hərbi qulluqçuları şəhid olub:
- leytenant Niftəliyev Ümüd Oruc oğlu;
- gizir Cabbarov Orxan Hətəm oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu
kiçik çavuş Əliyev Natiq Yusif oğlu;
-
əsgər Ağayev Elçin Mərifət oğlu;
- əsgər Əlizadə Elmin Samir oğlu;
- əsgər Əliyev Elçin Ramil oğlu;
- əsgər Xəlilov Murad Qalib oğlu.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi
qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!
Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.
Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan
dövlət sərhədində vəziyyət sabitləşib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi
avantüra tam iflasa uğrayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin
suveren ərazilərində xidmətini davam etdirir.
Ermənistanın təxribatı nəticəsində yaranmış gərginliyə
və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin
üzərinə düşür.
https://mod.gov.az/az/news/doyuslerde-azerbaycan-ordusunun-herbi-qulluqculari-sehid-olub-38430.html