Sözün fonetik təhlili aşağıdakı kimi aparılır:
1. Sözün səs və hərf tərkibi göstərilir.
2. Sait səslər növlərinə görə təhlil olunur.
3. Samit səslər növlərinə görə təhlil olunur.
4. Sözün hecaları və vurğusu göstərilir.
Sözdəki səslərin növlərə görə təhlili onun tələffüz şəkli; ahəng qanunu, heca və vurğusu isə yazılı forması üzərində aparılır.
Fonetik təhlil nümunələri:
1. Neftçi — [nefçi], 6 hərf, 5 səsdən ıbarətdir.
[e] — incə, açıq, dodaqlanmayan saitdir;
[i] — incə, qapalı, dodaqlanmayan saitdir;
[n] — cingiltıli samitdir, kar qarşılığı yoxdur;
[f] — kar samitdir, cingiltili qarşılığı [v] samitidir;
[ç] — kar samitdir, cingiltili qarşılığı [c] samitidir.
Sözün hecalari: neft — çi, vurğusu ikinci hecanın üzərinə düşür.
[u] — qalın, qapalı, dodaqlanan saitdir;
[a] — qalın, açıq, dodaqlanmayan saitdır;
[s] — kar samitdir, cıngiltili qarşılığı [z] samitidir;
[d]-cingiltili samitdir,kar qarşılığı [t]samitidir; Sözün hecalari: usta, vurğusu ikinci hecanın üzərinə düşür.
3,Müəyyən — [mə:yyən], 7 hərf, 6 səsdən ibarətdir.
[ə] — incə, açıq, dodaqlanmayan saitdir;
[m] — cingiltili samitdir, kar qarşılığı yoxdur;
[y] — cingiltili samitdir, kar qarşılığı [x'] samitidir,
[n] — cingiltili samitdir, kar qarşılığı yoxdur.
Sözün hecaları: mü-əy-yən, vurğusu sonuncu hecanın üzərinə düşür.
Qeyd: Fonetik təhlildə çaşmamaq üçün sözün tələffüz şəklini yazıb,səslərin təhlilini onun üzərində aparmaq lazımdır. Fonetika və saitlər haqqında oxumağınız məsləhət görülür.