Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib.
Bu barədə AZƏRTAC-a Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Son
zəng” tədbirlərinin keçirilməsi ilə bağlı məktəblərə təlimatlar göndərilib. Təlimata
əsasən, “Son zəng” tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin
direktoru rəhbərlik edir. O, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində
baş verən hər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.
Tədbir ümumi təhsil müəssisəsinin
həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt
zalında təşkil olunmalıdır.
Həmçinin təlimatda
aşağıdakılar qeyd olunub:
- “Son zəng” tədris prosesinə
mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir;
- “Son zəng” tədbiri iyunun
13-ü səhər saat 08:00-da, 09:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində
bitməlidir.
“Son zəng” tədbirində
aşağıdakı şəxslərin iştirakı mümkün hesab edilir:
- 1-ci və 11-ci sinif şagirdlərinin
valideynləri (qəyyum/himayəçi);
- Təhsili idarəetmə
orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ);
- Asayişi qorumaq üçün əvvəlcədən
müəyyən edilmiş polis nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid
ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu
olan valideynlər.
Bundan başqa, şagirdin geyimi,
nizam-intizam və etik davranış tələbləri də müəyyənləşib:
- Şagirdlər tədbirdə məktəbli
formasında olmalıdırlar;
- Məzunların xarici görünüşü təhsil
müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olumalıdır;
- Bayağı musiqilərin səsləndirilməsinə
yol verilməməlidir.
Tədbir üçün milli-mənəvi dəyərlərə
uyğun hazırlanmış rəsmi və bədii hissədən ibarət ssenari olmalı, ssenari müəssisə
rəhbəri tərəfindən imza və möhürlə təsdiqlənməlidir.
Tədbirin açılışı Dövlət Himni
ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.
Bundan başqa, təlimatda məktəbdaxili
təşkilati tədbirlər və əlavə tələblər də qeyd olunub:
-Tədbirdə təşkilat və idarələrin
nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su
olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması
qadağandır;
- Tədbirin bədii hissəsi
yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır.
Qeyd olunan tələblərlə bağlı
pedaqoji şura iclası keçirilməli, müvafiq qərarlar qəbul edilməli və valideynlərin
məlumatlandırılması məqsədilə təlimat hazırlanaraq məktəbin görünən guşələrində
yerləşdirilməlidir. Valideynlər tədbirdən öncə maarifləndirilməlidir.
Mənbə:
https://azertag.az/xeber/son_zeng_tedbirlerinin_kechirilmesi_uchun_telebler_mueyyenlesib-4147519


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)