NEANDERTAL İNSANLAR VƏ HOMO SAPİENSLƏR
Orta Paleolit. Alt Paleolit dövrünün ardınca Orta Paleolit başlayır və e.ə. 40-cı minilliyə qədər davam edir. Orta Paleolit Mustye mədəniyyəti dövrü də adlanır. Mustye — Fransada yer adıdır. Orta Paleolitə aid əmək alətləri ilk dəfə buradan tapılmışdır. Orta Paleolit dövründə insanların sayı artmış, insan məskənləri çoxalmışdı. Bu dövrdə Azərbaycan ərazisində nisbətən inkişaf etmiş yeni insan tipi - Neandertal insanlar formalaşmışdır.
İnsanlar, əsasən, maral, ayı, tur, vəhşi at (gur), dağkeçisi ovlamış, yığıcılıqla (yem toplama) məşğul olmuşlar. Qədim insanların təbiət qüvvələrinə inamla bağlı dini təsəvvürləri bu dövrdə formalaşmışdır.
Orta Paleolitdə insanlar quru ağac parçalarını, çaxmaqdaşını bir-birinə vurmaqla süni od əldə etməyi öyrəndilər.
Orta Paleolit dövrünün sonlarından başlayaraq ulu icma yavaş-yavaş sıradan çıxmış, qəbila icması yaranmağa başlamışdır.
Üst Paleolit. Üst Paleolit təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə. XII minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində xeyli dəyişikliklər baş vermişdi.
Bu dövrdə insanlar hələ də mağaralarda yaşamışlar. Onların əmək alətləri qaşovlardan, bizlərdən, gəzli (yəni kənarı dişəkli), ucu şiş və üçbucaq formalı daş əmək alətlərindən ibarət idi. Üst Paleolitdə müasir insan tipi yarandı. Üst Paleolitdə yaranan insan tipi «ağıllı insan» (Homo sapiens) adlanır.
Bu insanlar artıq məqsədyönlü fəaliyyət göstərirdilər. Onlar çayın o biri sahilinə keçmək üçün ağacların gövdəsini kəsir, bir-birinə bağlayır, sallar düzəldirdilər.

«Ağıllı insan»lar düz qamətlə yeriyirdilər.
Qədim insanlar bir-birini işarələrlə (əl, dodaq hərəkətləri) başa salırdılar. Əmək fəaliyyətinin genişlənməsi, şüurun inkişafı Üst Paleolitdə tədricən səsli nitqin yaranmasına səbəb oldu. Səsli nitq ilk vaxtlar tək-tək sadə ifadələrdən ibarət idi. Belə ifadələr yavaş-yavaş çoxaldı və dil yarandı. Dil ən əlverişli ünsiyyət vasitəsi oldu. Bu dövrdə ulu icmanı qəbilə icması əvəz etdi. Qəbilədə insanlar qan qohumluğu əsasında, ana xətti ilə birləşirdilər. Qəbilənin həyatında qadın mühüm rol oynayırdı. Uşaqların qayğısına qalmaq, giləmeyvə və yabanı bitkilər toplamaq, odu qoruyub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Qəbilə icmasında insanlar ana xətti ilə birləşdiyinə görə bu dövr anaxaqanlığı (matriarxat) dövrü adlanır.