Çingiz xan və oğulları
....Monqollarda türklərdən keçmə belə bir adət var
idi. Aılə başçısı öz oğullarına yurd-yəni torpaq verirdi. Çingiz xan da belə
etmişdi. O, ölümündən bir az əvvəl xaqanlığa daxil
olan torpaqları öz oğulları arasında böldü. Hər bir oğul ulus sahibi oldu. İşğal
olunmuş ərazilər Çingiz xanın 4 oğlu arasında belə bölüşdürülmüşdü.
Çingizin böyük oğlu Cuci 1227-ci ilin
fevralında, atasının ölümündən 6 ay əvvəl öldüyü üçün onun payı oğlu Batı xana
keçir. Bura Qərbi Sibir və Dəsti-Qıpçaq düzü, eləcədə Cənubi Rusiya (Xarəzm
daxil olmaqla) aid idi. Batı xan Cənubi Rusiyada Göy Orda adlanan dövlət
yaratdı. Məhz bu dövlət gələcək Qızıl Ordanın nüvəsini təşkil etmişdi. Cucinin
digər oğlu isə Qərbi Sibirdə Ağ Orda adlanan dövlətin əsasını qoymuşdu.
Çingizin 2-ci oğlu Cağatay Mavərənnəhrdən şərqə, Şərqi Türkistana qədər uzanan bir əraziyə sahib oldu.
Çingizin 3-cü oğlu Uqedey (1229-1241) müsəlman adı Oktay idi, ümummonqol qrultayının qərarı ilə atasının yerinə Ali Monqol Xaqanı oldu.
Çingizin ən kiçik oğlu Toluy isə Monqolustanın hakimi olur. Bu əraziyə işğal edilmiş Çin də daxil idi. Sonralar Toluyun oğlanları Münke və Xubilay Ali Xaqan olmuşlar.
Münke və Xubilayın digər qardaşı Hülakü işğal edilmiş ərazilərdə yeni dövlət 5-ci ulus yaratdı ki, bu dövlət Hülakülər (Elxanilər) adlandırıldı....

(P.S. 1258-ci il fevral
ayında Hülakü xan Abbasilər Xilafətinə son qoydu ….).
“ Azərbaycan və Qızıl Orda “ adlı məqalədən
Əsədov Seyyub Əsəd oğlu – Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi