Söz,sözün leksik və qrammatik mənası


Söz dilin vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır. Leksikologiya yunanca iki sözdən–lexikos (söz) və loqosdan (təlim) ibarətdir. Leksikologiya dilçiliyin bir bölməsi olub, dildəki bütün sözləri öyrənir.
Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə etməyə xidmət göstərir. Hər bir sözün ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Sözlərin leksik mənası izahlı lüğətlərdə öz ifadəsini tapır. Məsələn: kərə-əridilmiş yağ, şit yağ
Sözün leksik mənası ilə yanaşı, qrammatik mənası da olur. Məsələn: Dəryaz sözünün ot çalmaq üçün uzunsaplı, dişsiz orağa oxşayan alət olması onun leksik mənasıdır; isim olması, adlıq halda işlənməsi isə qrammatik mənasıdır. Əsas nitq hissələrini təşkil edən bütün sözlər leksik və qrammatik mənaya malik olur. Amma köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur.
İzahlı lüğətlərdə sözlərin leksik mənaları, orfoqrafiya lüğətində onların düzgün yazılış qaydaları, orfoepiya lüğətində düzgün tələffüz qaydaları və s. əhatə olunur. Lüğətlərin növləri çoxdur: orfoqrafiya, orfoepiya, leksika, termin lüğətləri. Bunların hamısında sözlər əlifba sırası ilə düzülür.
Yadda saxla!
Bütün sözlərin leksik mənası olmur.
Sözün leksik mənası onun məzmununu əks etdirir.
Sözün qrammatik mənası sözlərin hansı nitq hissələrinə aid olması və həmin nitq hissəsinə xas olan xüsusiyyətləri ifadə etməsi ilə müəyyənləşir.
Bütün sözlərin qrammatik mənası olur.
Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar:
  • Həmin sözə yaxın mənalı söz seçməklə (özül-təməl-bünövrə, qaçmaq-yüyürmək)
  • Əşyanın, hərəkətin əlamətlərini izah etməklə (şütümək–sürətlə ötüb keçmək)
  • Sözün hissələrinin mənasını açmaqla (meşəbəyi–meşə gözətçisi)
  • Sözə əks mənalı sözü seçməklə: gözəl-çirkin

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.