Rus dilində 36 samit səs var
([б], [б’], [в], [в’], [г], [г’], [д], [д’], [ж], [з], [з’], [й’], [к], [к’], [л], [л’], [м], [м’], [н], [н’], [п], [п’], [р], [р’], [с], [с’], [т], [т’], [ф], [ф’], [х], [х’], [ц], [ч’], [ш], [щ’])
və 21 samit hərf var
б, в, г, д, ж, з, й, к, л, м, н, п, р, с, т, ф, х, ц, ч, ш, щ
Bu say fərqi rus qrafikasının əsas özəlliyi - yazıda samitlərin sərtliyi və yumşaqlığının təsviri ilə bağlıdır.
KAR VƏ CINGILTILI SAMIT SƏSLƏR
Kar və cingiltili samit səslər onun yaranmasında səsin iştirak etməsi və ya etməməsi ilə fərqlənirlər.
Cingiltili samit səslər avazlı-küylü olur. Onların tələffüzü zamanı hava axını ağız boşluğunda olan maneələri keçərək, səs tellərini titrədir. Cingiltili samit səslər bunlardır:
[б], [б’], [в], [в’], [г], [г’], [д], [д’], [ж], [з], [з’], [й’], [л], [л’], [м], [м’], [н], [н’], [р], [р’].
Bəzən дрожжи, вожжи sözlərinin tələffüzü zamanı rast gəlinən [ж’] samit səsi də cingiltilidir.
Kar samit səslər səssiz tələffüz olunur və yalnız küydən ibarətdir. Bu zaman səs telləri zəif qalır. Kar samir səslər bunlardır:
[к], [к’], [п], [п’], [с], [с’], [т], [т’], [ф], [ф’], [х], [х’] [ц], [ч’], [ш], [щ’].
Kar samit səsləri yadda saxlamaq üçün mnemonik qayda mövcuddur: «Стёпка, хочешь шец?» —«Фи!» cümləsində kar samitlərin hamısı var.
Səsin mövcudluğu və ya yoxluğu etibarı ilə samitlər cütlük yaradırlar. Cüt səslər yalnız kar və cingiltili etibarilə fərqlənirlər.
Kar və cingiltili əlamətinə görə fərqləndirilmiş 11 cüt samit var:
[б] — [п], [б’] — [п’], [в] — [ф], [в’] — [ф’], [г] — [к], [г’] — [к’], [д] — [т], [д’] — [т’], [з] — [с], [з’] — [с’], [ж] — [ш].
Sadalanmış səslər müvafiq olaraq cingiltili qoşa və ya kar qoşa səslərdir.
Digər səmitlər isə qoşalaşmayan səslər kimi göstərilir.
Cingiltili qoşalaşmayan səslərə [й’], [л], [л’], [м], [м’], [н], [н’], [р], [р’], kar qoşalaşmayan səslərəisə [х], [х’], [ц], [ч’], [щ’] səslər aiddir.
Bütün deyilənləri bu cədvəldə birləşdirmək olar:
Qoşa (11 cüt)
|
Qoşalaşmayan
| |
Cingiltili
|
б б’ в в’ г г’ д д’ ж з з’
|
л л’ м м’ н н’ р р’ й
|
Kar
|
п п’ ф ф’ к к’ т т’ ш с с’
|
ч ч’ ц ч’ щ’
|
Əgər nitqdə uzun səs [ж’] varsa, bu halda o [щ’] cingiltili samitə taydır. Bu zaman kar və cingiltili etibarilə 12 cütlük mövcuddur.
MÖVQELI ZƏIFLƏMƏ/GÜCLƏNMƏ
Rus dilində müəyyən mövqelərdə - saitlərin (том [том] — дом [дом]) və samitlərin əvvəlində [в], [в’], [й’], [л], [л’], [м], [м’], [н], [н’], [р], [р’] (свой [свой’] — звон [звон], смела [см’ил́а] — размела[разм’ил́а], срой [срой’] — разрой [разр́ой’]) - kar və cingiltili samit səslərə rast gəlinir. Bu kar/cingiltili etibarilə güclü mövqelərdir.
Yalnız kar və ya cingiltili səsin meydana gəlməsi onun öncədən sözdə yerləşməsi ilə müəyyən edilə bilər.
Belə zəifləmə/güclənmə qeyri-sərbəst, “məcburi”, mövqelər isə kar/cingiltili etibarilə zəif sayılır.
Qoşa cingiltililər zəiflədilir (daha doğrusu, karlarla əvəz olunur)
1) sözün axırında:
б → [п] дуб – ду[п]
в → [ф] красив – краси[ф]
г → [к] берег – бере[к], НО! Бог - Бо[х]
д → [т] комод – комо[т]
ж → [ш] пригож – приго[ш]
з → [с] карапуз – карапу[с]
2) kar səslərin əvvəlində:
губка → гу[п]ка
ковка → ко[ф]ка
сводка → сво[т]ка
лодка → ло[т]ка
серёжка → серё[ш]ка
связка → свя[с]ка
Cingiltili səsin əvvəlində gələn kar qoşa səslər isə, istisna [в], [в’], [й’], [л], [л’], [м], [м’], [н], [н’], [р], [р’], gücləndirilir, yəni ki cingiltililərlə əvəz edilir.
Digər cingiltili səslərin əvvəlində:
косьба → ко[з’]ба
молотьба→ моло[д’]ба
Səslərin artikulyasiyalı ahəngi fonetikada assimilyasiya termini kimi qeyd edilir. Assimilyasiya nəticəsində eyni səslərin ahəngi zamanı uzun samitlər yarana bilər. Transkripsiyada samitin uzunluğu samitin üstündə xətlə və ya samitdən sonra iki nöqtə ilə (:) işarə olunur.
_
ванна [в́ана]
ванна [в́ана]
ванна [в́ан:а]
Təsir istiqaməti — əvvəlkindən sonrakı səsə (geri assimilyasiya).
(вьюга, соловьиный)
KAR/CINGILTILI SƏMITLƏRIN YAZIDA ƏKS OLUNMASI
Yazıda xüsusi samit hərflər vasitəsilə (там — дам) yalnız samitlərin müstəqil kar/cingiltili olması əks olunur.
Mövqeli zəifləmə/güclənmə bir çox digər mövqeli fonetik dəyişikliklər kimi yazıda əks olunmur.
İstisnalar:
1) с/з- söz önlüyün yazılışı: рас-сыпать, раз-бить; tələffüzün əksi burada da axıracan keçirilmir, çünki yalnız kar/cingiltili etibarilə səslərin ahəngi göstərilir:
расшевелить [рашыв’ил’́ит’],
2) bəzi gəlmə sözlərin yazılışı:
транскрипция — транскрибировать.
SƏRT VƏ YUMŞAQ SAMIT SƏSLƏR
Sərt və yumşaq samitlər artikulyasiya xüsusiyyətlərinə görə fərqlənir, daha doğrusu danışıq zamanı dilin vəziyyətinə görə
Sərt/yumşaq etibarilə fərqləndirilən 15 cüt samit var:
[б] — [б’], [в] — [в’], [г] — [г’], [д] — [д’], [з] — [з’], [к] — [к’], [л] — [л’], [м] — [м’], [н] — [н’], [п] — [п’], [р] — [р’], [с] — [с’], [т] — [т’], [ф] — [ф’], [х] — [х’].
Sərt qoşalaşmayan samitlərə [ц], [ш], [ж], yumşaq qoşalaşmayan samitlərə isə [ч’], [щ’], [й’] səsləri daxildir. (bəzi sözlərdə rast gəlinən [ж’] səsi də yumşaq qoşalaşmayan səsdir).
[ш] və [щ’] samitləri (həmçinin [ж] və [ж’]) qoşalaşmırlar, çünki yalnız sərt/yumşaqlığı ilə deyil, uzuluğu/qısalığı ilə də fərqlənirlər.
Bütün deyilənləri bu cədvəldə birləşdirmək olar:
Qoşa (15 cüt)
|
Qoşalaşmayan
| |
Sərt
|
б в г д зк л м н п р с т ф х
|
ж ш ц
|
Yumşaq
|
б’ в’ г’ д’ з’к’ л’ м’ н’ п’ р’ с’ т’ ф’ х’
|
ч’ щ’ й’
|