Şəki şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbin 100 illik yubileyi qeyd edilib

Sentyabrın 5-də Şəki şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

SİNXRON FƏNLƏR “Azərbaycan müəllimi” nə istinadən məlumat verir ki, ‎Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Vüqar İsgəndərov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, ‎ ETİHİ-nin Respublika Komitəsinin sədr müavini Turana Kərimova, məktəbi müxtəlif illərdə bitirmiş məzunlar, müəllimlər, şəhid ailələrinin üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Yubiley tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin və dünyadan köçmüş müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Məktəbin direktoru Ədalət Sədiyeva çıxış edərək 100 ildir ki, fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan söhbət açıb.

Sonra məktəbin yubileyi ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğının göstərildiyini vurğulayıb, Şəkidə təhsil sahəsində özünəməxsus yeri olan şəhər 11 nömrəli tam orta məktəbin illər boyu yetişdirdiyi istedadlı şagirdləri, fədakar müəllimləri və ardıcıl uğurları ilə diqqət mərkəzində olduğunu bildirib, məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar İsgəndərov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova və digər qonaqlar son illər respublikada aparılan təhsil islahatlarından söz açıblar, məktəbin tədris nailiyyətlərinin son illərdə xüsusilə artdığını diqqətə çatdırıblar, tədris ocağının kollektivini yubiley münasibəti ilə təbrik ediblər.

Yubiley tədbiri şagird və müəllimlərin ifasında maraqlı konsert proqramı, ədəbi-bədii kompozisiyalarla davam edib.

Sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində uzun illər səmərəli pedaqoji fəaliyyətinə görə bir qrup müəllimə, həmçinin təhsildə fərqlənən şagirdlərə Şəki Şəhər İcra Hakimiyyətinin və Regional Təhsil İdarəsinin fəxri fərman və hədiyyələri təqdim olunub.

Mənbə:

https://muallim.edu.az/news/sekide-11-nomreli-tam-orta-mektebin-100-yasi-qeyd-edildi-68bc5500993da5bc15407a65

P.S. Gün olsun bizim doğma məktəbimizin - Azərbaycan Respublikasının Milli Qəhrəmanı Tahir Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin yubileyi də qeyd edilsin. Şirvan şəhər 11 №-li tam orta məktəb 1962 - 1967-ci illərdə dördillik ibtidai məktəb kimi fəaliyyətə başlamış, 1968-ci ildə 8 illik məktəbə çevrilmişdir. 1984-cü ildə məktəb yeni binaya köçmüş və həmin ilin eyni tarixində şagirdlər və müəllimlərin istifadəsinə verilmişdir. Bu il, 2025-ci ildə, doğma məktəbimiz tam əsaslı təmir olunaraq yenidən şagirdlərin xidmətinə təqdim olunacaq və bununla da məktəb tarixində yeni bir səhifə açılacaq.

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.