Finlandiya prezidenti dünya nizamı ilə bağlı açıqlama verib

Stubb: Soyuq müharibədən sonrakı dünya nizamı başa çatıb.

Finlandiya prezidenti Alexander Stubb bildirib ki, soyuq müharibədən sonrakı dünya nizamı başa çatıb və yenisi hələ qurulmayıb. BMT Baş Assambleyasında çıxışı zamanı o, “Soyuq müharibədən sonrakı nizamın bitdiyinə inanıram, lakin yeni nizamın nə olacağını hələ bilmirik. Hər şeyin yoluna düşməsi üçün ən azı 5-10 il lazım olacaq” deyib.

Stubbın fikrincə, yeni dünya düzənində qüvvələr nisbəti Cənub və Şərqə doğru dəyişir. “Bir çox ölkələr, xüsusən Afrika, Asiya və Latın Amerikası yeni dünya düzəninin istiqamətini müəyyənləşdirməkdə əsas oyunçuya çevrilir və ya artıq çevrilib”, deyə o əlavə edib. O, həm də “çoxtərəfliliyi” təbliğ edənlərlə “çoxqütblülük və ya tranzaksiya dili”ndə danışanlar arasında gərginliyin artdığı fikrini ifadə edib.

 “Mən çoxqütblülük və ya tranzaksiyaya üstünlük verənlərin vəsvəsəsini və məntiqini başa düşə bilərəm. Amma onlar iqlim dəyişikliyi və ya davamlı inkişaf kimi dünyanın ən böyük problemlərini həll edə bilərmi?” Finlandiya prezidenti əlavə edib.

Stubb qeyd edib ki, dəyərlər hər şeyin təməlində dayanmalıdır.

“Hətta tranzaksiya xarakterli və ya çoxvektorlu xarici siyasət də fundamental dəyərlərin özəyinə əsaslanmalıdır. Onlarsız xarici siyasət son nəticədə divara çırpılacaq”, - deyə Stubb bildirib.

Mənbə: https://news.mail.ru/politics/68040565/

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.