Haxverdiyev Yusif Ələs oğlu - həm müəllim, həm də
insan kimi örnək şəxsiyyətdir. O, işinə böyük məsuliyyətlə yanaşan, hər dərsini
yüksək peşəkarlıqla quran, şagirdlərinin gələcəyini düşünən fədakar bir
pedaqoqdur. Coğrafiya fənnini sadəcə bilik kimi deyil, həm də həyatın özü kimi
sevdirməyi bacarır.
Onu yaxından tanıyan hər kəs Yusif müəllimin
dürüstlüyünü, təvazökarlığını, səmimiyyətini və insanpərvərliyini yüksək qiymətləndirir.
Yusif müəllim həm kollektivdə, həm də cəmiyyətdə hörmət və etimad qazanan, gənclərə
yol göstərən, hər kəsin etibar edə biləcəyi bir insandır.
Yusif müəllim elmə və təhsilə olan sevgisi ilə
seçilir, şagirdlərini yalnız dərs bilikləri ilə deyil, həm də vətənə sevgi,
düzgünlük və əməksevərlik ruhunda tərbiyə edir. Onun pedaqoji fəaliyyəti, insanlığı
və xarakteri gənc nəsil üçün əsl nümunədir. Uğurlar arzulayırıq Yusif müəllim!


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)