5 Oktyabr-Beynəlxalq Müəllimlər Günüdür

Beynəlxalq Müəllimlər Günü hər il 5 oktyabr tarixində Azərbaycanda və dünyada qeyd olunur. Bu gün 1994-cü ildə UNESCO tərəfindən təsis edilib.

Tarixçəsi:1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəllimlərin statusunu müəyyən edən “Müəllimlərin statusu haqqında” tövsiyə sənədi imzalanıb.

Ölkəmizdə bu əlamətdar gün 1993-cü ildən rəsmi olaraq qeyd edilir.

Bayramın məqsədi:

-Müəllimlərin cəmiyyətin inkişafındakı rolunu və fədakarlığını qiymətləndirmək.

-Təhsil işçilərinin hüquqlarına və əmək şəraitinə diqqət çəkmək.

-Gənc nəslin yetişdirilməsində müəllim peşəsinin nə qədər müqəddəs və şərəfli olduğunu bir daha cəmiyyətə çatdırmaq.

“Dərsdə müəllimin canlı sözü məktəblinin şəxsiyyətinə mənəvi təsirin ən güclu vasitələrindən biridir.Tədris vəsaitinin metodik forması necə olursa-olsun tədris prosesində ondan istifadə edilməsinin xarakterini və yerini müəllim həll edir”.

Seyyub Əsədov “V-XI siniflərdə tarix fənninin tədrisi metodikası”.

Bakı. 2021. səh. 11-12.

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.