2021-2022-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin
II və VI sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və dərsliklərin
metodik vəsaitlərinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir. Bu məqsədlə
dərslik və dərsliklərin metodik vəsaitlərinin layihələri www.trims.edu.az
saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib.
Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik
komplektlərinin məzmunu ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə
irad və təklifləri yazmaq mümkündür.
İrad və təkliflər derslik@edu.gov.az elektron ünvanına da göndərilə bilər.
Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini,
valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və
bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy,
irad və təkliflərini bildirməyə dəvət edir.