Ümumdünya Fəlsəfə Günü (18 noyabr 2021)
2005-ci ildə YUNESKO (UNESCO) Ümumdünya Təşkilatı hər
il noyabr ayının üçüncü cümə axşamı gününü Fəlsəfə Günü elan etmişdir. YUNESKO (UNESCO) bu günü qeyd etməklə, hər
bir mədəniyyətdə və hər bir insanda təfəkkürün inkişafı üçün fəlsəfənin dəyərinə
diqqət çəkir. Fəlsəfə təkcə valehedici elmi nizam deyil, həm də cəmiyyətləri dəyişdirə
bilən gündəlik həyat təcrübəsidir. Fəlsəfə
bizi dünyanın intellektual cərəyanlarının müxtəlifliyi ilə tanış edən fəlsəfi mədəniyyətlərin
dialoquna töhfələr verir. Eləcə də düşünməyə, konstruktiv fikir mübadiləsinə
maraq artırmaqla, qarşılıqlı hörmət olan cəmiyyətin yaradılmasına yardımçı
olur. Beləliklə, fəlsəfə zəmanəmizin əsas problemlərini başa düşməyə və bizi
düşündürən suallara cavab tapmağa köməklik etməklə, həm də dəyişikliklərin həyata
keçirilməsi üçün bizlərə stimul verir. YUNESKO (UNESCO) Ümumdünya Fəlsəfə
Gününün qeyd edilməsinin təşəbbüskarıdır, lakin onun sahibi deyildir. Bu gün
dünyanın bütün fəlsəfə mütəxəssislərinə və bilicilərinə aiddir!
Gününüz mübarək filosoflar!