Tarixçi, həkim, dövlət xadimi Fəzlullah Rəşidəddin
(1247-1318) özünün məhşur “Cami-ət-təvarix”
(“Tarixlərin cəmi”) əsərində yazır ki, 1295-ci ildə Hülakü hökmdarlarından
Baydu xan Şirvanda, Qaraçala adlı məkanda tac qoyma mərasimi keçirdi. ….
Mənbə:
“Fəzlullah Rəşidəddin. Cami ət- təvarix” (rusca) III cild. Bakı.1957
Videoda gördüyünüz yer Qaraçalanın ən qədim məkanlarından
biridir. Çox güman ki, məhz 1295-ci ildə Elxani hökmdarı Baydu xan burada özünə
tac qoyma mərasimi keçirmişdir. …
Şəkil isə Şirvan şəhəri ərazisində el
arasında “Qanlı dərə” adlanan ərazidə çəkilib. Körpü 1927-ci ildə inşa
edilmişdir.