2026 - 2027-ci tədris ili üçün yaddaqalan hadisələr və əlamətdar tarixlər təqvimi


 Hörmətli müəllim həmkarlar! 2026 - 2027-ci tədris ili 40 həftədən ibarət olacaqdır.

Hər dərs ilinin başlanması ilə müəllimlər bir çox yeni məsələlərlə üzləşirlər: dərslərə hazırlıq, dərs saatlarının səmərəli təşkili, dərslərin gedişi və s. Hər dəfə sual yaranır: hansı mövzunu seçmək lazımdır ki, həm müasir dövr üçün aktual, həm də maraqlı olsun? Məzuniyyət vaxtınızı səmərəli keçirmək diləyi ilə Sizə “2026 - 2027-ci tədris ili üçün yaddaqalan hadisələr və əlamətdar tarixlər təqvimi”ni təqdim etməkdən məmnunluq duyuram.

Təqvim tətil günləri, mühüm dövlət, milli və dini bayramlar (2027-cı ilin 10-11 mart ayı ramazan bayramı, 17-18 may ayı isə qurban bayramı) fərqli rənglərlə verilmişdir, bu da təhsil və tərbiyə işlərinin planlaşdırılmasında sizə kömək olacaqdır.

Bu təqvim məktəblilərdə vətəndaşlıq mövqeyinin, mədəni ənənələrə və ümumbəşəri dəyərlərə hörmətin inkişafına yönəlmiş tədbirlərin təşkilində etibarlı köməkçi ola bilər.

Təqvimi çap edərək sinif otağında, müəllimlər otağında, masanızın üstündə və ya sənədlərinizin arasında saxlaya bilərsiniz. Beləliklə, siz qarşıdan gələn hadisələrə əvvəlcədən hazırlaşa və hər məktəb gününü daha parlaq, mənalı edə biləcəksiniz.

Hər birinizə xoş istirahətlər və yeni dərs ilində uğurlar arzulayıram!



Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.