Ümumi
təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi
haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri
Ümumi
təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək
məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin
8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq əmr edirəm:
1.
Azərbaycan Respublikasının tədris Azərbaycan dilində və digər dillərdə
aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin
2021-2022-ci dərs ili üçün aşağıdakı tədris planları və “Tədris planlarına dair
qeydlər” təsdiq edilsin:
1.1.
Ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün tədris planları (1, 2 nömrəli əlavələr);
1.2.
Azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri
üçün tədris planları (3, 4, 5, 6 nömrəli əlavələr);
1.3.
“Tədris planlarına dair qeydlər” (7 nömrəli əlavə).
2.
Yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə tapşırılsın ki, ümumi təhsil
müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət
etsinlər.
3.
İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) bu əmrin əlavələrlə
birlikdə yerlərə və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.
4.
İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan
müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini
təmin etsin.
5.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.
Tam
məlumat üçün: