Bəlli olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın
bu gün keçirilən toplantısında 15 sentyabr 2021-ci il tarixindən ölkəmizin orta
ümumtəhsil məktəblərində dərslərin ənənəvi əyani qaydada başlanmasının nəzərdə
tutulduğu qeyd edildi. Bu, təhsil sistemimiz, cəmiyyətimiz üçün olduqca əhəmiyyətli
məsələdir. Bütün təhsil iştirakçıları – müəllimlər, təhsil işçiləri, valideynlər,
məktəb rəhbərləri əyani dərslərin başlanması üçün zəruri olan vaksinasiya məsələsini
diqqətdə saxlamalıdırlar. Əgər hər kəs bu prosesdə fəal iştirak edərsə, təhsil
müəssisələrinin qapıları üzümüzə açılar, övladlarımızın əyani təhsil alması
reallaşar, bir sözlə təhsil pandemiyadan öncəki ahəngi ilə davam edər. Odur ki,
hər birinizdən bu mühüm çağırışa səs verməyinizi, ümumi mənafeyimizə xidmət edən
vaksinasiya prosesinə ciddi yanaşmağınızı xahiş edirik.
Mənbə : https://www.facebook.com/permalink.php?story_fbid=170294388539910&id=108741758028507