Məktəblərdə
vakansiya: Sertifikatlaşdırmada uğursuz olanlar da müraciət edə bilərlər
“Peşə
təmayüllü siniflər” layihəsi üzrə yaxın günlərdə vakansiya elan olunacaq.
Bunu
“Azərbaycan müəllimi”nə açıqlamasında “Peşə təmayüllü siniflər” layihəsinin rəhbəri
Arif Pənahov deyib.
Onun
sözlərinə görə, işə qəbul əsasən iki - qrup rəhbəri və peşə ixtisası sahələri
üzrədir: “60-dək məktəb üzrə qrup rəhbəri, 150 nəfərədək də ixtisas müəlliminin
işə götürülməsi planlaşdırılır. Hər sahə üzrə namizədlər imtahana cəlb edilirlər”.
Yaxın
günlərdə qeydiyyat mərhələsinə başlanacağını deyən layihə rəhbərinin sözlərinə
görə, müəyyən edilmiş meyarlara uyğun gələn namizədlər imtahana dəvət olunacaqlar:
“İşə
qəbul zamanı namizədlərin peşəkar bilik və bacarıqları, ixtisas bilikləri
meyarlar əsas götürülür”.
Maraqlıdır,
hər iki vakansiya üzrə imtahan sualları necə hazırlanır?
Layihə
rəhbəri bildirib ki, ixtisas müəllimlərinin imtahanında namizədlərə 60 sual təqdim
olunur:
“Namizədlər
müvafiq ixtisas üzrə nəzəri 35 sual, pedaqogika üzrə 10 sual, əməyin təhlükəsizliyi
üzrə 5 sual, kurikulum üzrə 5 sual, metodika üzrə 5 suala cavab verməlidirlər.
Qrup rəhbərlərinin imtahanında isə namizədlərə dünyagörüşü üzrə 20 sual,
praktiki informatika üzrə 20 sual, pedaqogika üzrə 10 sual, kurikulum üzrə 5
sual və metodika üzrə 5 sual təqdim olunur”.
"Peşə
təmayüllü siniflər” layihəsi üçün keçirilən imtahanlarda keçid balı da yoxdur:
“İmtahan
nəticələrinə əsasən, hər vakant yer üzrə ən yüksək nəticə göstərən ilk üç namizəd
müsahibə mərhələsində iştirak edir. Müsahibəni uğurla başa vuran namizədlərlə əmək
müqaviləsi bağlanılır. Müsahibədə digər namizədə nisbətən aşağı bal toplamış
digər uğurlu namizəd ehtiyat bazasına əlavə olunur. Tədris ili müddətində
vakant yer yaranarsa, həmin namizədlər dəyərləndirilir”.
Sertifikatlaşdırmada
uğursuz nəticə göstərənlər təmayül siniflərdə dərs aparmaq üçün müraciət edə
bilərlər?
Arif Pənahovun sözlərinə görə, nəinki sertifikasiya imtahanında uğursuz olmuş, ümumiyyətlə, hazırda pedaqoji sahədə fəaliyyət göstərməyən vətəndaşlar da “Peşə təmayüllü siniflər”də çalışmaq üçün müraciət edə bilərlər. Qrup rəhbəri vəzifəsi üzrə müraciət edən namizədlərin ali təhsilli olması kifayətdir. İxtisas müəllimi vəzifəsi üzrə müraciət edən namizədlərdən isə minimum peşə təhsilinə malik olmaları tələb edilir. Hər iki vəzifə üzrə pedaqoji təcrübənin olması arzuolunandır.
Mənbə:



UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)