Razılaşın ki, müəllim və məktəb insan üçün böyük əhəmiyyət
kəsb edir, çünki həyatımızda istifadə etdiyimiz bilik, bacarıq və vərdişlərin əksəriyyətini
məhz məktəb illərində qazanmışıq.
Hər nəsil
gələcəyin məktəbini özünəməxsus şəkildə təsəvvür edir. İndiyə qədər məktəb gil
lövhələrdən müasir ağıllı lövhələrə, açıq hava fəaliyyətindən geniş və
çoxfunksiyalı sinif otaqlarınadək çox uzun bir tarixi yol keçmişdir. Gələcəyin
təhsili yenilikçi və daha çox rəqəmsal texnologiyalar və vasitələr üzərində
qurulacaqdır. Media mühiti və internet mənbələri tədris prosesinin daha çevik və
daha fərdi olmasına imkan yaradır və yaradacaqdır. Bəlkə də siniflərin yerini
qismən interaktiv təhsil platformaları, təhsil sosial şəbəkələri və veb səhifələr
tutacaqdır. XX əsrin insanları bunu ancaq arzulaya bilərdilər. Əlbəttə gələcəkdə
məktəblərin necə olması haqqında xəyal qurmaq yaxşıdır, lakin dərk etmək
lazımdır ki, bu gələcək, hazırda müəllim
masasında oturan biz müəllimlərdən asılıdır. Xəyalları gerçəkləşdirməkdən isə
qorxmayın. Müəllim və tərbiyəçi hər bir insanın həyatında vacib insandır.
Hörmətli həmkarlar
sizin sayənizdə uşaq nəinki lazımi biliklər alır, həm də vətənpərvərlik, dövlətə
və dövlətçiliyə sevgi, xeyirxahlıq, dostluq, məqsədyönlülük öyrənir, həyatı və
mənəvi dəyərləri qavrayır. Sizin hər bir gününüz gənc nəslin qəlbinə, bilik
zirvəsinə aparan yoldur. Sağlam, yaradıcı və aktiv olun! Şagirdlərinizin minnətdarlığı
sizlər üçün layiqli bir mükafat olsun.
Bayramınız mübarək hörmətli həmkarlar!