“2022-ci ildən keçirilən sertifikatlaşdırma
prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin
vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq
olunub”. Sinxron Fənlər
“Azərbaycan müəllimi”nə istinadən məlumat verir ki,
bu fikirləri bu gün təşkil edilmiş brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə
Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan
İsmayılbəyli səsləndirib.
O qeyd edib ki, 2025-ci ildə keçirilmiş
sertifikatlaşdırılma imtahanında 21000-ə yaxın kimya, biologiya, fizika,
coğrafiya, informatika, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat,
riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi),
alman dili, fransız dili və s.) müəllimləri iştirak edib. Test imtahan mərhələsində
6600 təhsilverən 51 bal və daha yuxarı, 11318 təhsilverən isə 30 bal və daha
yuxarı nəticə göstərib:
“Sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni
müsahibə mərhələsinə artıq avqust ayının sonlarından başlayırıq. İlk növbədə təkrar
sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər
üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq
müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub”.
Mənbə: