Təhsil naziri Emin Əmrullayevin 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki

 


Əziz müəllimlərimiz,

Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edirəm! Təkcə bu gün deyil, şagirdinizin, tələbənizin uğuruna sevindiyiniz hər gün sizin gününüz, bayramınızdır.

Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında sizin əməyiniz danılmazdır. Siz sadəcə övladlarımızı öyrətmirsiniz, həm də  Vətən üçün layiqli vətəndaş, əsgər yetişdirirsiniz. Bu missiyanı şərəflə  yerinə yetirdiyinizə görə Sizə təşəkkür edirəm!

Pandemiya şəraitində sizin zəhmətiniz xüsusilə qeyd edilməlidir. Bu çətin günlərdə fədakar əməyinizə, göstərdiyiniz dəstəyə görə çox sağ olun!


Əziz müəllimlər,

Bu vacib və məsuliyyətli işinizdə  Sizə uğurlar arzulayıram!

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.