30 oktyabr 2025-ci il saat 11:00-dan etibarən
direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu
prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, namizədlər 11
noyabr 2025-ci il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə
bilərlər.
Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş
qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə
seçim və müsahibə mərhələsindən ibarət olacaq.
Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar
və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə
buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər 15.10.2025-ci il
tarixinə olan məlumatlara istinad edir.
Namizədlər müsahibə mərhələsinə təhsil müəssisələrində
təhsil alan şagirdlərin sayından (501-dən çox və ya 500-dək) və müəssisələrin
növündən (lisey, gimnaziya, internat tipli lisey/gimnaziya və s.) asılı olaraq
ardıcıllıq əsasında dəvət olunacaqlar.
Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən
yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək.
Namizədlər müsahibədə liderlik və strateji idarəetmə,
pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin
həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional
bacarıqları üzrə qiymətləndiriləcəklər.
Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə
tanış ola biləcək.
Müsabiqədən uğurla keçmiş namizədlərlə əmək münasibətləri
qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.
P.S. Mənbədə link (https:miq.edu.az/direktor)
formasında səhv yazıldığı üçün, linkin
düzgün yazılışı https://miq.edu.az/direktor
verilmişdir.


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)