“Yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən
ümumtəhsil müəssisələrində kağız jurnallardan istifadə edilməyəcək, bütün
proseslər yalnız “Rəqəmsal məktəb” platforması üzərindən aparılacaq”.
SİNXRON FƏNLƏR “Azərbaycan müəllimi”nə istinadən məlumat verir ki,
bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və
monitorinq sektorunun müdiri Fidan Nəcəfova Bakı şəhəri üzrə təhsil işçilərinin
sentyabr konfransında deyib.
Onun sözlərinə görə, cari ilin yanvar-fevral
aylarından etibarən platformanın tətbiqi istiqamətində işlərə başlanılıb və bu
müddət ərzində sistemin təkmilləşdirilməsi aparılıb. Artıq direktorların 98%-i,
müəllimlərin isə 93%-i platformada qeydiyyatdan keçib. Bu həftənin sonunadək
bütün direktor və müəllimlərin qeydiyyatının tam başa çatdırılması ilə bağlı
tapşırıq verilib.
Fidan Nəcəfova əlavə edib ki, məktəb direktorları
üçün platformadan qeydiyyat və öhdəliklərlə bağlı təlimlər təşkil olunacaq.
Onun sözlərinə görə, “Rəqəmsal məktəb” platformasından istifadə müəllim və məktəb
rəhbərliyinin iş yükünün azaldılmasına xidmət edəcək.
O həmçinin qeyd edib ki, hazırda valideynlərin
qeydiyyat göstəricisi 62 - 65% civarındadır. Bu göstəricinin yüksəldilməsi
istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıb.
Mənbə: