Fironun məzarından tapılan sarı şüşə “kosmik qüvvələrin”
müdaxiləsi olmadan Yer kürəsində əmələ gələ bilməzdi.
Misir fironu Tutanhamonun məzarından tapılan sarı
şüşənin tərkibi Yerdəki hər hansı bir analoqdan fərqlidir. 2023-cü ildə elm
adamları nanostruktur tədqiqatı apararaq, materialın kosmik mənşəli olduğunu müəyyən
ediblər.
Dekorasiya üçün şüşə Böyük Qum dənizində
minalanmışdır. Bu, Misirin qərbi ilə Liviyanın şərqi arasında yerləşən səhranın
adıdır.
Qum dənizi nəhəngdir, 72.000 kvadrat kilometr ərazini
əhatə edir.
Bu yerdə tapılan sarı şüşələr silisium, müxtəlif
növ sirkonium oksidi və digər “yad” materiallarla zəngindir. Onların bəziləri
yalnız yüksək temperaturda 2250 ilə 2700 Selsi dərəcə arasında formalaşa bilər.
Bəzi alimlər qumu əridən və qeyri-adi materialı əmələ
gətirən ildırımdan danışırlar. Digərləri sarı şüşənin əmələ gəlməsini çöküntü və
ya hidrotermal proseslərlə, həmçinin qədim vulkanların püskürməsi ilə əlaqələndirirdilər.
Onların hamısı səhv düşünmüşlər.
Yeni araşdırma qəribə materialın mənşəyinin sirrini
açıb. Şüşə yerdən kənar obyektin - Yerə düşən meteoritin təsirindən əmələ gəlib.
Zərbə o qədər güclü olub ki, alimlər bunu atom bombasının partlaması ilə müqayisə
edirlər.
Rekord temperatur və təzyiqin təsiri altında Yerin
səthi əriyib. Meteoritin hissələri qum və torpaqla qarışıb, sonra bərkiyib və
sarımtıl rəngli gözəl şüşə əmələ gəlib.
Gizli otaqlar əvvəllər Misir piramidasında
tapılmışdı. Müasir texnologiyalar, o cümlədən 3D lazer skanı mütəxəssislərə kömək
etmişdir.
Mənbə:
https://hi-tech.mail.ru/news/104538-ukrasheniya-tutanhamona-imeyut-vnezemnoj-sostav/
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
Xülasə:
https://multiurok.ru/files/aliml-r-tutanhamonun-z-rg-rlik-m-mulatlari-yerd-n.html



UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)