XİN Azərbaycan və Ermənistan arasında paraflanmış
sülh sazişinin mətnini yayıb. Sinxron Fənlər Valyuta.az saytına istinadən məlumat
verir ki, mətndə deyilir:
8 avqust 2025-ci il tarixində Azərbaycan
Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici
işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında
sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini
paraflayıblar.
Paraflanmış Sazişin ingilis dilində mətni ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür. Sazişin
eyni dərəcədə autentik olan Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsi ilə bu keçid vasitəsilə tanış olmaq olar.
Bundan əlavə, Azərbaycan Respublikasının və Ermənistan
Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli
strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində
olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun)
bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən
sonra, bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT
iştirakçı dövlətləri arasında yayılıb və onlar qərarın qəbul edilməsi üçün
lazımi prosedurları dəstəkləməyə çağırılıblar.
Mənbə:
https://valyuta.az/news/azerbaycan-ve-ermenistan-arasinda-paraflanmis-sulh-sazisinin-metni-aciqlandi


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)