Söhbət demək olar ki, 12 milyon kvadrat kilometrdən gedir - bu, ABŞ və ya Çindən daha böyük ərazidir.
2021-ci ildə İspaniyanın Geologiya və Mədən
İnstitutundan olan beynəlxalq tədqiqatçılar qrupu 34 ölkədə 200 yerdə torpağın
çökməsi ilə bağlı məlumat toplayıb. Təhlildən sonra alimlər yaxın gələcəkdə
landşaft dəyişikliklərini əks etdirən model yaradıblar.
Nəticələr həyəcan vericidir: tendensiyalar
dayanmadan davam edərsə, təxminən 12 milyon kvadrat kilometr ərazi tezliklə dəniz
səviyyəsindən aşağıda qalacaq. Müqayisə üçün qeyd edək ki, ABŞ və Çinin ərazisi
müvafiq olaraq təqribən 9,8 və 9,5 milyon kvadrat kilometr təşkil edir, halbuki
Rusiyanın ərazisi 2040-cı ilə qədər torpaqların çökməsi proqnozlaşdırılandan cəmi
5 milyon kvadrat kilometr böyükdür.
Xəritədən göründüyü kimi, (Şəkil: Gerardo Herrera-Garcia et, al., Science) Cənubi Amerika,
Afrika və Asiya sakinləri ən çox zərbə alacaqlar. 1,2 milyarddan çox insanın
yaşadığı dünyanın ən böyük şəhərlərinin təxminən 22%-i landşaft dəyişiklikləri
nəticəsində ciddi şəkildə zədələnə bilər. Əvvəllər təhlükəsiz hesab edilən ərazilər
gələcəkdə daşqınlara daha həssas olacaq.
Bəşəriyyətin bu təhlükəli problemlə üzləşməsinin
qarşısını almaq üçün beynəlxalq tədqiqatçılar qrupu hökumətləri təcili olaraq
torpağın çökməsi ilə mübarizə tədbirləri hazırlamağa və onları qanunla təsdiq
etməyə çağırır. Konkret olaraq, bura neft, qaz və digər faydalı qazıntıların
çıxarılması proqramlarının tənzimlənməsi, həmçinin yeraltı su anbarlarının tükənməsi
ilə mübarizə daxildir.
Mənbə:
https://hi-tech.mail.ru/news/52508-k-2040-godu-ogromnaya-chast-sushi-okazhetsya-pod-vodoy/
Rus dilindən
tərcümə:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
https://multiurok.ru/files/2040-ci-il-q-d-r-yer-s-thinin-boyuk-bir-hiss-si-su.html


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)