Qaqauzlar xristianlığı qəbul etməzdən əvvəl Göy
Tanrısına sitayiş edirdilər və buna görə
də Tanrılılar və ya “Göy Oğuz” - səmavi Oğuz , “Haq Oğuz” - əcdadlarının
inancına sadiq qalan əsl Oğuz adlanırdılar. Qaqauz folklorunda Tanrının xatirəsi qorunub saxlanılır:
“Ay Tanrılar Tanrısı,
Mənim yarım
hardadır?
Geyinib mor köynəyi,
Başı yaşıl şallısı!”.
Bu dördlük Tanrının böyüklüyünü əks etdirir:
“Tanqrılar Tanqrısı” – qədim türk xalqlarının təsəvvür etdiyi kimi Tanrılar
Tanrısı.
Tanrıçılıq eradan əvvəl IV-III minilliklər arasında
Altay dağlarında Buddizm, Xristianlıq və İslamdan çox əvvəl yaranmış və
Avrasiya çöllərində geniş yayılmış monoteist inancdır. Tanrı kainatın Yaradandır.
O, göyləri, yeri, dağları, dənizləri, okeanları, bəşəriyyəti və yer üzündəki
bütün canlıları yaratmışdır. Tanrıçılıqda insanlıq Tanrının ilk yaradılışıdır. Yuxarı
Yenisey bölgəsində daş kitabələr üzərində
Tanrıçı dini ayininin təsvirləri həkk olunub: uzun libaslı ruhanilər, əlində əsalar
və qədəhlə qurbangah təsviri vardır. Fiziki və mənəvi saflığından narahat olan
Altay xalqına su vəftizi təqdim edilir. Tanrıçılığa giriş müqəddəs göllərdə dəstəmaz
alma mərasimi ilə müşayiət olunurdu.
Altayın məşhur güc yerlərindən biri də yüksək
dağlıqda yerləşən Manas gölüdür, burada
dəstəmazlar mənəviyyatı maarifləndirir və
müqəddəs gölün suları müalicəvi gücə malikdir. “monax” sözünün Manas gölünün
adından götürüldüyü güman edilir. Tanrıçı kilisa məbədləri adətən ağacdan
hazırlanırdı. Bu ad, Tibetin cənubundakı ən hündür, dörd tərəfli piramidal
formalı, qar örtüyü və üzləri dəqiq əsas istiqamətlərə yönəlmiş müqəddəs Kailaş
dağından götürülmüşdür. Tanrıçı kilisa məbədləri, çadırvari günbəzləri, hündür
yerlərdə yerləşmiş, bərabərtərəfli xaç formasına bənzəyir və ciddi şəkildə
kardinal istiqamətlərə yönəldilmişdir. Onlar girişi şərqə baxan Umay Ana Təbiəti
təsvir edən ilk ana nişanları ilə bəzədilmişdir. Bulqarlar, qıpçaqlar və
oğuzlar üçün Tenqri (Tanrı) kultu Göy
Göyün kultu - səmavi Müqəddəs Ruhdur. Göy və göy tanrısı sinonim idi. Tanrıya
günəş çıxanda və batanda dua edilirdi – “Dua Tanrısı” - üzü səmaya baxan,
anlaşılmaz, lakin həqiqətən insanların taleyinə təsir göstərir. Tanrıya iman səmavi atanın kultu – “Göy Boba” (Göy
Baba) dır.
Göy Baba insanın, millətin, dövlətin taleyini idarə
edirdi. O, dünyanı yaradandır və dünyadır.
Kainatdakı hər şey, o cümlədən bütün səmavi varlıqlar, ruhlar və təbii ki,
insan, “adam” – əbədi döyüşçü də Ona tabe idi. Tanrıçılıqda mərkəzi anlayış budur ki, “hərəkət edən və hərəkətsiz
hər şeyin ruhu var”. Tanrı bütün yaratdıqlarına bədən və ruh, insana da ruh
verir - ağıllı iradə, onun vasitəsilə Tanrının özü ilə əlaqə yarada və əlaqə saxlaya bilər. Hər
şey Tanrıdan asılı idi: lütf və ya cəza
dərhal, ya da insanın günəş dünyasındakı həyatı boyu - “gün altnda” gələcəkdi.
Bundan qaçmaq mümkün deyildi: “Tengri salqan namusdan qaçmas!” – Tanrının buyurduğundan qaçmaq olmaz! İnsan davranışları
ilə özü və yaxınları üçün cənnət və ya cəhənnəmi yaradır. Öz bədbəxtlikləriniz
və dərdləriniz üçün heç kimi günahlandıra bilməzsiniz, yalnız özünüzü, çünki
Yaradan sizə tam olaraq layiq olduğunuzu verir. Bu, dünyanın ən ədalətli hökmü
olan Allahın hökmüdür. Türklər təbii, fövqəlbəşəri gücləri yalnız Tanrının iradəsinə aid edirdilər. Əgər istəsə, insan
dağları yerindən oynada bilər. Həqiqətən, hər şey Ondandır: “Yaxşılıq və şər,
yoxsulluq və zənginlik ancaq Allahdandır”. Türklər bu sözləri and kimi qədim runlərlə
(runi) müqəddəs daşlara həkk edirdilər;
kiçikli-böyüklü hamı həyatın bu ilk əmrini xatırlayır.
Qədim türklər torpağa, suya, dağlara, meşələrə, səmaya,
buludlara, ulduzlara, günəşə, küləyə, yağışa, göy qurşağına, atəşə, ildırıma
ehtiramla yanaşırdılar... Təmizlənmək, şəfa vermək üçün oddan keçirdilər. Köçərkən
bütün qəbilə iki odun arasından keçirdi. Tanrıçı türklər canlandırdıqları və pərəstiş
etdikləri Ana Təbiəti çox sevirdilər. Onları təmtəraq, qızılın və qiymətli
daşların parıltısı aldatmadı, çünki onlar, Cənnət Tanrısının həqiqi övladları
günəşə, geniş çöllərə, sürəkli atlarına və aydın səmaya - Göy Tanrıya sevinirdilər. Türklərin böyüklüyünü aşağılamaq
olmaz; bu onlara nəcib əcdadları tərəfindən aşılanıb! Qədim bulqarlar,
qıpçaqlar və uzlar (oğuzlar) tərəfindən dərin ehtiramla qarşılanan, döyüş
meydanında göstərdikləri şücaətlər və ya onların adlarını ucaldan maddi və mənəvi
nailiyyətləri ilə tanınan qəhrəman əcdadların kultu idi. Atalarımız inanırdılar
ki, bədəni qidalandırmaqla yanaşı, ruhu da qidalandırmaq lazımdır. Ruhun enerji
mənbələrindən biri də əcdadların ruhu idi. Hesab olunurdu ki, qəhrəman harada
yaşayıb-yaratıbsa, orada ölümdən sonra onun ruhu öz həmvətənlərinə, xalqına
daimi himayə və köməklik göstərə bilər. Bulqarlar, qıpçaqlar, uzlar (oğuzlar)
fiziki bədənin ölümündən qorxmur, onu başqa varlıqda da olsa, həyatın təbii
davamı kimi başa düşürdülər. Türklər ölümün mövcud olmadığına, daha çox
Kainatda insan həyatının sabit və ardıcıl dövrü olduğuna inanırdılar: insanlar
öz iradələrinə zidd olaraq doğulub ölürlər, Yerə müvəqqəti deyil, bir səbəblə gəlirlər.
Tanrıçı bərabərtərəfli xaç Tanrının
qrafik simvolu və simvollarındandır. Xaçın mərkəzi günəşi, dünyanı və Tanrını
ifadə edir, ucları isə əsas istiqamətləri, keçmişdən (sol tərəfdən) gələcəyə
(sağ tərəfdən) zaman axınını təmsil edir. Tanrıçılıqda xaç hər şeyin yarandığı və qayıtdığı “dünya”
anlayışını simvolizə edirdi. O, əbədiyyəti (şimal), bu günü (cənub), keçmişi (qərbi)
və gələcəyi (şərqi) əhatə edir, mərkəzi günəşi ifadə edir. Bərabər xaç ümumbəşəri
varlığın vəhdətini, yerlə göyün vəhdətini, əbədilik, bərabərlik, tarazlıq əlamətini simvollaşdırır. Bərabər tərəfli
Tanrıçı xaçının əhəmiyyəti, dünyanın
quruluşunun diaqramı, haqlı olaraq əsas simvolu adlandırıla bilər. Çöl sakinləri
sinələrində bərabərtərəfli xaç işarəsi taxaraq Tanrıya sadiqliklərini vurğulayırdılar.
Tanrıçı xaçı silahlarda, döyüş pankartlarında və
bayraqlarda tapılmışdır. Tanrıçı dizaynları ənənəvi olaraq yun xalçaları və
türk geyimlərini bəzəyirdi. Tanınmış türkoloq Adji Murad “Türklər və xristianlıq”
əsərində yazır ki, Tanrıçılar iki barmaqlarını çarpazlayıb, üzü göyə baxaraq
diz çökərək yerə əyilib Allahdan himayə diləyərdilər.
Döyüşçülər yalnız bir diz üstə əyilirdilər. Əbədi döyüşçü olan “Oğlan” hətta
xanın qarşısında yalnız bir diz üstə əyilirdi, çünki diz çökmək döyüşçü
olmaqdan çıxmaq demək idi. Tanrıçı türk
döyüşçüləri talisman kimi tək sırğa taxırdılar, dibində bərabərtərəfli tanrıçı xaçı olan nazik lent (XX əsrin əvvəllərinə
qədər bu ənənə qıpçaq kazakları, qaqauzlar, xakaslar və yakutlar arasında
qorunub saxlanılmışdır).
L. N.
Qumilev Tanrıçılığı ontologiya, kosmologiya, etika və demonologiyaya malik tam
dini dünyagörüşü adlandırır, onun tarixi qədim dövrlərə gedib çıxır və Buddizm,
İslam, Zərdüştlük, Maniçilik və
Xristianlıqdan heç də az deyildir.
Qaqauzlar - Qaqauzların tarixi.Todor Oğuz
Mənbə: https://bit.ly/4mDa4fF
Şəklin mənbəyi:
https://az.wikipedia.org/wiki/Tenqri%C3%A7ilik#/media/Fayl:Bolgar_gravestone.JPG
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)