1514-cü il avqustun 23-də Osmanlı sultanı Səlimin
(1512-1520) qoşunu ilə Şah I İsmayılın (1501-1524) qoşunu arasında şiddətli
vuruşma olmuşdur. Bu vuruşma Çaldıran səhrasında (Çaldıran Xoy şəhərinin
şimal-qərbində, Makunun yaxınlığında və Təbriz şəhərinin 20 kilometrliyində yerləşib
Çuxur Səd bəylərbəyliyinə daxil idi) baş verdiyi üçün tarixdə “Çaldıran
vuruşması” adı ilə məhşurdur. Həmin vuruşmada Səfəvi dövlətinin qoşunları məğlub
oldusa da, bir çox cəhətdən qızılbaş (səfəviləri belə adlandırırdılar) ordusu
özünün qəhrəmanlıq döyüş ənənələrini nümayiş etdirmişdir. Görəsən nə üçün
Avropa dövlətləri Səfəvi- Osmanlı münasibətlərinin kəskinləşməsini istəyirdilər?
Bu məqsədlə hansı yollardan istifadə edirdilər? Əgər XVI-XVII əsr Səfəvi-Avropa
əlaqələrinə diqqət etsək görərik ki, Avropa dövlətləri iki böyük türk
imperiyasını bir-biri ilə vuruşdurmaq siyasəti aparmışlar. Məlumdur ki,
Çaldıran döyüşü (1514) tarixdə iki qardaş türk dövləti üçün məğlubiyyət, Avropa
diplomatiyasının qələbəsi kimi qiymətləndirilir. Bu fikri konkret olaraq 2
Avropa diplomatının öz ölkələrinə göndərdikləri məktubla (“Nə qədər ki, Səfəvilər
osmanlılarla vuruşur, xristian dünyası sülh və əmin-amanlıq içərisində
olacaqdır”) göstərmək olar. Bu diplomatların biri İspaniya diplomatı Antonio de
Qoybea (XVII əsrin əvvəlləri), digəri isə 1583-1588-ci illərdə İngiltərənin
Türkiyədəki səfiri Uilyam Harborn olmuşdur…
Əlavə məlumat üçün bax: Seyyub Əsədov “V-XI siniflərdə
tarix fənninin tədrisi metodikası”. Bakı, 2021.səh. 49-58
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin
(2020) qalibi.