MEZOLİT — ORTA DAŞ DÖVRÜ

Mezolit dövründə insanlar ox və kamanı yaratdılar. Bu silahın köməyi ilə onlar heyvanları daha uzaq məsafədən ovlaya bilirdilər. Belə ov daha təhlükəsiz idi. İbtidai ovçular ox və kamanla Mezolit dövrü daha çox heyvan ovlayır, qida ehtiyatlarını artırırdılar.
Mezolit dövründə insanlar heyvanları əhliləşdirməyi öyrəndilər. Əhliləşdirilən ilk heyvan it olmuşdu. Sonralar insanlar başqa heyvanları da əhliləşdirdilər və bəsləyərək çoxaltdılar. Beləliklə, ibtidai maldarlığın əsası qoyuldu.
İlk əkinçilik vərdişləri də Mezolit dövründə yaranmışdır. Ət ehtiyatının artması insanların qidaya olan tələbatını ödədiyinə görə toplanmış yabanı bitki toxumlarının bir hissəsini ehtiyat saxlayırdılar. Yığıcılıqla məşğul olan ibtidai insanlar toxumların yerə düşüb yenidən cücərdiyini, böyüdüyünü müşahidə etdilər. Onlar ağacla, sümüklə və ya sivri daşla yeri yumşaldıb toxumları basdırırdılar. Bu, ibtidai əkinçiliyin meydana gəlməsi üçün başlanğıc oldu.

Ovçuluq və balıqçılığa dair təsvir (Qobustan)Qobustan qayalarında bu dövr insanlarının ovsun-totem inamlarını, dini ayinlərini, ov səhnələrini əks etdirən rəsmlər həkk olunmuşdur. Burada qadın və müxtəlif heyvan rəsmləri böyük məharətlə təsvir edilmişdir. Bunlar Mezolit dövründə ibtidai incəsənətin xeyli inkişaf etdiyini göstərir.
Qobustandakı qəbirlərdən birində müxtəlif məişət əşyaları və ibadətlə bağlı iri daş büt tapılmışdır. Bu onu göstərir ki, Mezolit dövrünün insanları axirət dünyasına inanmış və dəfn zamanı ölülərin yanına cürbəcür məişət əşyaları qoymuşlar.
Onlar güman edirdilər ki, insanlar ölümündən sonra da bu əşyalardan istifadə edirlər.
Mezolit dövründə:
* ox və kaman ixtira olundu;
* ibtidai maldarlığın əsası qoyuldu;
* ilk əkinçilik vərdişləri yarandı;
* ilkin toxuculuq yarandı.
* ox və kaman ixtira olundu;
* ibtidai maldarlığın əsası qoyuldu;
* ilk əkinçilik vərdişləri yarandı;
* ilkin toxuculuq yarandı.
Mezolit dövründə mənimsəmə (istehlak) təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu. Əvvəllər təbiətin hazır nemətlərindən istifadə edən insanlar indi onları özləri istehsal etməyə başladılar.