“Təhsil” üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib

Avqustun 29-da Elm və Təhsil Nazirliyində “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial - iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Təhsil” üzrə alt İşçi Qrupunun növbəti iclası keçirilib.

Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclas çərçivəsində təhsil sahəsində 2027-2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub.

Qeyd edək ki, sözügedən İşçi Qrupunun məqsədi ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması istiqamətində təhsil sahəsi üzrə əsas prioritetlərin müəyyən edilməsidir.

Mənbə:https://edu.gov.az/az/news-and-updates/22343-1

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.