Məktəbdə dərslər arası tənəffüslər istirahət etmək, yeməkxanaya, tualetə getmək, həmçinin növbəti dərsə hazırlaşmaq üçündür. Bir çox şagirdlər hesab edirlər ki, tənəffüs zamanı istədikləri şeyi; - qaçmaq, tullanmaq, qışqırmaq, səs-küy salmaq olar. Bununla da onlar fasilə zamanı şagirdlərlə yanaşı, müəllimlərində istirahət etməli olduqlarını unudurlar. Məktəbdə tək deyilsiniz, sinif yoldaşlarınız və müəllimlərinizin əhatəsində olduğunuzu, başqalrına hörmət və diqqətlə davranmalı olduğunuzu unutmayın! Unutmayın: tənəffüs müəllim” Dərs bitdi” deyəndən sonra başlayır, zəng vurulanda yox. Müəllim icazə verdikdən sonra tənəffüs etmək olar. Tənəffüs-yalnız istirahət üçün vaxt deyil, həm də növbəti dərsə hazırlaşmaq üçün bir fürsətdir.
Şagirdlərin
fasilə zamanı düzgün davranması üçün tövsiyələr:
1.
Tənəffüs zamanı sinifdə yalnız növbətçilər qala bilər.Qalanları dəhlizə çıxır;
2.
Növbətçilər sinifi növbəti dərsə hazırlayırlar: lövhəni silir, otağı havalandırır
və müəllimin müxtəlif tapşırıqlarını yerinə yetirirlər;
3.
Fasilələr zamanı, dərsdən əvvəl və sonra şagirdlər sinif otaqlarında, idman və
akt zalında müəllimsiz olmamalıdır;
4.
Fasilə zamanı sakit olun. Qaydalara əməl edin, qışqırmayın və bir-birinizi itələməyin;
5.
Fasilə zamanı müxtəlif oyunlar oynaya bilərsiniz, amma çox hərəki oyunlar yox;
6.
Pilləkənlərdən yuxarı və ya aşağı enən zaman, sağ tərəfdən istifadə edin;
7.
Qapıları açıb bağlayarkən diqqətli olun; əllərinizi qapı arasında qoymayın, qapıları
möhkəm bağlamayın;
8.
Müəllimlər, məktəb işçiləri, valideynlər və digər böyüklər ilə rastlaşarkən
dayanın və salamlaşın;
9.
Pilləkənlərlə və ya dəhlizlə gedən müəllimləri və ya yaşlı insanları ötüb keçməyin,
zərurət olduqda keçmək üçün icazə istəyin;
10.
Şagirdlər arasındakı hər hansı münaqişə sülh yolu ilə və ya müəllimin köməyi ilə
həll olunmalıdır;
11.
Hər hansı bir hadisə və ya yaralanma baş verərsə dərhal ən yaxında olan müəllimə,
sinif rəhbərinə, məktəb rəhbərliyinə məlumat verin.
Fasilə
zamanı şagirdlərə qadağandır:
1.
Bir-birini itələmək;
2.
Ədəbsiz ifadələr və jestlərdən istifadə etmək;
3.
Savaşmaq və fiziki gücdən istifadə etmək;
4.
Təhlükəli oyunlar oynamaq, şəxsi xəsarət və məktəb əmlakına ziyan vura biləcək
hərəkətlər etmək;
5.
Oyun zamanı bərk əşyalardan: daş, çubuq və s.istifadə etmək;
6.
Dəhlizlərdə və pilləkənlərdə, sinif otaqlarında və bunun üçün nəzərdə
tutulmayan hər hansı digər məktəb otaqlarında veyillənməmək;
7.
Ağaclara dırmaşmaq, istixana və hər hansı digər hündürmərtəbəli tikililərə
qalxmaq;
8.Pilləkənlərin
üzərində əyilmək, pilləkənlərdə toplaşmaq, izdiham yaratmaq;
9.
Təhlükəli yerlərə: çuxurlar, xəndəklər, yaxınlıqdakı yollara və s. getmək;
10.
Pilləkənlərlə və ya dəhlizlə gedən müəllimləri və ya böyükləri ötmək;
11.
Elektron oyunlar oynamamalısınız - gözlərinizi yorursunuz və tamamilə istirahət
etməyə vaxtınız qalmır;
12.
Xüsusilə pəncərə açıq olduqda, pəncərədə oturmaq qadağandır. Hər hansı bir diqqətsiz
hərəkət kədərli nəticələrə səbəb ola bilər;
13.
Məktəbə başqalarına zərər verə biləcək təhlükəli əşyaların və ya maddələrin gətirilməsi
qadağandır: pirotexnika və ya partlayıcı qurğular, kəsici əşyalar, hər hansı
bir kiçik silah (pnevmatik də daxil olmaqla);
14.
Qışda donmuş qar və ya buzdan yaralanma riskini aradan qaldırmaq üçün məktəbin
çöl divarlarına yaxın olmaq qadağandır;
15.
Müəllimin müvafiq icazəsi olmadan məktəbi tərk etmək qadağandır;
16.
Təcavüzkar davranmaq, münaqişə yaratmaq və münaqişələrdə iştirak etmək olmaz.
Əziz şagirdlər tənəffüs
zamanı davranış qaydalarına əməl edin və bir-birinizə qarşı nəzakətli olun!
İstifadə
edilmiş resurslar:
2.https://www.facebook.com/share/p/1EsFgn3xCC/
Şəkil:
Sİ-yə məxsusdur.


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)